Bethovenin
"Heyligenştadt vəsiyyəti"
Bir əsrin
tarixçəsi
7
aprel 1805-ci ildə Vyanada böyük bəstəkar Lüdviq
Van Bethovenin Üçüncü simfoniyasının təqdimatı
keçirilir. Bu əsəri Bethoven öz kumiri Napoleona həsr
etsə də tezliklə əlyazmadan sərkərdənin
adı yox olur. Bundan sonra əsər yalnızca qəhrəmanlıq
simfoniyası adlnamağa başlayır. Kulis.Az Bethovenin ən
məşhur əsərlərindən birinin yaranması
haqqında məlumatı təqdim edir.
Karlıqdan
sonrakı həyat
32
yaşı olanda Bethoven çox ağır böhran
yaşayır. Tinit (daxili qulağın iltihabı) bəstəkarın
eşitmə qabiliyyətini sıfıra endirir, və o taleyin
bu dönüşü ilə barışa bilmir. Həkimlərin
məsləhəti ilə sakit bir yer olan Heyligenştadt şəhərinə
getsə də bir müddət sonra anlayır ki, xəstəliyi
sağalmazdır. Məyusluğa düçar olmuş, dərin
sarsıntı yaşamış, intiharın astanasında olan
bəstəkar qardaşlarına məktub yollayaraq öz dərdini
bölüşür. Hazırda bu sənədi
“Heyligenştadt vəsiyyəti” adlandırırlar.
Yalnız
bir ay keçəndən sonra Bethoven depressiyadan çıxa
bilir və yenidən musiqi ilə məşğul olmağa
başlayır. Beləcə üçüncü
simfoniyanı yazmağa başlayır.
Bu da
adi adamdır
Yeni işə başlayarkən bəstəkar dostlarına etiraf edir ki, zəhmətinin hədər getməyəcəyinə inanır. Bethoven əvvəlki əsərlərində o qədər də razı deyildi.
Bu cür
vacib əsəri o
müstəsna bir insana
həsr etmək istəyir. Belə bir adam o dövrdə
gənclərin kumiri olan Napoleon Bonapart olur. Bethoven əsəri 1803-1804-cü illərdə Vyanada yazır. 1804-cü ilin mart ayında isə bəstəkar öz şedevrini tamamlayır. Amma bir neçə aydan sonra baş verən hadisə müəllifi əsərin
adın dəyişməyə
vadar edir. Bonapart taxta çıxmışdı.
O hadisəni bəstəkarın
dostu olan pianoçu Ferdinand Ris belə xatırlayır: “Mən və eləcə də onun (Bethovenin) digər dostları tez-tez bu simfoniyanı
onun masasının üstündə görərdik.
Yuxarısında “Bonapart” aşağısında
isə “Luici Van Bethoven” yazılmış
olurdu. Bundan başqa heç nə... Bethovenə Bonapartın özünü
imperator elan etməsi xəbərini gətirən
ilk adam mən
oldum. Özündən
çıxan Bethoven qəzəblə qışqırdı:
“Bu da adi adamdır! Bundan sonra o bütün
insan haqlarını tapdalayacaq, öz xeyrinə çalışacaq,
o özünü hər
kəsdən yüksəkdə
tutaraq tirana çevriləcək.”” Qəzəblənən
bəstəkar əlyazmanın
titul vərəqini cırıb ataraq simfoniyaya yeni ad verir: “Eroica” (“Qəhrəmancasına”)
Dörd
hissəli inqilab
Simfoniyanın ilk dinləyiciləri Knyaz Frans Lobkovskinin təşkil olunmuş gecədəki qonaqları
olur. Lobkovski mesenat və
Bethovenin himayədarı
idi. Onlar üçün əsər 1804-cü ilin dekabr ayında səsləndirilir. Yarım
il sonra
7 aprel 1805-ci ildə isə simfoniya geniş ictimaiyyətə
təqdim olunur. Premyera “An der Vin” teatrında keçirilir. Mətbuatın yazdığına görə
bəstəkar və tamaşaçılar bir-birindən
narazı qalırlar.
Dinləyicilər əsəri çox
uzun və olduqca ağır qəbul edirlər. Gurultulu triumf gözləyən Bethoven isə onu alqışlayan zalın qarşısında
heç təzim belə etmir.
Əsər həqiqətən də musiqiçinin müasirlərinin
öyrəşdikləri musiqidən
fərqlənirdi. Bethoven əsəri dörd
hissədə yazmışdı,
üstəlik səslə
inqilabın şəklini
çəkməyə çalışmışdı.
Birinci hissədə
Bethoven azadlıq uğrunda gərgin mübarizəni vermişdi. “Dəfn marşı” adlanan ikinci hissə isə daha faciəvidir, müəllif burada inqilabda ölənlərin
ruhunu anır. Bundan sonrakı hissədə qələbənin tərənnümü
əks olunur.
Napoleonun
matəm marşı
Artıq doqquz simfoniya yazmış Bethoveni hansı simfoniyasını
daha çox sevdiyini soruşduqda o tərəddüd etmədən
üçüncünün adını çəkirdi. Bu əsərdən sonra musiqiçinin həyatında
yeni dövr başlanır. Bəstəkar bunu “yeni yol”
adlandırırdı. Müasirləri isə Bethoveni
layiqincə qiymətləndirə
bilməmişdilər.
Deyilənə görə Napoleon vəfat
edəndə 51 yaşlı
bəstəkara sual verirlər: “İmperator xatirəsinə matəm marşı yazmaq istəmirsizmi?” Bethoven isə belə cavab verir: “Mən
artıq bunu yazmışam.” Bəstəkar sevimli simfoniyasının
“Dəfn marşı”
adlanan ikinci hissəsini nəzərdə
tuturdu.
Elnarə
Azad Azərbaycan.- 2014.- 25 may.- S.7.