Naxçıvanda gənclərinin VII konfransı keçirilib

 

Naxçıvanda gənclərinin VII konfransında çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov Muxtar Respublikada gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlərdən danışıb

Bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Vurğulanıb ki, gənclərin sosial problemlərinin həlli, məşğulluq və hüquqlarının müdafiəsinin təminatı, onların, elm, təhsil, dövlət idarəçiliyi və digər sahələrdə fəal iştirakına şəraitin yaradılması, gənc istedadlara dövlət qayğısının artırılması dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardandır. Konfransda Muxtar respublika Ali Məclisi Sədrinin fərmanları ilə gənc istedadların «Qızıl kitabı»nın təsisi, Ali Məclis sədri yanında Gənclər Fondunun yaradılmasının gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Tələbə-Gənclər Təşkilati Ittifaqinin ədr müavini Arzu Abdullayev:

 

"Bu illər ərzində respublika səviyyəsində qəbul edilən Dövlət proqramları, sərəncamlar muxtar respublikamızda uğurla həyata keçirilib. Bunun nəticəsində bu gün gənclərin bütün kateqoriyaları kimi istər tələbə gənclər olsun, istər müəyyən strukturlarda çılaşın gənclər olsun bu perspektiv, proqramlar çərçivəsində gənclərlə bağlı həyata keçirilən böyükuğurlu işləri, mənəvi dəyərlərlə bağlı təbliğatı, eyni zamanda gənclərin intellektual baxımdan formalaşması, onların elmə, təhsilə yiyələnməsi baxımından həyata keçirilən proqramların ətrafında sıx birləşib. "

 

Konfransda Azərbaycan Gənclərinin VII Forumuna nümayəndələr də seçilib. Qeyd edək ki, ölkə gənclərinin iyunun 2-də keçiriləcək forumunda muxtar respublika 28 nümayəndə ilə təmsil olunacaq.

 

Tofiq Hacı

Azad Azərbaycan.- 2014.- 28 may.- S.7.