“Ana fəryadı”

Gənclər kitabxanasında kitab təqdimatı olub

 

C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 noyabr 2014- cü il tarixdə şairə Məhbubə Salmanovanın “Ana fəryadı” adlı kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru T.Sadıqov açaraq qeyd etdi ki, Məhbubə xanım vətənpərvər, səmimi, təvəzökar və əsl duyğusal mənəviyyat adamıdır. O, bütün xarakterik xüsusiyyətləri ilə ləyaqətli vətəndaş və əsl ana obrazını özündə cəmləşdirmişdir. Şairənin “Ana fəryadı” kitabında toplanmış şeirlər tarixi zərurətdən doğulmuş və əsasən milli mentalitetimizə söykənən motivlərə əsaslanır. Kitab Azərbaycan gəncliyinin nümunəsi olan gənc Orxan Rzaqulu oğlunun nakam və yarımçıq ömür salnaməsinin portretidir, desəm yanılmaram. ”Ana fəryadı” poemasını faciəli dram da adlandırmaq olar. Poemada erkən oğul itirən Zərifə ananın fəryadı çox qabarıq şəkildə , həm də milli mentalitetimizə uyğun bir formada əsl Azəri anasının iniltisi, ağrı-acısı şəklində yüksək məharətlə verilmişdir. 

Təqdimat mərasimində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü Z.Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki R.Mirzəzadə, OMD-nin baş həkimi T.Şahbazova, Nəsimi bələdiyyəsinin üzvü N.İsmayılova, “Qoşa Ulduz” jurnalının baş redaktoru G.Namazova , “Azad qələm” jurnalının baş redaktoru N.İlkin, “Gənclik” jurnalının baş redaktoru N.Rafiq, “Respublika” qəzetinin xüsusi müxbiri, şair-publisist R.İlyasoğlu, yazar S.Qasımova, şəhid anası R.Əsgərova və başqa ziyalılar da iştirak edirdilər.

R.İlyasoğlu öz çıxışında Məhbubə Salmanovanın bədii yaradıcılığından bəhs edərək qeyd etdi ki, “Ana fəryadı” kitabı öz aktuallığı, mövzu çalarlığı, eləcə də zamanla həmahəngliyinə görə böyük oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Bildiyimiz kimi Məhbubə xanım müəllimdir. O, hər gün vətəndaş tərbiyə edirelm öyrədir. Məhbubə xanıma insanlıq, yaradıcılıq, vətənə, xalqa məhəbbət övlada münasibət və sonsuz sevgi deyilən bir duyğu hakimdir. O duyğu ki, hər an, hər saat, hər günömrü boyu Məhbubə xanımla birgə yaşayır və addımlayır. Məhz onunAna fəryadı” kitabını vərəqlədikcə, poemanın ayrı-ayrı fəsillərdən ibarət səhnələrində şairənin özünün həmin obrazların əvəzindən çıxış edərək, yanğı ilə bəhs etməsinin şahidi oluruq. 

G.Namazova çıxış edərək Məhbubə xanıma yeni yaradıcılıq uğurları arzuladı və qeyd etdi ki, Məhbubə xanım bu kitabında erkən oğul itirən ananın fəryadını, ağrı-acısını böyük məharətlə qələmə almışdır. Ana fəryadı” kitabını oxuduqca yorulmadan, səhnə-səhnə, əsas rollar öz ürək sözlərini səmimi,oxunaqlı dillə ifadə edirlər və səlis ,məntiqlə, ardıcıllıqla əvəz edirlər.,Bütövlükdə əsərin əsas motivində faciə ilə nikbin ruh yaşayır və əsərin sonuna kimi oxucunu intizarda qoyur ki, bu da Zərifə ananın Ayxana qovuşma səhnəsidir.,Ümumiyyətlə, əsər güclü dramatik poemadır. Əminəm ki, Məhbubə xanımın bu kitabı oxucuların stolüstü kitabına çevriləcəkdir.

Z. Quliyeva öz çıxışında bu kitabı yazıb ərsəyə gətirdiyinə görə Məhbubə xanıma öz dərin təşəkkürünü bildirərək qeyd etdi ki, dünya müvəqqətidir. O insana sınaq üçün verilmişdir. Dünya adlı güzgüdə hər kəs öz simasını göstərir. Bu poemada günah yükü daşıyan insanlara xəbərdarlıq var. Həyat və insan fəlsəfəsi hər insanın başa düşəcəyi fəlsəfə deyil.Bu fəlsəfəni yalnız yaranışının mənasını başa düşən, insan psixologiyasına bələd olan insanlar anlaya bilər.Mən həyatdan nakam köçənlərin hamısına Allahdan rəhmət diləyir, gözü yaşlı olanlara Allahdan səbir diləyirəm. 

R. İlyasoğlu çıxış edərək qeyd etdi ki, T. Sadıqov təcrübəli və peşəkar mütəxəsis kimi öz işinin öhdəsindən layiqincə gəlir.O, uzun müddətdir ki, kitabxana sahəsində çalışır. Onun kitabxananın inkişafında gördüyü işlər təqdirə layiqdir.Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsini bitirıən T. Sadıqov əvvəlcə Nizami rayon MKS direktoru, 1994-cü ildən isə Respublika Gənclər Kitabxanasının direktoru vəzifəsində çalışmışdır.. Çalışdığı bu illər ərzində o, kitabxana sahəsində göstərdiyi fəaliyyətə görə bir sıra diplom və təltiflərə layiq görülmüşdür.”C. Cabbarlı adıbna Respublika Gənclər Kitabxanası: dünəni, bu günü və sabahı” adlı bu kitab T. Sadlqovun uzun illər fəaliyyətinin və əməyinin nəticəsidir.

N. İlkin, N.İsmayılova, R.Mirzəzadə və başqa ziyalılar çıxış edərək müəllifə yeni yaradıcılıq uğurları arzuladılar.

Müəllif M.Salmanova öz çıxışında bildirdi ki, “Ana fəryadı” kitabı onun oxucularla ikinci görüşüdür. Onun ilk şeirlər kitabı olan “Qəhrəmanlar döyüşür, yurdu yaşatmaq üçünöz aktuallığı, zamanla səsləşməsi baxımından böyük oxucu auditoriyası qazanmışdır.O, həmçinin qeyd etdi ki, yaradıcılığında vətənpərvərlik, məhəbbət mövzuları geniş yer tutur.Dahi şəxsiyyətlərə ittihafnamələr və faciəli poema yaradıcılığının intibah dövrüdür.

Sonda müəllif M.SalmanovaAna fəryadı” kitabından bir neçə nüsxə kitabxanaya hədiyyə verdi.

Seyidzadə Hacı Tofiq

Azad Azərbaycan.- 2014.- 19 noyabr.- S.7.