Cəmahirriyə qardaşlarının lideri

Muammər Qəzzafinin üçüncü dünyası  

 

Heç kimin gözləmədiyi halda Liviyada hakimiyyəti ələ keçirən 28 yaşlı Müammər Qəzzafi 1942-ci ilin 19 iyulunda Siirt şəhərindən 30 km cənubda, çöldə qurulmuş bir bədəvi çadırında dünyaya gözünü açmışdı. Qəzzafilər ərəbləşmiş bərbər tayfası olan Qəzzaf qəbiləsinə aiddilər. Buna baxmayaraq Qəzzafi həmişə özünü təmiz qanlı ərəb hesab edirdi. Bir ərəb millətçisi olaraq Qəzzafinin əsas idealı bütün ərəb dövlətlərini birləşdirmək və Ərəb Xalq Cümhuriyyəti yaratmaqdı. O üsyançı müxaliflər tərəfindən linç edildiyi günə qədər bu idealla yaşadı və dəfələrlə bu ideya naminə müxtəlif avantüralara baş vurdu.

 

O ailənin axırıncı və tək oğlan uşağı idi. Atası kasıb bir bədəviydi, tez-tez yaşayış yerini dəyişirdi. Elə bu üzdən də 9 yaşında məktəbə gedən Muammər 3 məktəb dəyişməyə məcbur olmuşdu. Atası daha sonralar oğlunun məktəb illərini belə xatırlayırdı: "Mənim oğluma bir künc tutmaq üçün pulum yoxdu. Ona görə də onu arxamca sürüməyə məcburdum. O məktəbə getdiyi zaman məsciddə gecələyir və istirahət günləri səhrada 30 km yolu qət edərək yanımıza gəlirdi".

 

Yeniyetməlik illərində Qəzzafi Misir inqilabının və panarabizm ideyasının lideri, Misir prezidenti Kamal Abdul Nasarın qızğın fanatına çevrilir. Hələ 14 yaşında Muammər siyasətə meyl etməyə başlayır. 1956-cı ildən başlayaraq Qəzzafi antiisrail mitinqlərində iştirak etməyə başlayır. 1959-cu ildə Sebh şəhərində yaradılan gizli antiisrail təşkilatının əsas aktivistlərindən biri olur. 1961-ci ildə Muammər siyasi fəaliyyətinə görə Sebh internat məktəbindən qovulur. Buna baxmayaraq Qəzzafi 1962-ci ildə Benqazi Universitetinin tarix fakültəsinə daxil olur. Universiteti leytenant rütbəsi ilə bitirən Qəzzafi Britaniyada hərbi hazırlıq keçirbundan sonra ona kapitan rütbəsi verilir.

 

1964-cü ildə 23 yaşına dolan kapitan Muammər Qəzzafi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı"nı yaradır. Beş ildən sonra özü yaşında olan zabitlərin süngüsü və iradəsi onu Liviyanının mütləq hakiminə çevirəcəkdi və bu mütləq hakimiyyət 40 ildən artıq davam edəcəkdi.

 

Qəzzafinin 3-cü dünyası - Cəmahiriyyə, ərəb sosializmi

 

Qahirədə nəşr olunan və ərəb dünyasının "Nyu York Tayms"ı olaraq bilinən "Əl-Əhrəm" qəzetinin baş redaktoru Məhəmməd Həsəneyn Heyqal hesab edir ki, Muammər Qəzzafini bir siyasətçi və şəxsiyyət kimi yetişdirən Məhəmməd peyğəmbər və Kamal Abdul Nasar olub.

 

Qəzzafinin dinə bağlılığı mili hisslər üzərində üzərində formalaşmışdı. Qəzzafiyə görə heç bir gücə sahib olmayan dağınıq ərəbləri bir icmadabir dövlətdə birləşdirməyi bacaran Məhəmməd peyğəmbər insan gücünün fövqündə olan bir şeyi başarmışdı. Elə bu üzdən Qəzzafinin digər kumiri ərəbləri bir dövlətdə birləşdirməyə çalışan, panarabizm ideologiyasının aparıcı siması olan prezident Nasar idi.

 

1969-cu il sentyabırın 1-də Liviya xalqına müraciətində Qəzzafi azadlığı fərdi və mili müstəqillik kimi dəyərləndirirdi: "Azadlıq anlayışı altında biz yoxsulluğu, müstəmləkəçiliyi və torpaqlarımızda xarici qoşunların və hərbi bazaların varlığını tamamilə inkar edən fərdi və mili müstəqillik başa düşürük. Birlik anlayışı altında biz bütün ərəblərin bir ərəb hökuməti altında federal hüquqlarla birləşməsini istəyirik. Bizim sosializm anlayışımız isə islam sosializmidir. Biz müsəlmanıq. Biz Quranın buyruqlarına tabeyikona görə də özəl mülkiyyət hüququnuvarislik haqqını danmırıq. Mili kapital sahiblərinin əlində qalacaqeyni zamanda yoxsulluq ortadan qaldırılacaq, ölkənin inkişafı naminə mili kapital daha da stimullaşdırılacaq".

 

Qəzzafinin irəli sürdüyü sosializm marksizm-leninizm ideologiyasından tamamilə fərqliydi. Liviya liderinin sosializmi islam dəyərləri üzərində formalaşmışdı və Qəzzafi yeni sosializmi "Üçüncü dünya teoriyası" adlanırdı. Qəzzafinin sosializmi Əli Şəriətinin "qırmızı islam" teoriyasından çox ax fərqlənsə də, Şəriətinin islam sosializmindən daha yumşaqdaha çox mili xarakterli idi.

 

Qəzzafi ideya adamı idi və demək olar ki, bütün ömrünü ideya adamı olaraq yaşadı. Onun ən böyük səhvlərindən biri də, hakimiyyətdə olduğu 40 ildən artıq müddətdə dünyanın gəlişinə-gedişinə görə tarazlığını ortaya qoymaması, daha doğrusu qoymaq istəməməsi idi. Qəzzafinin problemi ərəb millətinin problemi olmaqla yanaşı, insanlığın problemi idi. Ona görə Qəzzafi göydən yerə enərkən ayaqları altında möhkəm heç tapa bilmədi.

 

"Üçüncü dünya teoriyası"nin məqsədi əsil xalq hakimiyyətini yaratmaq idi. Qəzzafinin xalq hakimiyyəti adına yaratdığı Cəmahiriyyə sistemi əslində islam icma sistemi idi bu sistem özünün mürəkkəbliyi çatışmamazlığı ilə antik demokratiyanı xatırladırdı. Qəzzafinin formalaşdırdığı Liviyada ali hakimiyyət orqanı ərazi prinsipinə uyğun olaraq Yerli Xalq Toplantıları hesab olunurdu. Bu toplantılarda Liviyanın bütün problemləri müzakirə olunurdu. Bəzən qərar qəbul etmək üçün həftələrlə, aylarla vaxt sərf olunurdu. Üstəlik yerli YXT-lər Liviyanın ümummilli problemlərini tam olaraq dər etmir daha çox regional maraqlardan çıxış edirdilər. Bu isə Ali Hakimiyyətin parçalanmasına vaxtında gərəkli qərarların qəbul olunmasına problemlər yaradırdı.

 

Qəzzafi demək olar ki, bu müzakirələrə qarışmır müdaxilə etmirdi. Yalnız ona müraciət olunduğu zaman, Qəzzafi inqilabın lideri sifəti ilə qərarlar verirdi. O bütün dövlət postlarından imtina etmişdi. O Liviya inqilabının lideri, liviyalıların qardaşı Liviya silahlı qüvvələrinin Ali Baş Komandanı idi.

 

 

 

A.Qaramanlı

Azad Azərbaycan.- 2014.- 5 sentyabr.- S.6.