"Qətl günü"ndən "Qara qutu"yadək
Sentyabr ayının 8-də tanınmış teatr rejissoru və aktyoru, Əməkdar inəsənət xadimi Hüseynağa Aatakişiyevin anadan olmasının 65 ili tamam oldu. Əgər yaşasaydı biz indi onunla birlikdə 65 illik yubileyini təmtəraqlı formada keçirəcəkdik.
Tale elə gətirib ki, biz Hüseynağa Atakişiyevlə Mirzə-Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə 1971-ci ildə qəbul olunmuşduq. Elə bir sinifdə də məşhur rejissor və aktyor, Azərbaycan teatr tarixində öz məktəbini yaratmış, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifində təhsil almışıq.
1975-ci ildə ali məktəbi bitirəndən sonra da Şəkiyə gedib, orada Şəki Dövlət Dram Teatrını yaratmaq üçün bir yerdə çalışmışıq. Tale elə gətirib ki, mən 6 aydan sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuşam, amma Hüseynağa həmin teatrda aktyor və rejissor kimi öz işlərini davam etdirib.
Şəki teatrının yaradıcısı Vaqif Abbasov Azərbaycan Dövlət Musiqili Komediya Teatrına baş rejissor dəyişdiriləndə, Şəki rayonunun o vaxtkı birinci katibi, dəyərli ziyalı, alim, millətimizin mədəniyyəti üçün əvəzsiz işlər görmüş Sadıq Murtuzayevin böyük köməkliyi ilə Hüseynağa Atakişiyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru təyin olunub. Bu teatr Vaqif Abbasovun vaxtında olduğu kimi, Hüseynağa Atakişiyevin də vaxtında öz uğurlarını davam etdirib.
Şəki teatrı həmin vaxtlar təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində və bir sıra xarici ölkələrdə tanınıb. Çoxlu maraqlı tamaşalarına görə mükafatlar, diplomlar alıb. Belə uğurlu tamaşalarına görə, onu Şəkidən Milli Akademik Dram Teatrına baş rejissor vəzifəsinə gətiriblər. Bu teatra rəhbərlik etdiyi üç il müddətində bir neçə tamaşaya maraqlı quruluşlar verib. Teatrda islahatlar aparmaq istədiyi bir vaxtda onu baş rejissorluqdan çıxarıblar…
1989-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının binasında, o vaxtkı Respublika Gənclər Təşkilatının və şəxsən sədr Sahib Ələkbərovun təşəbbüsü ilə Gənclər Teatrını yaradıb. Bu teatr mart ayının 27-də Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq həyatına başlayıb. 1993-cü ildə isə bu teatra Dövlət statusu verilib.
Hüseynağa Atakişiyev 17 il bu teatra rəhbərlik etməklə, böyük sensasiyalar yaradan tamaşalar hazırlayıb. O, yaxşı rejissor olmaqla birlikdə həm də yaxşı teatr müəllimi, pedaqoq idi. İşlədiyi bu illərdə respublikada tanınan və ayrı-ayrı teatrlarda işləyən çoxlu aktyorlar yetişdirib.
Rejissor kimi
157-dən çox tamaşaya
quruluş verib. Aktyor kimi 60-a yaxın rol oynayıb. Dünyanın 20-dən artıq məşhur dramaturqlarının ilk dəfə
Azərbaycan səhnəsinə
gəlişi məhz Hüseynağa Atakişiyevin
adı ilə bağlıdır. O, 20-dən artıq dünya dramaturqlarının pyeslərini
də dilimizə tərcümə edib. Televiziya və kütləvi tamaşalar üçün
çoxlu ssenarilər
yazıb. Dövlət Gənclər Teatrında
«Qətl günü» tamaşası ilə öz yaradıcılığını
davam etdirən Hüseynağa Atakişiyevin
son tamaşası Firuz
Mustafanın "Qara qutu" əsəri olub.
Gözəl insan, dəyərli
ziyalı və yaxşı dost Hüseynağa
Atakişiyev 57 yaşında
2006-cı ilin aprel ayının 9-da beyninə
qan sızması (beyin infarktı) xəstəliyindən dünyasını
dəyişib. Azərbaycan teatr
səhnəsi üçün
əvəzsiz işlər
görən Hüseynağa
özü ilə birlikdə çoxlu maraqlı tamaşaların
quruluşunu, ideyasını
haqq dünyasına apardı. Onun yaratdığı teatr 2009-cu ilə kimi öz işini
davam etdirdi.
2009-cu ildə Dövlət
Gənclər Teatrı,
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrı ilə birləşdirildi. Biz Hüseynağanın
dostları, həmfikirləri,
tələbələri çox
istəyirdik ki, onun yaratdığı teatr yaşasın və onun çin
olmayan arzularını
reallaşdırsın. Necə vaxtı ilə Moskvada məşhur rejissor Yevgeni Vaxtanqov dünyasını
dəyişəndən sonra,
dövlət həmin
teatrın dağılmasına
icazə vermədi və bu teatr
yaşadı. İndi dünyada
tanınan teatrlardan biridir.
Bir həqiqəti
deyim ki, Hüseynağa Atakişiyevin
yaratdığı teatr
yaşasaydı, həqiqətən
də respublikanın aparıcı teatrlarından
biri olub, Azərbaycanı dünyada
layiqincə təmsil edə biləcəkdi. Çünki
bu teatrda çox maraqlı aktyor truppası və istedadlı rejissorlar işləyirdi…
Tale elə gətirib
ki, mən Hüseynağa Atakişiyevə
həsr olunan "Teatr sənətinin aşiqi" adlı kitab yazmışam. Artıq kitab
çapa hazırdır.
Həmin
kitabda çoxlu teatr mütəxəssisləri,
ziyalılar və tanınmış insanlar onun haqqında özlərinin ürək
sözlərini deyiblər.
İndi onlardan bir neçəsinin
qısa fikirlərini oxuculara çatdırmaq istəyirəm.
Sadıq
Murtuzayev, Azərbaycanın
bir neçə rayonunda 31 il
birinci katib işləmiş şəxs,
filologiya elmləri namizədi:
- Mən lap gənclik illərimdən
teatra, teatr sənətinə qarşı
maraqlı insan olmuşam. Hətta ali məktəbi
bitirib, Zaqatala Pedaqoji Texnikumuna təyinatla işləməyə
gedəndə, orada
dram dərnəyi yaratmışam
və bir neçə tamaşaya da quruluş vermişəm.
Şəki rayon partiya komitəsinin birinci katibi işləyəndə belə
qərara gəldim ki, burada Dövlət
Teatrı yaradılsın. Çünki bu bölgədə peşəkar teatr kollektivi yox idi. Amma əvvəllər Şəkidə
Dövlət Teatrı
olmuşdu və yaxşı
da işləmişdi.
Hətta bu teatrın yetişdirmələri
olan İsmayıl Dağıstanlı, Sədayə
Mustafayeva, Səməd
Tağızadə, Məmməd
Bürcəliyev və
başqaları sonralar
respublikanın tanınmış
aktyorları oldular. Bununla bağlı öz istəyimi o vaxtlar Mədəniyyət naziri işləyən, fəlsəfə
elmləri doktoru, dəyərli ziyalı və mənim yaxın dostum Zakir Bağırova bildirdim. O da, mənim bu təklifimi
müdafiə etdi. Beləliklə, biz bununla bağlı
Azərbaycan Mərkəzi
Komitəsinə, Nazirlər
Sovetinə məktubla
müraciət etdik.
Həmin məktubda da fikirlərimizi əsaslandırdıq ki, bu bölgədə Dövlət Teatrının
yaranması vacibdir.
Teatrın bütün problemlərini
də məhz Şəki Rayon Partiya Komitəsi öz öhdəsinə götürür.
Məktubumuza müsbət cavab
aldıq və tezliklə bununla bağlı 1975-ci ilin aprel ayında Azərbaycan Nazirlər Soveti qərar verdi və Şəkidə
Dövlət Dram Teatrı
açıldı. Elə ilk gündən
yaradıcı kollektivlə
mən və ideologiya işlərinə
baxan ikinci katib Ənvər Nəzərli çıx
əlaqə yaratdıq.
Teatr işçilərınin
ev, məişət
problemlərini lazım
olan kimi həll etdik. Teatr üçün yaraşıqlı
bina inşa etdik. Kollektiv ilk tamaşalarından başlayaraq, Şəki və bölgə camaatının böyük
marağına səbəb
olan əsərlər
hazırlamağa başladı.
Teatra Vaqif Abbasov rəhbərlik
edirdi. Maraqlı, bacarıqlı rejissor,
bütöv şəxsiyyət
və teatr təşkilatçısı idi.
Amma onun ayaqları vaxtı ilə yanan avtobusdan uşaqları çıxaran
vaxt yandığına
görə, Vaqifə
çox əziyyət
verirdi. Şəki də nəmişlik
yer olduğuna görə, onun ağrılarını daha
da şiddətləndirirdi.
Vaqif Abbasov da tez-tez
xəstəxanaya düşürdü.
O, xəstəxanada yatanda
onun işlərini teatrın aktyoru Hüseynağa Atakişiyev
yaxşı davam etdirirdi. Özü də rejissor
kimi maraqlı tamaşalar hazırlayırdı.
Elə oldu ki, həkimlər
Vaqif Abbasova Şəkidə yaşamağa
icazə vermədilər.
Dediyim kimi nəmişlik onun sağlamlığına
pis təsir edirdi. Vaqif xəstəxanada olanda mənə məktub yazdı. Həmin məktub bu gün də mənim arxivimdədir.
O, xahiş edirdi ki, işlərini davam etdirmək üçün, teatra baş rejissor Hüseynağa Atakişiyevi
təyin edək. Çünki onun işlərini
uğurla yalnız Hüseynağa davam etdirə bilər. Belə ki, artıq
Hüseynağa bir müddət onunla birlikdə işləmişdi
və iş üslubunu öyrənmişdi.
Əlbəttə, Hüseynağanın
ali rejissorluq
diplomu olmadığına
görə, bu işi görmək həmin vaxtlar çətin idi. Bu işdə yenə
də mənə dostum, dəyərli insan Zakir Bağırov
köməklik etdi.
Beləliklə, biz Hüseynağa Atakişiyevi həmin tearın baş rejissoru təyin etdik. Hüseynağa da bizim ümidlərimizi doğrultdu.
Qısa vaxtın içərisində
biri-birindən maraqlı
tamaşalar hazırladı.
Tezliklə, keçmiş Sovetlər
Birliyində keçirilən
festivallardan birinci dərəcəli diplomlar
gətirdi. Kollektivdə çox sağlam yaradıcı atmosfera yaratdı. Onun vaxtında bu
teatrda maraqlı aktyorlar yetişdi. Sonra elə oldu ki,
mən Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifəsinə dəyişildim.
Amma Sabit Rəhman adına
Şəki Dövlət
Dram Teatrının və
onun baş rejissoru Hüseynağa Atakişiyevin hər bir uğurunu diqqətlə izləyirdim.
Onun quruluş verdiyi tamaşalara Milli Akademik Dram Teatrında və Dövlət Gənclər Teatrında da baxmışam.
Hüseynağa Atakişiyev doğrudan da maraqlı dəsti-xətti olan rejissor idi. O, Azərbaycan
teatrı üçün
lazımlı, tapıntı
rejissor və teatr işçisiydi. Öüzünün də yaxşı
xasiyyəti vardı.
Heç
vaxt sifətindən təbəssüm əskik
olmazdı. Bu adam elə bil yalnız yaxşılıq etmək
üçün doğulmuşdu.
İdrisoğlu Ağalar
Azad Azərbaycan.- 2014.- 9 sentyabr.- S.7.