Azərbaycan
xalqının musiqi irsi zəngindir
Azərbaycanın milli musiqi mədəniyyəti dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyəti professional və xalq musiqisindən ibarətdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında demişdir: “...Azərbaycan xalqının musiqi irsi zəngindir.
Azərbaycanın milli musiqi mədəniyyəti dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyəti professional və xalq musiqisindən ibarətdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında demişdir: “...Azərbaycan xalqının musiqi irsi zəngindir.
Azərbaycanın milli musiqi mədəniyyəti dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyəti professional və xalq musiqisindən ibarətdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında demişdir: “...Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər və minilliklər ərzində xalq tərəfindən yaradılıb nəsildən-nəslə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir professional sənətin ən yüksək səviyyəsində duran professional musiqini də nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bünövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır, siz bu zəngin materialdan geniş istifadə etməlisiniz”.
Milli musiqi mədəniyyətimiz azərbaycançılığı bədii obrazlı, melodik şəkildə ifadə edir. Lunaçarskinin yazdığı kimi “musiqi bütün aləmin özünəməxsus şəkildə inikasıdır, lakin o aləmi sükunətdəki şeylərin vasitəsilə yox, başlıca olaraq proseslərin köməyi ilə inikas edir, özünün xüsusi materiyasında, xüsusi güzgüsündə əks etdirir”. Musiqinin belə bir “materiyası” bədii səslərdən ibarətdir və bu səslər müəyyən zaman ərzində müəyyən nizam və sürümlə davam etməlidir.
Musiqidə də aşağıdakı cəhətlər özünü göstərir: təsvir obyekti (real gerçəklik, o cümlədən, insanın hiss və həyəcanları), subyekt (sənətkar şəxsiyyətinin ifadəsi), ideya (sənətkarın təsvir obyektinə münasibəti, onu qiymətləndirməsi).
Hər bir konkret musiqi əsərində məzmunun müxtəlif tərəfləri ayrılmaz vəhdətdə olur.
Sənətşünas M.Ə.Tərlanovun göstərdiyi kimi, musiqidə intonasiyanın ifadəliliyini təşkil edən mühüm ünsür melodiyadır. Melodiya (yunanca melodia - təranə, hava, mahnı) obrazlı məzmunu ifadə edən mütəşəkkil musiqi sədalarının müəyyən ölçü daxilində tək səslə ifadəsi deməkdir. Bəzi hallarda musiqi əsəri bütünlüklə yalnız təkcə bir melodiyadan ibarət olur. Buna xalq mahnı yaradıcılığına məxsus simli və nəfəsli alətlərdə çalınan solonu (italyanca solo, latınca solus - tək, tənha, vahid) misal gətirmək olar. Əsərin məzmununun təksəsli, şərhindən başqa, çoxsəsli şərhi də mövcuddur. Musiqidə çoxsəsli polifonik (yunanca polu - çoxlu, phope - səs, səda) yaxud homorfonik (yunanca homos - tən, bərabər, phone - səs) şəkillərdə özünü göstərə bilər. Polifoniyada, eyni bir zamanda, bir neçə melodiya uzlaşır. Özü də hər bir melodiya aydın şəkildə işlədilməklə bərabər, müstəqil ifa mahiyyəti daşıyır. Homofoniyada isə bir, adətən, yuxarı səs daha mühüm əhəmiyyətə malik olur, qalan səslər isə ona tabe olur və onu müşayiət edirlər.
Musiqi bir sənət növü olmaq etibarilə özündə iki yaradıcılıq fəaliyyətini birləşdirir: bəstəkar yaradıcılığını - əsəri, bir də ifaçı yaradıcılığını - oxumağı, musiqi alətlərində çalmağı və s.
Xalq musiqisində bəstəkar və ifaçı, adətən, bir subyektdə təmsil olunur. Məsələn, aşıq musiqisi yaradıcılığında. Lakin peşəkar sənətin inkişafı ilə əlaqədar bədii yaradıcılığın bu iki şəkli - bəstəkar və ifaçının yaradıcılığı arasında ayrılma, seçilmə baş verir. Təsnifat prosesində musiqi əsərinin yazılı qeydə alınması - not yazısı meydana gəlir. İfaçı not yazısında qeydə alınmış, “kristallaşmış” musiqi əsərini canlandırmaqla bir növ bəstəkarla dinləyici arasında vasitəçi rolunda çıxış edir. Özü də ifaçı mövcud əsərin dinləyiciyə “təqdim olunmasında”, çatdırılmasında yaradıcı şəkildə iştirak edir. Belə ki, o əsərin bu və ya digər daxili ideya - bədii imkan və digər cəhətlərini üzə çıxarmaq, qeyd etmək yolu ilə onun məzmununu xüsusi şəkildə zənginləşdirir, ifa edilən musiqinin özünəməxsus fərdi şərhini verməklə əsərə yaradıcılıq payını qoymuş olur. Lakin unutmaq lazım deyildir ki, ifaçılıq sənətinin müstəqilliyini mütləqləşdirmək olmaz: yaradıcılıq prosesində ifaçılıq ikincidir. Əsər - musiqi isə birincidir.
Sənətşünas Elmira Abasovanın fikrincə, Azərbaycanda bəstəkarlıq sənəti məktəbinin yaranması XX əsrin əvvəlinə təsadüf edir. Onun əsasını görkəmli Azərbaycan bəstəkarı Ü.Hacıbəyov (1885-1948) qoymuşdur. O, ilk milli operaların (“Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”) və musiqili komediyaların (“Ər və arvad”, “O olmasın, bu olsun”, Arşın mal alan”) müəllifidir.
Azərbaycanda operanın yaranması peşəkar musiqi sənətinin digər janrlarının inkişafı ilə hazırlanmış və öz-özlüyündə Azərbaycan musiqisinin inkişafında yeni və mühüm sıçrayış, yeni musiqi yaradıcılığının şifahi vərdişlərindən musiqi mədəniyyətinin müasir formasına keçid olmuşdur. Eyni zamanda, operanın Azərbaycanda yaranması tamamilə qanunauyğun haldır. Təbiidir ki, musiqi sənətinin ən mürəkkəb janrı olan opera, Azərbaycanda klassik operanın ənənəvi formalarında yarana bilməzdi. İlk Azərbaycan operaları özü-özlüyündə musiqi sənətinin qeyri-adi janrında yaranmışdı - bunlar muğam operaları idi. Bu operaların musiqi materialının əsasını əsrlər boyunca Azərbaycan folklor yaradıcılığında yaşayan xalq vokal-instrumental poemalar, daha doğrusu, muğamlar təşkil edirdi.
İnqilabdan qabaqkı illərdə “Şah İsmayıl” operasını yazmış M.Maqomayev (1885-1937) də Azərbaycanda bəstəkarlıq məktəbinin yaradılmasında əsas rol oynamışdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan”, “Evliykən subay” musiqili komediyalarının müəllifi S.Hacıbəyov (1884-1950) musiqi sənətinin görkəmli, xadimi idi.
İlk Azərbaycan operaları və musiqi komediyaları mühüm tarixi rol oynamışlar. Onlar Azərbaycanda peşəkar musiqi sənətinin digər janrlarının yaranması üçün möhkəm təməl olmuş, milli musiqi teatrını yaratmış və onun inkişafına yol açmış, həmçinin, opera ifaçılığı məktəbinin təşkilinə kömək etmişdir.
Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov Azərbaycan milli operaları və onlarda öz əksini tapmış azərbaycançılıq ideyaları haqqında demişdir: “Azərbaycan operaları arasında Üzeyir Hacıbəyovun “Koroğlu” və M.Maqomayevin “Nərgiz” əsərləri xüsusi yer tutur. Bu bəstəkarlar birinci olaraq operamızın səhnəsinə yeni qəhrəmanlar gətirdilər və Azərbaycan opera sənətində inqilabi xalq mövzusunu təsbit etdilər. Qəhrəmanlıq pafosu ilə dolu olan, yüksək vətənpərvərlik ruhunda bəstələnən “Koroğlu”, operamızın şah əsəri kimi şöhrət qazandı. 1940-cı ilə qədər Azərbaycan teatrı səhnəsində professional milli balet əsərləri yox idi.
Ə.Bədəlbəylinin ilk milli baleti “Qız qalası” üzərində teatrımızın bütün yaradıcılıq kollektivi böyük həvəs və ruh yüksəkliyi ilə çalışdı, teatrın geniş yaradıcılıq imkanları aşkara çıxdı. Bundan sonrakı illərdə bir-birinin ardınca milli baletlərimiz yarandı. Qara Qarayevin “Yeddi gözəl”, S.Hacıbəyovun “Gülşən” və başqa əsərləri meydana gəldi.
Opera mürəkkəb, sintetik bir janrdır. Əsil mənada
opera yaradan müəllif
böyük istedad sahibi olmalıdır.
Təkrar edirəm: böyük istedad.
Belə ağır işə girişən bəstəkardan
bu janra qədərki bütün
musiqi formalarını
yaxşı bilmək,
texniki cəhətlərə
mükəmməl yiyələnməklə
yanaşı, həm də çox gözəl zövq, müəyyən mənada
dramaturqluq da tələb olunur.
Xalqın həyatını daha əhatəli musiqi lövhələrində təsvir
etmək üçün
opera bəstəkara geniş
imkanlar verir. Məsələn, dahi sənətkar Üzeyirin “Koroğlu”su xalqımızın qəhrəmanlıq
tarixini gözəl musiqi dili ilə
danışmağın ən
yaxşı nümunəsidir.
Bu əsər xalqın müəyyən
dövrdəki mübarizəsinin,
duyğu və düşüncələrinin musiqi
ensiklopediyasıdır.
Opera, müəllifdən həm də fədakarlıq gözləyir. Hər yeni
yazılan əsərin
mütləq müvəffəqiyyət
qazanacağına ümid
etmək çətin
olsa da, bu, sənətkarı ilhamlı əməkdən,
yaradıcılıqdan çəkindirməməlidir”.
Azərbaycan və Zaqafqaziyanın
musiqi həyatında əvəzsiz rol oynamış, qədim Azərbaycan şəhəri
Şuşa böyük bir konservatoriya rolunu oynamışdır. Bunu bizim düşmənlərimiz
də etiraf edir: “Azərbaycan şəhəri Şuşa
çoxdan bəri Şərq musiqi mədəniyyətinin böyük
mərkəzlərindən biri kimi məşhurdur.
Zaqafqaziya xalqlarının
musiqi sənətinin inkişafında Şuşa
xüsusi rol oynamışdır. Şuşanın
əhəmiyyəti haqtında
erməni musiqişünası
V.Korqanov yazmışdır:
“Poeziyanın, musiqinin və nəğmənin bəxtiyar vətəni olan Şuşa, Zaqafqaziyanı musiqiçilər
və müğənnilərlə
təmin edir. O, bütün Zaqafqaziyaya hər mövsüm, hətta hər ay üçün yeni mahnılar, yeni havalar yaratmaqla onun üçün konservatoriyanın işini
görür”.
Sənətşünas E.Abasova milli opera sənətinin milli ideyaların tərənnümündə rol
oynadığını xüsusi
qeyd edir: Ü.Hacıbəyovun əzəmətli
xalq qəhrəmanlığı
operası “Koroğlu”
xüsusi əhəmiyyət
kəsb edir. Milli musiqi teatrının klassik nümunəsi olan bu əsər
Azərbaycan musiqisinin
mürəkkəb yol
keçmiş tarixi inkişafının gözəl
barıdır. “Koroğlu” operası dünya musiqi mədəniyyətinin ən
gözəl incilərindən
biridir. Bəstəkar doğma xalqının
folkloru üçün
ən səciyyəvi
nə varsa hamısını öz əsərinin canına hopdurmuş, dünya musiqisinin yaşamağa qabil ənənələrindən
yaradıcılıqla istifadə
etmişdir. Süjeti qədim
tarixdən götürülsə
də, Ü.Hacıbəyov
öz ölməz operasını bu günün canlı nəfəsi ilə yaşatmışdır.
Sənətşünas alim M.Ə.Tərlanov opera sənəti
və onun ən janrları haqqında demişdir:
“Opera - sənətin vokal,
instrumental musiqi, dramaturgiya,
təsviri sənət
və bir sıra hallarda xoreoqrafiya (rəqs) kimi sahələrini vahid səhnə tamaşasında birləşdirən
sintetik növünə
deyilir. Operanın daxili quruluşu
əsərin ssenari planında liberettoda ifadə olunan ideya qayəsi süjet xarakteri ilə müəyyən olunur.
Tarixi inkişaf
prosesində operanın
müxtəlif janrları
müəyyənləşmişdir. Buraya tarixi-qəhrəmanlıq (Üzeyir
Hacıbəyovun “Koroğlu”
əsəri), tarixi-romantik,
komik (Üzeyir Hacıbəyovun “Arşın
mal alan”ı), xəlqi-hekayəvi daxildir.
Görkəmli bəstəkar D.Şostakoviç
milli musiqi mədəniyyətinin ümumbəşəri
mədəniyyətin formalaşmasında
oynadığı mühüm
roldan bəhs edərək yazırdı:
“Hazırda vahid ümumxalq, ümumbəşər
mədəniyyətinin formalaşması
perspektivləri əməli
vəzifə kimi irəli sürüldüyü,
həm də bu yeni, çox
maraqlı prosesin inkişafı üçün
bu gün bizim dövrümüzdə
bütün ilkin şərait yarandığı
bir zamanda biz gərək milli musiqi mədəniyyətlərinin
inkişaf yolunu yeni tərzdə müəyyən edək,
onları yaxınlaşdıran
cəhətləri müdafiə
edək”.
Azərbaycançılıq ideyalarını tərənnüm
edən milli musiqi mədəniyyətini,
o cümlədən, milli
opera sənətini Ulu
Öndər Heydər
Əliyev yüksək
dəyərləndirirdi. Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev milli musiqi mədəniyyətimizdə,
xüsusən, ölməz
Üzeyir bəyin “Koroğlu” operasında milli-mənəvi dəyərlərə
yüksək qiymət
verərək demişdir:
“İyirmi il ərzində ölkəmiz
böyük və şərəfli yol keçmişdir, bütün
sahələrdə böyük
uğurlara imza atmışdır. Uğurlarımızın təməlində, məhz
milli-mənəvi dəyərlər
dayanır. Güclü iqtisadiyyat
yaratmaq olar, bölgədə güclü
mövqelərə malik
olmaq olar, - halbuki bunun üçün
də çox çalışmaq lazımdır,
- ancaq milli-mənəvi
dəyərlər olmadan
heç bir ölkə, heç bir xalq inkişaf
edə bilməz.
Bizim üstünlüyümüz ondan
ibarətdir ki, gənc və güclü dövlətimiz
möhkəm təməl
üzərində qurulubdur.
Çoxəsrlik tarix, mədəniyyət
üzərində qurulubdur.
Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir.
Biz, təbii ki,
ümumbəşəri dəyərləri
bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər
öz milli Azərbaycan dəyərlərimizdir”.
Məmmədhəsən
Azad Azərbaycan.- 2014.- 28 sentyabr.- S.5.