Siyasi mədəniyyətin özünəməxsus inkişaf yolu var

 

«Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır»

 

Siyasi mədəniyyət çox geniş anlayışdır. Bu anlayışa təkcə mühüm siyasi, sosial və digər problemləri həll etmək vərdişləri və bacarıqları deyil, həm də siyasi mübarizə təcrübəsi, məğlubiyyətlər və qələbələr, yüksəliş və tənəzzül halları, xalqın sıx birləşməsi və mütərəqqi dəyişiklikləri həyata keçirmək üçün səmərəli üsullar daxildir.

 

Məlumdur ki, siyasi mədəniyyət anlayışını elmə ilk dəfə fransız politoloqları Q.AlmondS.Verba gətirmişdir. Hər iki alimin apardığı araşdırmanın məqsədi fərdin və toplumun siyasi sistem daxilində oynadığı rolun, eləcə də Qərb siyasi həyat tərzinin mahiyyətini təşkil edən demokratiyanın mədəni özüllərini müəyyənləşdirmək olub. Q.Almond hesab edirdi ki, siyasi mədəniyyətin xarakteri siyasi sistemdə müəyyən norma, davranış və inamlarla ifadə edilir. Onun həmkarı S.Verba isə siyasi mədəniyyəti fərdin siyasi sistemi bütövlükdə psixoloji cəhətdən dərk etməsi kimi xarakterizə edir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov hesab edib ki, siyasi mədəniyyət mücərrəd bir proses kimi məkan və zamandan asılı olmayaraq formalaşmır.

Onun sözlərinə görə, sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir: «Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən o, siyasətçilərin və onların təmsil etdikləri qüvvələrin “oyun qaydalarından” tutmuş geniş xalq kütlələrinin siyasi proseslərə münasibətinədək olan səviyyəni bildirir. Siyasi mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir. Onu ümumi mədəniyyətdən ayırmaq müəyyən mənada şərtidir, çünki mənəvi mədəniyyətin hüquqi, əxlaqi, estetiks. sahələri buya digər formada siyasi mədəniyyətə daxildir».

Alim qeyd edib ki, siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir: «Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Hələ vaxtilə Ümummilli lider Heydər Əliyevin vətəndaş cəmiyyəti uğrunda etdiyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir vətəndaş cəmiyyətinin formalaşmasını sürətləndirdi. Sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı».

Onun fikirlərinə görə, Azərbaycanda siyasi mədəniyyətin formalaşması prosesində ümummilli lider Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyükdür: «Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə başlamışdır. Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu vardır».

H.İbrahimov vurğulayıb ki, siyasi mədəniyyətin formalaşmasında və inkişafında çoxpartiyalılığın da böyük rolu olmuşdur: «1993-cü ildən bu günə qədər Azərbaycanda fəaliyyət göstərən müxalifət siyasi partiyaları öz mübarizə üsullarını xeyli təkmilləşdirmişlər. Yaxın tarixə nəzər saldıqda bu partiyaların bir çoxunun nizamnaməsi ilə fəaliyyətlərinin təzad təşkil etdiyini yəqin etməmək mümkün deyildi. Siyasi fəaliyyətdə yalnız populizmlə silahlanan müxalifət partiyalar bu illərində yalnız bir neçə “üzvünü” cəmiyyətin ictimai rəyinə tanıda bildi. Siyasi mədəniyyətin ictimai rəyin formalaşmasında oynadığı aktivçevik rolunu nəzərə almayan bu şəxslərin “təkrar populizmi” özlərinə qarşı yönəlmiş oldu. Tutduqları siyasi mövqesistem onlara heç bir uğur gətirməməklə yanaşı, cəmiyyət həyatından daha da təcrid olunmaları ilə nəticələndi. Sistemli şəkildə səhv etdiklərinin fərqinə varan müxalifət 2003-cü ildən başlayaraq formalaşan yeni siyasi mədəniyyət mərhələsində öz fəaliyyətlərini dəyişdirməyə başladı və siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu».

Alim bildirib ki, aparılan müşahidələrə görə, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanıb: «Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması, bütün bunlarla yanaşı ölkədə siyasi məhbus probleminin aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir. Doğrudan da siyasi mədəniyyətin formalaşma mərhələsi artıq başa çatmışdır. Bu xarakterik siyasi mədəniyyətdən kənarda heç bir siyasi fəaliyyət təsəvvür olunmur».

H.İbrahimov qeyd edib ki, aparılan tədqiqatlara görə, Azərbaycan sosial mədəni dəyişikliklər baxımından uğurlu yoldadır: «Son illər Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər də əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərmişdir. Azərbaycan seçicisi populist radikalizmin deyil, islahatların sabitliyinradikalı”dır. Sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ aktivdir. Siyasi sistemin sabitliyinə davamlığına xalqın rəyi dəyişilməzdir. Hər hansı məmurun korrupsiya fəaliyyətindən əziyyət çəkdiyini bildirən respondent Azərbaycan prezidentinin bu halları yoluna qoyacağına qətiyyətlə inanır».

Alim vurğulayıb ki, Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir: «Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşmışdır.

2013-cü ilin prezident seçkiləri bu siyasi mədəniyyətin nəticəsi olaraq xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini seçməkdə yüksək aktivlik göstərməsi seçkilərin insidentsiz başa çatması, hətta müxalifət elektoratının müəyyən qisminin seçki zamanı hakim partiyanın namizədi lehinə səs verməsi Azərbaycanın siyasi mədəniyyət tarixinin yeni səhifəsi kimi yadda qalandır. Nəticə etibarilə Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyət səviyyəsinin göstəriciləri artıq müəyyən dəyərlərə ehtiramı ilə seçilir. Bu dəyərlərdən ən mühümü Heydər Əliyev fenomenidir. Heydər Əliyev yolunun davamçısı olan şəxsə rəğbət güclüdür. Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyamfikri Azərbaycan vətəndaşının siyasi mənlik şüurunun, deməli, həm siyasi mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir».

H.İbrahimovun fikrincə siyasi mədəniyyətin mühüm komponenti milli dövlət simvolları ideyalarıdır: «Bəzi politoloqlar siyasi mədəniyyəti, həttasimvolik sistemadlandırmağı təklif edirlər. Məsələn, L.Ditmerin fikrincə, siyasi mədəniyyətsiyasi kommunikasiya” termini ilə ifadə edilən, daha geniş bir sistemə daxil olan siyasi simvollar sistemidir. Doğrudan da, dövlət bayrağı, himn, Konstitusiya, bayramlar, pul nişanları, gerb s. kimi simvollar tarixən həmişə dövlətin ümumi atributu kimi onu möhkəmləndirməyə xidmət etmişdir.

Azərbaycanda daha davamlı siyasi mədəniyyətin formalaşması həm ölkəmiz, eləcə region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin qorunmasının Konstitusiyaya edilən əlavə dəyişikliklərlə referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir. Prezident məmur münasibətlərində dövlət başçısı İlham Əliyevin yeni davranış normalarının formalaşmasına önəm verməsi ölkədə demokratik siyasi mədəniyyətin inkişafına şərait yaradır. Aparılan tədqiqatlar sübut edir ki, prezident İlham Əliyevin müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş vüsət almasında böyük rolu vardır. Beləliklə, Azərbaycanda siyasi mədəniyyət həm özünəməxsus inkişaf yolu ilə, həm siyasi təkmilləşmənin davamlı tətbiqi ilə seçilir.

 

MƏMMƏDHƏSƏN

Azad Azərbaycan.- 2015.- 19 aprel.- S5.