Söz azadlığı öz fikrini sərbəst ifadə etməkdir

 

Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizmində ombudsman təsisatının xüsusi yeri var

 

 

Şərq ölkələrindən demokratik ölkə kimi xüsusi maraq doğuran Yaponiyada insan hüquq və azadlıqları 1947-ci ildə qüvvəyə minmiş Konstitusiyanın "Xalqın hüquq və vəzifələri" adlı 3-cü fəslində təsbit olunmuşlar. Həmin fəslin əsas müddəaları insanın anadangəlmə, təbii hüquqlar konsepsiyasından çıxış edir. Bu hüquqlara Konstitusiyada indiki və gələcək nəsillərə nəsib olan əbədi və pozulmaz hüquqlar kimi baxılır.

Yaponiya Konstitusiyası dövlət tərəfindən təminat verilən şəxsiyyət hüquq və azadlıqların həyata keçirilməsini cəmiyyətin rolu, xalqın fəaliyyəti ilə bağlayır. Belə ki, burada deyilir ki, hüquq və azadlıqlar xalqın müntəzəm səyləri ilə dəstəklənməlidir, təkcə şəxsiyyət deyil, bütövlükdə xalq hüquq və azadlıqlardan sui-istifadədən çəkinməlidir və onların ictimai rifah maraqları naminə istifadə edilməsinə görə tam məsuliyyət daşıyır.

Politoloq Hikmət Babaoğlu hesab edir ki, Yaponiya Konstitusiyasında ənənəvi siyasi hüquqlarla yanaşı (seçki hüququ, birləşmə hüququ, yığıncaqlar, söz, mətbuat azadlığı və s.) digər siyasi hüquqlar da təsbit olunur. Xalqın dövlətin vəzifəli şəxslərini seçmək və onları vəzifədən kənarlaşdırmaq hüququ, dinc petisiyalarla müraciət etmək, qanunlarda düzəliş etmək və onları ləğv etmək hüququ, Konstitusiyada yaşamaq hüququna, digər şəxsi azadlıqlara təminat verilir. Burada azadlıq və xoşbəxtliyə can atmaq, vicdan azadlığı hüququ (heç bir dini təşkilat dövlətdən imtiyaz almamalı və siyasi hakimiyyətdən istifadə etməməlidir), dövlətin və vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən zərərin ödənilməsi hüququ, şəxsiyyət toxunulmazlığı, mənzil toxunulmazlığı hüququ və digər şəxsi hüquqlar təsbit edilir.

Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizmində ombudsman təsisatının xüsusi yerirolu tədqiqatçılar tərəfindən qeyd olunur. Müasir dövlətin inkişaf səviyyəsi adamların həyatının bütün sahələrinə idarəetmə fəaliyyətinin ekspansiyasının getdikcə artdığını göstərir. Bu da adamları idarəetmə orqanlarından, demək olar ki, tamamilə asılı vəziyyətə salır. Bunun nəticəsində ombudsman kimi bir mexanizmə zərurət yaranır ki, onun da vəzifələrinə idarəetmə orqanlarının işindən qənaətlənməyən vətəndaşların şikayətlərinə baxmaq və beləliklə də onların hüquq və azadlıqlarını müdafiə etmək daxildir. Bu cür təsisata tələbat həqiqətən də böyükdür, xüsusilə də əgər nəzərə alınsa ki, ombudsmana müraciət proseduru ciddi qaydaları və yüksək xərcləri nəzərdə tutmur. Bundan fərqli olaraq məhkəməyə müraciət prosedurları uzunmüddətli, baha olur və əvvəlcədən müəyyən olunmuş sərt çərçivələrdə baş verir.

F.Lüşer Fransa Konstitusiya Şurasının qərarları prizmasından hüquq və azadlıqların konkret məzmununu açıqlamağa çalışır, azadlıq konsepsiyasının ətraflı analizini verir. Onun tərəfindən azadlıqlar sırasında yerli (ərazi) azadlıqlar da ayrılır: kommuna, departamentlər və s. tipli kollektivlərin azadlığı. Azərbaycan spesifikasını nəzərə alaraq müəllifin gəldiyi bu cür nəticələr diqqəti cəlb edir ki, kollektivin (ərazinin) statusunun dəyişdirilməsi mərkəzi orqanların təşəbbüsü ilə keçirilən referendum əsasında mümkündür. Əgər belə referendum yerli hakimiyyətlər tərəfindən təşkil olunarsa, onda onun nəticələrinin yalnız mənəvi çəkisi ola bilər. O, hesab edir ki, xalqların öz müqəddəratını təyin etməsinin azadlığı metropoliyadan ayrılmaq üçün bəraətverici arqument ola bilməz: o vaxtadək ki, kollektiv fransız xalqının tərkib hissəsi olaraq qalır, o, bütövlükdə respublika xalqının rəyindən müstəqil olaraq "öz müqəddəratını təyin edə" bilməz.

H.Babaoğlu qeyd edir ki, bu baxımdan uzun müddət Fransa Konstitusiya Şurasının üzvü olan professor F.Lüşerin "Şəxsiyyətin hüquq və azadlıqlarının konstitusiya müdafiəsi" monoqrafiyası maraq doğurur. O, özünün kitabında Fransa Konstitusiya Şurasının 30 ildən artıq müddətdə vətəndaşların konstitusiya hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini və qəbul etdiyi qərarlarını təhlil edir, onların təmin edilməsinin prosedur formalarını göstərməyə çalışır. Buraya ilk növbədə Konstitusiya Şurası tərəfindən həyata keçirilən ilkin nəzarət aid edilir; ikincisi, bundan sonra növbəti nəzarətdir ki, bu da əsasən Konstitusiya Şurasının təşəbbüsünə əsaslanır, lakin ayrı-ayrı vətəndaşların şikayəti əsasında keçirilir; üçüncüsü, digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilən nəzarətdir.

F.Lüşer Konstitusiya Şurası mövqeyindən çıxış edərək göstərir ki, hüquq və azadlıqlar mütləq deyil: əksinə, hər bir hüquq və hər bir azadlığın dəqiq reqlamentləşdirilmiş çərçivələri vardır; onlara vəzifələr uyğun olur, məsələn, "ümumi mənafeyə" riayət etmək, başqa şəxslərin hüquqlarına qəsd etməmək, xeyirxah, xoş xasiyyətə malik olmaq, adətlərə hörmət etmək, başqa vətəndaşların maraqlarına toxunan özbaşına, zorakı hərəkətlərə yol verməmək formalarında. Əlbəttə, hüquqi dövlətdə qoyulan hər hansı bir məhdudiyyət yalnız fərdin xeyrinə ola bilər.

A.Tokvil "Amerikada demokratiya" əsərində göstərir ki, "demokratiya siyasi hüquqlar anlayışını hər bir vətəndaşın şüuruna çatdırır və bu da onun əsas üstünlüklərindən biridir. Əlbəttə, hamıya siyasi hüquqlardan istifadə etməyi öyrətmək heçasan deyil, lakin bu məqsədə nail olunması çox yaxşı, müsbət nəticələr verir".

Əlbəttə, A.Tokvilin qeyd etdiyi kimi, hamıya siyasi hüquqlardan istifadə etməyi öyrətmək asan deyil, lakin demokratik cəmiyyətdə bu məqsədə nail olunması olduqca vacibdir. Onun diqqət yetirdiyi bir vacib məsələ də ondan ibarət olmuşdur ki, "əgər xalq bundan əvvəl siyasi hüquqlara malik olmamışdırsa, onun bu hüquqlara yiyələndiyi vaxtda böhran baş verir ki, bu böhran da həm zəruri və həm də təhlükəli olur. Siyasi hüquqları ilk dəfə əldə edən sadə adamlar bu hüquqlara münasibətdə həyatın dəyərini bilməyən uşağın onu əhatə edən aləmə bəslədiyi münasibətə oxşar vəziyyətə düşürlər". Burada A.Tokvil məşhur bir kəlamı da gətirir: Nomo Ruer robustuc (lat., güclü, lakin təcrübəsiz insan). O göstərir ki, bütün bunlar Amerikada da müşahidə olunur: O ştatlarda ki, vətəndaşlar hüquqlardan çoxdan istifadə edirlər, onlar bunu daha yaxşı edirlər. Bu istiqamətdə mülahizələrini A.Tokvil belə bir fikirlə yekunlaşdırır ki, "...azad yaşamağı öyrənməkdən çətin bir şey yoxdur".

Demokratik cəmiyyətdə insana qayğı yüksək və ali məqsəd sayılır. Bu baxımdan da müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiyadaqanunlarda təsbit və təsdiq edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir.

Müasir dünyada inkişaf etmiş demokratik dövlətlər öz ölkəsində insan hüquqlarının təmin edilməsi ilə yanaşı, başqa ölkələrdə də onların qorunmasına, demokratik cəmiyyət quruculuğuna yardım etməyə çalışırlar. Hələ 1941-ci ilin yanvar ayında ABŞ prezidenti Franklin Ruzvelt özünün Konqresə göndərdiyi müraciətində Amerika milləti qarşısında duran yeni məqsədin bütün dünyada insan hüquqlarının pozulması hallarına qarşı mübarizə aparmaqdan ibarət olduğunu bəyan etmişdir. O, "Dörd aylıq azadlıq" əsərində göstərirdi ki, "... sağlamgüclü demokratiyanın təməlində müəmmalı bir şey yoxdur. Xalqımızın siyasiiqtisadi sistemdən gözlədiyi əsas şeylər çox sadədir...

- işləyə bilənlər üçün ;

- ehtiyacı olanların təhlükəsizliyi;

- seçmə adamlar üçün xüsusi imtiyazların ləğvi;

- hamı üçün vətəndaş azadlıqlarının saxlanılması;

- həyat səviyyəsinin daim yüksəlməsi üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması".

F.Ruzvelt qeyd edirdi ki, "narahatson dərəcə mürəkkəb müasir dünyada gözdən uzaq qalmamalı sadə və əsas şeylər bunlardır" və ölkənin iqtisadisiyasi sisteminin "daxili və birləşdirici gücü onun bu ümidi nə dərəcədə doğrulda biləcəyindən asılıdır..."

Amerikanın dünyaya aşılayacağı əsas insan azadlıqlarına o, dörd azadlığı aid edirdibununla əlaqədar yazırdı: "Təhlükəsiz etmək istədiyimiz gələcəkdə biz dörd mühüm insan azadlığına əsaslanan dünya yaratmağa çalışacağıq. Birinci azadlıq - dünyanın istənilən hissəsində söz azadlığı və öz fikrini ifadə etmək azadlığı. İkinci azadlıq - dünyanın istənilən hissəsində hər bir adamın istəyincə ibadət etmək azadlığı. Üçüncü azadlıq - dünyanın istənilən hissəsində ehtiyac əsarətindən azadlıq; (daha sadə dildə bu, hər bir ölkə üçün onun xalqının sağlam, dinc həyatını təmin edən iqtisadi razılaşmaları bildirir). Dördüncü azadlıq - dünyanın istənilən hissəsində qorxu hissindən azadlıq; (daha sadə dildə bu, silahların elə tərzdə və elə səviyyəyə qədər ümumi ixtisar edilməsidir ki, heç bir ölkənin öz qonşusuna fiziki təcavüz etmək imkanı olmasın).

Bu, uzaq minilliklərin perspektivi deyildir. Bu, belə bir dünyanın artıq bizim dövrümüzdə və nəslimiz tərəfindən yaradılması üçün real təməldir".

 

MƏMMƏDHƏSƏN

Azad Azərbaycan.- 2015.- 28 aprel.- S.5.