Ermənilərin Cənubi Azərbaycanda törətdiyi vəhşiliklər

 

Yeri gəlmişkən, ermənilərin Cənubi Azərbaycana ayaq açmaları rus imeratoru I Pyotrun hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, I Pyotr  1722-ci ilin noyabrında Gilanın mərkəzi  şəhəri olan Rəştə hərbi dəniz donanması və ordu yeridir. Həmin qəsbkar yürüşdə rus ordusundan savayı, erməni hərbi dəstələri də iştirak edirdi. 1723-cü il iyulun 26-da rus və erməni birləşmiş qüvvələri Rəşti işğal edir. Çar I Pyotr Dağlıq Qarabağ məliklərinə İrana qarşı üsyana qalxmağa və özlərini müstəqil idarə etməyə şərait yaradacağını bildirir. Gülüstan, Coraberd,  Xaçın, Vərəndə və Dizakın daxil olduğu Dağlıq Qarabağ məlikləri beş tayfadan ibarət idi. Hər tayfa başçısı fars sözü olan “məlik” (rəis ) ləqəbi ilə adlandırılırdı. 1730-cu ilə qədər həmin məliklərin varlığına son qoyulmuşdu. Bundan sonra ermənilər Dağlıq Qarabağa yiyələnmək üçün Rusiyaya əl açmışdılar. Çar Rusiyasının Qafqazİrana hücumları erməniləri öz məkrli planlarını həyata keçirməyə sövq edirdi.

 

1918-ci ildə rus qoşununun Cənubi Azərbaycanı  işğal etməsindən sevinən ermənilər hərbi ordu hissələri yaradıb Maku, Xoy, Urmiyada qanlı qırğınlar törətdilər. Urmiya gölü ətrafında öldürülən və yandırılan azərbaycanlıların sayı olduqca çox idi. Ermənilər məşrutə hərəkatına qarşı xəyanət edib rus döyüşçüləri ilə birlikdə azərbaycanlı əhalinin qırılmasında və yandırılmasında yaxından iştirak edirdilər. Çar ordusunun Cənubi Azərbaycandan çıxdığını bilən ermənilər bərk qorxuya düşdülər. Ruslar ərazidən çıxarkən öz silahlarını təmənnasız olaraq ermənilərə verdilər. Seyid Əhməd Kəsrəvi bu hadisələri belə qeyd etmişdir: “Biz dedik ki, ürək dağlayan Urmiya dastanını  ayrıca yazacağıq. Dey ayının 11-i (dekabrın 31-i) idi ki, ruslar Urmiyanı tərk etməyə başladılar. Onların ordusunun bir hissəsi sərhədə doğru geri çəkildi, sabahısı – ayın 12-də qalan qoşunlar da oranı tərk etdilər. Son 1-2 ay ərzində  qan töküb talançılıq edən ermənilər qorxub Urmiyada qalmaq istəmirdilər. 10 minə yaxın kişi və qadın uşaqları ilə birlikdə əşyalarını yığıb tələsik şəhəri tərk etdilər. Onlar könüllü surətdə əcnəbilərdən aldıqları silahla yerli günahsız əhalinin qanını tökdülər. Lakin əsas sözümüz ermənilərin iranlılarla düşmənçilik mövqeyində durması idi. O adamlar ki, əsrlərlə İranda yaşayıb və onun bütün nemətlərindən, rahatlıqlarından faydalanıb əcnəbilərin göstərişi ilə öz həmvətənlərinə  düşmənçilik etdilər”.

 

Özlərini ariyalılarla həmirq və qan qohumu adlandıran ermənilər Cənubi Azərbaycanın Urmiya, Xoy, Təbriz və Salmas şəhərlərində qanlı qırğınlar törətdilər. Erməni quldur dəstəsinin başçısı Ağa Petros, assurilərin rəhbəri Marsimon və digər şəxslər Salmasdan Urmiyaya gəldilər. Erməni dəstələri evlərə soxularaq talançılıq edir, evləri yandırırdılar. Toplarla şəhəri oda tuturdular. Seyid Əhməd Kəsrəvi yazır: “Onlar  Urmiyada 500 evə od vurub yandırdılar, kişi, qadın  və uşaqları öldürdülər. Belə zülm və vəhşilik heç bir əsrdə edilməmiş və heç bir qanunda görünməmişdi”.

 

Urmiyada 15 minə qədər əhali yaşayırdı. Erməni quldurları təkcə bir gündə 1500 nəfər azərbaycanlını qətlə yetirdilər. Osmanlı qoşunu Urmiyaya gələnə qədər erməni qaniçənləri tərəfindən 10 mindən artıq soydaşımız öldürüldü. Bu qırğınlar haqda Seyid Əhməd Kəsrəvi yazır: “1918-ci ilin martında ermənilər qapıları sındırıb, evlərə girib azyaşlı qız uşaqlarını zorladılar, sonra onlarla bərabər kişiləri və qadınları öldürürdülər. Evlərindən qaçmağa müvəffəq olanları isə küçələrdə güllələyirdilər... Analar uşaqlarını qana boyanmış vəziyyətdə görürdülər. Bu dəhşətli hadisələri, vəhşilikləri insan artıq şərh edə bilmir”. Ermənilərin törətdikləri kütləvi qırğında 10 min nəfərə yaxın azərbaycanlı öldürüldü,  əhalinin  mülkü, əmlakı  ələ keçirildi. 1918-ci il iyunun 24-də quldur dəstə başçısı Andronik Ozanyanın silahlı dəstələri Xoy şəhərini mühasirəyə aldılar. Topları işə salaraq bir neçə evi dağıtdılar, günahsız insanları qətlə yetirdilər. Xalqın köməyinə çatan osmanlılar  quldur Andronikin ordusunu geri çəkilməyə məcbur edirlər.

 

Ruslara  sığınan daşnaklaronun hərbi başçısı Pertos topxana və hərbi qrupları ilə Urmiyadan Salmasa hərəkət etdilər və  burada çoxlu sayda insanın qanı axıdıldı. Andronik yenidən öz qüvvələrini qaydaya salaraq Xoya hücum etdi. Şəhərin müdafiəsinə qalxan xoylular ermənilərə ağır zərbə endirdilər.

 

1918-ci il  iyunun 26-da Xalxaldan olan yaşlı kişi  Mirməhəmməd Pişnamazın öz evində başını kəsib bədənini tikə-tikə etdilər. Rusingilis havadarlarına arxalanan ermənilər quldur Andronik Ozanyanın  başçılığı ilə Urmiyada, Xoyda, Salmasada və Təbrizdə görünməmiş qırğınlar törətdilər. Ermənilərin misli görünməmiş azğınlıqlarına dözməyən Salmas və Urmiyanın kəndlərində yaşayan sakinlər evlərini tərk etməyə məcbur oldular. 

 

Ermənilərlə farsların dil, irqqan qohumluğu olduğunu İran alimi Pərviz Vərcəvəndin 1999-cu ildə Tehranda fars dilində nəşr etdirdiyiİranQafqaz” (“aran şirvan”) kitabında Andronik Hoyanın “Erməni mədəniyyəti ilə İran mədəniyyətinin uzun sürən həmişəlik bağlılıqları” yazısı (səh. 361-389) çap olumuşdur. O yazır: “Ermənilərin dili hind-Avropa dilinin bir şaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri vardır. Parfiya çarlığı dövründə iranlılar və ermənilər bir-birinin dilini başa düşürdülər. Hazırda pəhləvi lüğətləri  erməni dilində müşahidə edilməkdədir. Andronikin kitabına görə ermənilərin təqvimi ilə farsların təqvimi eynidir.” Bütün bunlar barədə ameriklı tarixçi  haqlı olaraq qeyd edir: “...Bura  gələn ilk ermənilər fırıldaqçı, macəra axtaran olmuşlar. Onlar avantürist olmasaydılar, digər ölkələrdən ərazi qoparmaq xəyalında olubböyük hayastan" yaratmaq fikrinə düşməzdilər". Erməni millətçiləri bu günİranda Azərbaycan dövlətinə qarşı təxribatlarını davam etdirirlər.

 

 

 

Firudin CÜMŞÜDLÜ,

ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi

 Azad Azərbaycan.- 2015.- 27 fevral.- S5.