Qanunvericilikdə valideynin məsuliyyəti
artırılmalıdır
Qanunvericilik və Azərbaycanın tərəfdar
çıxdığı beynəlxalq sənədlər
uşaq əməyindən istifadəni qadağan edir
Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində müxtəlif tədbirlərin həyata keçirilməsinə baxmayaraq həm paytaxtda, həm də regionlarda azyaşlılara qarşı zorakılıq halları müşahidə olunmaqdadır. Uşaqlara qarşı zorakılıq onların əməyinin istismar edilməsindən tutmuş, psixoloji, mənəvi və seksual zorakılığa qədər hallarda təsadüf edir. Daha dəhşətlisi isə odur ki, belə zorakılıq halları uşaqların yaxın qohumları, xüsusən valideynləri tərəfindən törədilir. Məhz bu baxımdan Azərbaycanda uşaqlara cismani cəzaların verilməsini qadağan edən xüsusi qanunun qəbul olunması gündəmə gəlib.
Məlumat üçün qeyd edək ki, belə bir qanunun qəbulu ilə bağlı təklif Ombudsman Aparatı tərəfindən irəli sürülmüşdü. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul edilməsi üçün Milli Məclisə müraciət etmişdi. Ombudsman həmçinin təklif etmişdi ki, Azərbaycan Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Konvensiyasına qoşulub və bununla da üzərinə müəyyən öhdəliklər götürüb. Həmin öhdəliyə görə, Milli Məclis sözügedən Konvensiyanı ratifikasiya etməlidir.
Təəssüf ki, bu təklifdən xeyli müddət keçməsinə baxmayaraq nə Konvensuya ratifikasıya edilib, nə də uşaqlara qarşı işgəncələrin qarşısını alacaq qanun qəbul edilib. Çünki belə bir qanunun qəbul edilməsində ayrı-ayrı qurumların mövqeləri üst-üstə düşmür.
Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində hesab edirlər ki, uşaqlara cismani cəzaların verilməsini qadağan edən normalar "Təhsil haqqında" qanunda, eləcə də Ailə Məcəlləsində yer alıb. Eyni zamanda, "Məişət zorakılığı haqqında" qanunda uşaqların ailədə zorakılığa məruz qalmasını qadağan edən normalar əks olunub. Bu zorakılıq tək cismani deyil, həm də mənəvi və iqtisadi formalarda başa düşülür. Elə isə nədən ailələrdə və tədris müəssisələrində uşaqlara qarşı cismani və mənəvi cəzaların tətbiqi halları müşahidə olunur?
Hətta uşaq bağçalarında belə körpələrə qarşı işgəncələrin dəfələrlə sosial şəbəkələrdə yayılmasının şahidi olmuşuq. Baş verənlərdən xəbərdar olan valideynlər isə müxtəlif səbəblərdən işgəncə faktlarını ört-basdır edirlər. Belə məlum olur ki, ya qanunvericilikdə uşaqlara qarşı zorakılığı qadağan edən normalar kifayət qədər sərt deyil, ya da bu normalar uşaqlara qarşı sərt münasibətləri tənzimləmək gücündə deyil.
Ekspertlərin sözlərinə görə, qüvvədə olan qanunvericiliklərdə uşaqlara mənəvi cəzaların verilməsini qadağan edən konkret normalar mövcud deyil. Məhz bu halda, uşaqlara qarşı zorakılığın qarşısını ala, mövcud münasibətləri tənzimləyə biləcək yenu qanunun qəbulu zərurəti yaranır. Onu da qeyd edək ki, hazırda dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı 20-dən artıq proqram həyata keçirilir. Lakin reallıq ondan ibarətdir ki, ölkədə uşaq hüquqlarının həyata keçirilməsi ilə bağlı bəzi sahələrdə əlavə tədbirlərin reallaşdırılmasına ehtiyac duyulur.
Mütəxəssislərin fikrincə, uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün təkcə inzibati metodlar kifayət etmir. Bunun mənfi tərəfləri də var ki, bu hal mütləq nəzərə alınmalıdır. Belə ki, ilk növbədə zorakılığın mahiyyəti dərk edilməlidir ki, ondan yayınmaq mümkün olsun. Çünki çox hallarda zorakılıq ancaq döyülmə faktı ilə əsaslandırılır. Əslində isə uşaqların qidadan məhrum edilməsi, onların təhsildən yayındırılması, istirahətlərin məhdudlaşdırılması, qızların erkən yaşda ərə verilməsi də zorakılıq hallarını özündə əks etdirir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda bu sahədə mövcud problemlər küçə uşaqları, uşaq evlərindən çıxan uşaqların üzləşdikləri çətinlikləri, məşğulluq və yaşayış yeri ilə təmin olunma, erkən nikahlar, qızların təhsildən kənarda qalması, ailə daxilində uşaqlara qarşı şiddət halları və s. ilə bağlıdır. Qeyd olunan məsələlərin həlli ilə bağlı dövlət tərəfindən tədbirlər görülsə də, bu problemlərin yaranmasında valideyn məsuliyyətsizliyi önəmli rol oynayır. Yəni, uşaq problemlərinin meydana çıxmasında əsas səbəb valideyn məsuliyyətsizliyidir və illərlədir ki, bu məsələ həllini tapmamış qalır.
Valideynlər hətta qadağalara məhəl qoymadan uşaqlara qarşı zor tətbiq etməkdə davam edirlər. Məsələn, sirr deyil ki, hazırda uşaq əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət və iaşə sahələrində daha çox istifadə edilir. Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir. Lakin nəinki belə hallar hər gün təkrar olunur, hətta bəzi valideynlər heç nədən çəkinməyərək öz övladlarını belə işlərə təhrik edirlər. Bu səbədən vacibdir ki, qanunvericilikdə valideyn məsuliyyətinin artmasına səbəb ola biləcək müddəa əksini tapsın.
Qeyd edək ki, Azərbaycanın Əmək Məcəlləsinin III bölməsi əmək müqaviləsinə həsr edilib. Əmək Məcəlləsinin 43-cü maddəsinin məzmunundan aydın olur ki, əmək müqaviləsinin məzmunu
və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Orada əmək müqaviləsi bağlanarkən konkret olaraq tərəflərin yaş həddinin müəyyən edilməsi nəzərdə tutulub.
Müqavilə 15 yaşından 18 yaşadək olan şəxslərlə bağlanarkən onların valideynlərinin, onları övladlığa götürənlərdən birinin və ya qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var. Unutmayaq ki, uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. İş adamları öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərini nəzərə almalıdırlar.
Əmək Məcəlləsinin 249-cu maddəsində göstərildiyi kimi, 15 yaşından aşağı olan uşaqlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir. İstisna var – 14 yaşı tamam olmuş liseylərin şagirdləri istehsal müəssisələrində təlim keçmək üçün yüngül işlərə cəlb oluna bilərlər.
İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 9-cu və 10-cu bəndinə əsasən 15 yaşdan aşağı uşağı işə cəlb edən hüquqi şəxslər 3-5 min manatadək, 18 yaşı tamam olmamışları sağlamlığını və mənəviyyatını təhlükə altına qoyan işə cəlb edənlər isə 10-13 min manat məbləğində cərimə oluna bilər.
Qanunda uşaqlarını işləməyə məcbur edən və ya buna göz yuman valideynlər üçün də cəza tədbirləri nəzərdə tutulub. Təbii ki, bu məsələdə valideyn məsuliyyəti və mənəvi öhdəliyi, insanı insan edən vicdan da rol oynamalıdır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə görə, valideyn uşağın tərbiyəsinə və təliminə lazımi diqqət ayırmırsa ona qarşı xəbərdarlıq və ya 40 manatadək cərimə oluna bilər: «Hüquqi tərəfi bir kənara qoysaq, valideyn böyük bir fərd kimi azyaşlı övladının ağır işlərə cəlb olunmasının fəsadlarını göz önünə gətirməlidir».
Komitə sədrinin sözlərinə görə, uşaqlığını uşaq kimi keçirmək hüququndan məhrum olan azyaşlı zaman keçdikcə, cəmiyyəti və valideynlərini günahlandırmağa başlayır. Atası və ya anası ilə münasibətlərin soyuq olması onların gələcəkdə normal valideyn olmasını da əngəlləyir: «Ümumiyyətlə, küçəyə düşmüş uşaqların çoxu boşanmış ailələrin uşaqlarıdır. Bütün bunlar onların psixologiyasına çox pis təsir edir».
Millət vəkili əlavə edib ki, uşağa biganə yanaşılanda həmişə özünü cəmiyyətdən kənar, lazım olmayan şəxs kimi hiss edir: «Belə bir fikir yaranmamalıdır ki, uşaq 15 yaşadək əlini ağdan-qaraya vura bilməz. Biz deyirik istismar eləməsinlər. İstismar nədir? Uşağı işə götürürlər, 4 saat əvəzinə 14 saat işləyir və ya ağır işə cəlb edirlər. Bu istismardır. 15 yaşınadək işə götürüləndə bu da əmək qanunvericiliyinin pozulmasına gətirir. Amma bütün hallarda uşağı əməyə cəlb eləməmək fikrinin əleyhinəyəm. Uşaq əməyə alışmalıdır. Eyni zamanda valideyn öz uşağının sağlamlığı ilə məşğul olmalıdır».
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, uşaqların əməyə cəlb olunmaması ilə bağlı layihə hazırlanır, eləcə də valideyn məsuliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik gündəmdədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən həm də bildirilib ki, qurum uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların hüquqlarının pozulmasının qarşısını almaqda önəmli rol oynayır. Qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində prioritet əhəmiyyət daşıyan məsələləri nəzərdə saxlayaraq onların aradan qaldırılması istiqamətində məlumatlandırıcı və maarifləndirici tədbirlər həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı (2013-2015-cı illər)”nı imzalayıb.
Uşaq əməyindən istifadə edilməsinə nəzarət etməli olan orqan Dövlət Əmək Müfəttişliyindən isə bütün imkanlardan istifadə edərək müəyyən təbliğat işlərinin aparıldığı qeyd edilir. Aidiyyəti qurumlardan bildirilib ki, bəzi istirahət məkanlarında bu və ya digər yolla uşaq əməyindən istifadə olunur. Xüsusilə yay mövsümündə uşaq əməyindən istifadə artır. Məktəblərdə dərslərin bitməsi buna imkan verir. Bir də, qazanc əldə etmək burada vacib rol oynayır. Lakin qış mövsümündə uşaq əməyindən istifadə minimuma enir.
Milli Məclisin deputatı Bahar Muradova da uşaq əməyindən istifadə hallarının Azərbaycanda hər il azaldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan o dövlətlərdəndir ki, uşaqlarla bağlı vəziyyət inkişaf etmiş və inkişaf etməkdə olan qonşu dövlətlərdən qat-qat yaxşıdır: «Amma, heç kim deyə bilməz ki, problemlər yoxdur. Uşaq əməyindən istifadə hələ də qalır. Bu da daha çox sosial vəziyyəti yaxşı olmayan valideynlərindən məhrum olan uşaqların daha çoxdur. Halbuki, bu uşaqlaırn valideynləri Biznes qurumlarında işçi kimi işləyir, dövlət bu istiqamətdə proqramlar hazırlayır. Biznes qurumlarının hədəfləri ondan ibarət olmalıdır ki, dövlətə dəstək versin”.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının hüquq məsləhətçisi Pərviz Zamanlı isə bildirib ki, qanunvericiliyə görə, işəgötürən tərəfindən yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir. Uşaq əməyindən istifadənin qadağan olunduğu sahələrə toxunan hüquqşünas vurğulayıb ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilər, narkotik vasitələr və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qəti qadağandır. Həmçinin, icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinə icazə verilmir.
Millət vəkili Sevinc Fətəliyeva da bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq sənədlərin ratifikasiyası mütləq şərtdir. Çünki, uşaqlara qarşı ən böyük zorakılıq müharibə və münaqişə zamanı baş verir: «Azərbycanlı uşaqların erməni işğalçıları tərəfindən hansı dəhşətlərlə rastlaşmaları heç kimə sirr deyil. Keçən əsrin 90-cı illərindən etibarən Dağlıq Qarabağ münaqişəsi insan hüquqlarının pozulmasının mühüm səbəblərindən birinə çevrilib və bu proses bu günə qədər davam etməkdədir. Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan həyatına son qoyulub, körpə uşaqlara qarşı vəhşiliklər törədilib. Bu vəziyyət Azərbaycanda uşaq hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarıb və bu təhdid bu gün də davam etməkdədir. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdankənar davranış formaları cinayətkar əməl hesab edilir. Ermənistan da Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozur”.
Onun sözlərinə görə, bu gün də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi uşaq hüquqlarının mühafizəsi və etibarlı müdafiəsi üçün ciddi problemlər yaradır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq çağırışlar regionda baş verən faciəvi hadisələr kontekstində olduqca miskin görünür. Ermənistan beynəlxalq birliyin üzvü olsa da, faktiki olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Lakin hər bir uşaq sevinc və sülh içində yaşayaraq, böyüməlidir. Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır».
Xatırladaq ki, Azərbaycanda hər bir vətənsdaşın əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əasasən əmək ictimai və fərdi rifahın əsasıdır. Əmək qabiliyyətli hər bir vətəndaş öz əmək qabiliyyətini istənilən qanunla yol verilən formada reallaşdıra bilər. Hər bir vətəndaşın sərbəst şəkildə özünə peşə yeri, iş yeri seçməklə yanaşı, həm də əmək müqaviləsi azadlığı da var. Konsitusiyamızda göstərildiyi kimi “Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”.
Habelə hər kəsin təhlükəsiz və sağlam şəraitdə, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi şərti maliyyə vahidi miqdarından az olmayan məbləğdə haqq almaq hüququ vardır. Konstitusiyada təsbit olunan normalar cəmiyyətin digər üzvləri ilə yanaşı uşaqlara da aiddir. Təbii ki, söhbət bütün uşaqlardan deyil, müəyyən yaş həddinə çatmış və səhhəti işləməyə imkan verən uşaqlardan gedir.
Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Qanunun 24-cü maddəsinə əsasən, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Maddə də həmiçinin, uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edildiyi bildirilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanan və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Mülki qanunvericiliyə əsasən şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.
Əmək fəaliyyəti ilə məşğul olarkən uşağın gördüyü iş onun tam formalaşmamış orqanizminin fizioloji xüsusiyyətlərinə uyğun olmalıdır. Əmək qanunvericiliyi, yaşı 18-dən az olan şəxslərin ağır əşyaları qaldırılması və bir yerdən başqa yerə daşınmasına məhdudiyyətlər qoyur. Belə ki, 16 yaşdan 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız ümumi çəkisi aşağıdakı normalar həddində olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər.:
• kişi cinsinə mənsub olan uşaqların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaları əl ilə qaldıraraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı 1.5 metrdən artıq hündürlüyə qaldırılması;
• qadın cinsinə mənsub olan uşaqların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı əl ilə qaldıraraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanı 1.5 metrdən artıq hündürlüyə qaldırılması;
• bütün iş günü ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı əl ilə qaldırılıb başqa yerə daşınması;
• 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
Yaşı 16-dan az olan qızlar 16 yaşdan 18 yaşadək qızlar üçün qeyd edilən normaların üçdə bir hissəsi həddində ağır yükləri qaldıra və ya daşıya bilərlər, həm də bunun üçün yaşı 16-dan az olan qızların özlərinin razılığı tələb olunur. Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və yük daşıma işlərinə cəlb edilməsi qadağandır.
Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Azərbaycan Respublikaasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Qanunvericilik, uşaqların sağlamlığının əmək fəaliyyəti ilə məşğul olmağa imkan verib-verməməsini müəyyənləşdirməyi də nəzərdə tutur. Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinədən keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidir (ƏM, 252-ci maddə).
Əmək qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. 16 yaşınadək olan işçilər üçün iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək olan işçilər üçün isə 36 saatdan artıq olmamalıdır (ƏM, 91-ci maddə).
Uşaqlar qısaldılmış iş vaxtı şəraitində işləsələr də, onların əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən 18 yaşı tamam olmuş işçilər üçün müəyyən edilən tam məbləğdə ödənilməlidir. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir.
Milli qanunvericiliklə yanaşı, beynəlxalq qanunvericilkdə də uşaqların əmək hüququ ilə bağlı müddəalar mövcuddur. Belə ki, BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasının 32-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar. Habelə, iştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə digər beynəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər:
a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş həddlərini müəyyən edirlər;
b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən edirlər;
c) bu maddənin səmərəli həyata keçirilməsi üçün müvafiq cəza növləri və ya digər sanksiyalar nəzərdə tuturlar.
Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar məhz uşaq əməyinin istismarı və onlara qarşı təzyiqlərin qurbanları olurlar.
Ümumiyyətlə, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının təmin olunmasında iştirak edək.
Göründüyü kimi uşaq əməyindən istifadə günümüzün aktual problemlərindəndir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, indi bütün dünyada 250 milyondan çox 5-14 yaşlı uşaq işləməyə məcburdur. BMT 1989-cu ildə Uşaq Hüquqları üzrə Konvensiya qəbul edib. 2005-ci ildə Azərbaycan da bu Konvensiyaya qoşulub.
MƏMMƏDHƏSƏN
Qanunvericilikdə valideynin məsuliyyəti artırılmalıdır
Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər uşaq əməyindən istifadəni qadağan edir

Azad Azərbaycan.- 2015.- 6 iyun.- S.5.