1993-dən başlanan

quruculuqinkişaf yolu

 

İyirmi dörd ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. İstər millətin tale məsələsi olan dövlət müstəqilliyinin əldə edilməsi, istərsə də onun qorunub saxlanılması otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinləri üstündə daşıyan, onu bir dövlət kimi tarixin sınaqlarından çıxaran ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını yenidən Heydər Əliyevə etibar edəndə, bu  dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik  baş alıb gedirdi və Azərbaycanın müstəqil dövlət kimi inkişaf edib-etməyəcəyi sual altında idi. Heydər Əliyev özü o dövr haqqında deyirdi: "1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnikdini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı".

Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır.

Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanıldı.

Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi  milli mənafeyi hər şeydən uca tutan, zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və Vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.

Təbiət Heydər Əliyevə müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, mübarizlik, alicənablıq, nadir qabiliyyəti, natiqlik istedadı, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı, möcüzəli yaddaş, ensiklopedikuniversal bilik kimi keyfiyyətlər bəxş etmişdi. Vətənin özü qədər müqəddəs olan bu insan Azərbaycan xalqının qismətinə düşmüş Tanrı payıdır. Uzun illər keçəcək, lakin milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından çox məharətlə xilas edən Heydər Əliyev böyük şəxsiyyət və dahi dövlət adamı kimi daim yaddaşlarda yaşayacaqdır.

Hamımızın eyni cür duya və dərk edə bilmədiyimiz Heydər Əliyev bütün dünya azərbaycanlılarının - 50 milyonun ömrünü yaşayan, ömrü xalqının olan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir, idarəçilik və siyasət məktəbidir. Odur ki, milli sərvətimiz olan Heydər Əliyev irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiyamız və demokratik əsaslarla seçilmiş ilk parlamentimiz Azərbaycanın müasir tarixində tamamilə yeni səciyyəli bir mərhələnin başlanğıcı oldu. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə xeyli tədbirlər həyata keçirilmişdir.

Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini günbəgün möhkəmləndirirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması, bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublikamıza çox böyük fayda verir.

1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Heydər Əliyevin tarixi xidmətidir və Heydər Əliyev bununla ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, "Əsrin müqaviləsi" ilə Qərbi öz tərəfinə çəkə bildi və Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir.

Ümumiyyətlə, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev zəkasının izi olmasın. Milli təhsilimizin dirçəlişi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri elmi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması Konstitusiya səviyyəsində təsbit olunmuşdur. Təhsilimiz öz inkişafının ən mühüm mərhələsinə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə daxil olmuşdur ki, o da ulu öndərimizin sərəncamı ilə təsdiq  edilmişdir.

Dünyada gedən prosesləri diqqətlə izləyən ulu öndər İKT-nin inkişafına xüsusi diqqət yetirərək, 2003-cü il fevralın 17-də "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nı təsdiq etməklə ölkəmizdə informasiya cəmiyyəti və onun mühüm tərkib hissəsi olan elektron hökumət quruculuğuna start vermiş oldu ki, indi bu uzaqgörənlik daha aydın hiss olunmaqdadır.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəldi və öz fəaliyyəti ilə sübut etdi ki, o, polad dayaqlar üzərində mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparmağa qadir liderdir. Təkcə doğma Azərbaycanın deyil, Qərbin, bütövlükdə dünyanın qlobal problemlərinə həssaslıqla yanaşan, baş verən hadisələri dərhal analiz etmək və nəticə çıxarmaq imkanları ilə fərqlənən möhtərəm Prezidentimizin fəaliyyəti ilə yaxından tanış olarkən ondakı enerjiyə, xalqına olan sonsuz məhəbbət və sədaqətə heyran olmaya bilmirsən. İlham Əliyev dünyanın bütün sirlərinə yaxından bələd olan, bu gündən sabaha baxan, "Mən hər bir vətəndaşın Prezidenti olacağam" andına əməli işləri ilə sadiq qalan, hər zaman xalqının yanında olan, yeni zirvələri fəth etmək üçün yeni yollar açmağa qadir dövlət başçısıdır, fəxarət və qürur mənbəyidir.

Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət İlham Əliyev fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik dəyərlərə söykənən möhtərəm Prezidentimiz qısa zaman kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs verdi. Keçən illər ərzində yüz minlərlə yeni yerlərinin açılması, əlverişli biznes mühitinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki qloballaşma şəraitində dilimizin, dinimizin, adət-ənənələrimizin - bütövlükdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər olunması ilə bağlı görülən işlər, o sıradan tarixi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin həyata vəsiqə alması, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisinə start verilməsi dövlət başçısının  fəaliyyətinin ana xəttini təşkil etmişdir.

İndi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm qoymuşdur ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır. Təsadüfi deyil ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan hazırda onun enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməkdədir. Bu gün, sözün əsl mənasında, Azərbaycan dünyaya yenidən təqdim olunur.

Prezident İlham Əliyevin elan etdiyi yeni dövrün iqtisadi inkişaf strategiyası çevik və işlək mexanizmlər üzərində həyata keçirilir, proqressiv islahatlara əsaslanır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları bölgələrin inkişafı, işsizliyin aradan qaldırılması, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının tam hərəkətə gətirilməsi üçün böyükgeniş imkanlar yaratmış, bu sahədə davamlı inkişafı təmin etmişdir.

Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, təhsil sistemində irimiqyaslı islahatlar dönməz xarakter almışdır. Dövlətin təhsil sektoruna göstərdiyi qayğının nəticəsidir ki, son 10 ildə ölkəmizdə 3000-dən çox məktəb tikilib və təmir olunub. Hazırda təlim-tərbiyə müəssisələrinin, xüsusilə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş Azərbaycan və dünya klassiklərinin əsərlərinin qısa müddət ərzində, həm də poliqrafik cəhətdən müasir tələblərə cavab verən bir biçimdə latın qrafikalı yeni əlifba ilə nəşr edilərək ölkə kitabxanalarına, o sıradan məktəb kitabxanalarına verilməsi, digər bir sərəncamla 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına başlanılması xalqımızın elm və təhsil tarixində böyük bir hadisədir. Hazırda Azərbaycan MDB məkanında yeganə ölkədir ki, şagirdlərin dərsliklərlə, məktəblərin bədii ədəbiyyatla pulsuz təmin edilməsi məsələsi tamamilə həll edilmişdir.

Ötən illər ərzində təlim-tərbiyə müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, infrastrukturunun yeniləşdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, bütövlükdə təhsil sisteminin inkişafı və müasirləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun, onun prezidenti - ölkənin birinci xanımı, millət vəkili, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər, ölkə hüdudlarından kənarda - müxtəlif ölkələrdə Azərbaycan gerçəklikləri ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbir və Proqramlar hər bir azərbaycanlıda qürur hissi doğurur.

Biliklər əsri olan XXI əsrdə inteqrasiyaqloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yolu elm və təhsildən keçir ki, onun da konturları, bu sahə ilə bağlı strateji hədəflər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük dəqiqliklə müəyyən edilmişdir: "Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Bizbu yolla getməliyik və gedirik".

2003-cü ildən bu günə kimi təhsillə bağlı 20-yə yaxın  Dövlət Proqramı təsdiq edilmişdir. Bilavasitə təlimin keyfiyyətinə, maddi potensialın insan kapitalına çevrilməsinə yönəlik "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)", "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)", "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" və s. bu proqramlar sırasındadır.

Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə informasiyakommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektualelm potensialının vacib göstəricilərindən birinə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşir, müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir göstərir.

Hazırda ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Dövlət Proqramlarının icrası nəticəsində bu sahənin müasir İKT ilə təmin olunması, şəbəkə infrastrukturunun inkişafı və sürətli internetlə təmin edilməsi, vahid təhsil informasiya məkanının yaradılması, təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi, Azərbaycan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası, bütövlükdə informasiya cəmiyyətinin formalaşması istiqamətində böyük uğurlar əldə edilmişdir.

Təsadüfi deyil ki,  Azərbaycan Respublikasının  Prezidenti seçildikdən sonra  İlham Əliyev cənablarının ilk beynəlxalq xarici səfəri Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakı ilə bağlı oldu. Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə yeni nəfəs vermiş oldu.

Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması onu göstərir ki, yaxın gələcəkdə respublikamız İKT sahəsində regionun aparıcı dövlətinə çevriləcəkdir.

İctimai tərəqqinin təmin olunmasının milli intellektual potensialdan nə dərəcədə səmərəli istifadə olunması ilə üzvi surətdə bağlı olduğunu nəzərə alsaq, əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində mövcud istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarət olan "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrasının indiki müstəqillik şəraitində hansı əhəmiyyətə malik olduğunu sübut etməyə ehtiyac qalmır.

Qeyd edildiyi kimi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu məsələ hələ ötən əsrin 70-ci illərindən diqqət mərkəzində olmuşdur. "Təhsil millətin gələcəyidir", "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır", "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir" deyən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə respublikamızdan kənarda - o zamankı SSRİ-nin qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin sayı 42-dən 1982-ci ildə 1247 nəfərə çatdırılmışdır.

Möhtərəm Prezidentimizin şəxsi təşəbbüsü və 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təhsil sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi və inkişafı üçün əlverişli şərait yaratmışdır. Proqram çərçivəsində 3000-dən çox gənc dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq imkanı qazanmışdır ki, bu da ölkəmizin nadir ixtisas sahibi olan kadrlarla təminatında tarixi bir hadisədir. Hazırda 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.

Azərbaycanlı tələbələrin xaricdə - dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil ocaqlarında təhsil almağa göndərilməsi, onların yeni, müasir texnologiyalara yiyələnməsi "qara qızıl"ın "insan qızıl"ına çevrilməsi prosesinin əsas tərkib hissəsi kimi Azərbaycanın sabahına - intellektual kapitalın yaradılmasına yönəlik sərmayədir, sabahımıza bu gündən olan təminatdır - İlham Əliyev təminatı. Möhtərəm Prezidentimizin təhsilin inkişafına göstərdiyi sərhədsiz və misilsiz xidmətlərin mərkəzində məhz işıqlı sabah, xoşbəxt gələcək dayanır.

Ali təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması, bu təhsil pilləsinin inkişafı üçün lazımi şəraitin yaradılması, ölkənin ali təhsilinin Avropa ali təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prinsiplərinə uyğunlaşdırılması, müasir dövrün tələblərinə cavab verən ali təhsilli kadrların hazırlanması, ali təhsilin təlim texnologiyalarının təkmilləşdirilməsi, ali təhsildə yüksək keyfiyyətin təmin olunması və onun maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, bütövlükdə səmərəli ali təhsil sisteminin yaradılması baxımından dövlət başçısının "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı və "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" tarixi önəm daşıyır. Bu tarixi sənədlərlə, sözün əsl mənasında, təhsilin ali pilləsinə yeni nəfəs verildi, indiki yeni dövrdə rəqabət qabiliyyətli ali təhsil sisteminin yaradılmasının əsası qoyuldu.

Fikrimizcə, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə uyğunömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması kimi strateji istiqamətləri özündə ehtiva edən və Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" günümüzün hadisəsi kimi dəyərləndirilməlidir. Burada başlıca məqsəd ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri arasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır.

Hazırda müəllimlərin davamlı inkişafı, onların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması təhsil islahatlarının ən zəruri istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir.

Gənc nəsli sistemləşdirilmiş milli və ümumbəşəri dəyərlərlə məqsədyönlü, mütəşəkkil şəkildə silahlandırmaq yolu ilə nəsillər arasında mənəvi əlaqə yaradan, iqtisadiyyatın, elmin, mədəniyyət və incəsənətin sonrakı inkişafına güclü təkan verən xüsusi təhsil görmüş şəxs kimi müəllimin başlıca vəzifəsi təlim prosesini idarə etmək, təhsil vermək, tərbiyə etmək, öyrənənləri inkişaf etdirmək və formalaşdırmaqdan ibarət olsa da, unutmaq olmaz ki, pedaqoji işin üstün fəaliyyət növü kimi dəyərləndirilməsi yalnız təlim-tərbiyə ilə bağlı olan məsələ deyildir. Cəmiyyətin mütəşəkkilliyi, onun vahid birləşdirici ideologiyasının formalaşması bilavasitə müəllimlərin pedaqoji fəaliyyətinin məzmunundan asılıdır. Ona görə də müasir Azərbaycan müəllimi dərin biliyi, praktik hazırlığı, elmi yeniliklərə həssaslığı, ünsiyyətqurma qabiliyyəti, yaradıcılığı, tədqiqatçılığı, nəzəri-metodoloji, mənəvi keyfiyyətləri, ictimaiyyətdə hörmət və nüfuzu ilə cəmiyyətin fövqündə dayanmalı, öz yetirmələrini cəmiyyətin layiqli üzvlərinə, sivil dəyərlərə malik vətəndaşına çevirməlidir.

İndi biz təhsil işçiləri qarşısında duran başlıca vəzifə təlim prosesinin səviyyəsini və inkişaf tempini dövlətin, ölkə Prezidentinin təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin səviyyəsinə və inkişaf tempinə uyğunlaşdırmaqdan, işimizi yeni tələblərə uyğun qurmaqdan, cənab Prezidentin "Müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir" məfkurəli dövlət təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün milli intellektual potensialı tam səfərbər etməkdən, bir sözlə, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməkdən, əməli işimizlə Prezidentimizə dəstək olmaqdan ibarətdir. 

 

Hüseyn ƏSGƏROV,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini

 

Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.3.