Uşaqların xüsusi qayğıya hər zaman ehtiyacı var

 

İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biriuşaq hüquqlarının müdafiəsidir

 

Müasir dövrdə insan haqları anlayışı demokratik cəmiyyət quruculuğunun başlıca meyarlarından hesab olunur. İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri məhz uşaq hüquqlarının müdafiəsidir. Bu istiqamətdə beynəlxalq sistemin əldə etdiyi ən önəmli nailiyyət yalnız uşaqların əqli və fiziki cəhətdən yetişmədiyi səbəbindən doğulana qədər və doğulandan sonra hüquqi müdafiəsi də daxil olmaqla xüsusi qayğıya və müdafiəyə ehtiyacı olduğu faktının beynəlxalq birlik tərəfindən təsdiqi yox, həm də uşaqların hüququn müstəqil subyekti kimi tanınmaları oldu.

 

Uşaq hüquqları Bəyənnaməsində bəyan edilən bu prinsip öz inkişafını BMT-nin uşaq hüquqları Konvensiyasında tapdı. Konvensiya uşaq hüquqlarının müqavilə hüququ norması gücü qazanmış ilk genişmiqyaslı tanınmış beynəlxalq sənəd oldu. Konvensiya həm də ona görə beynəlxalq hüququn unikal mənbəsi hesab edilir ki, ilk dəfə olaraq hüquqların bütün spektri – vətəndaş, siyasi, sosialiqtisadi hüquqlar bir sənəddə möhkəmləndi.

Konvensiyanın preambulasında göstərilir ki, uşaqlar zəif olduqlarına görə xüsusi qayğıya və mühafizəyə möhtacdırlar. Burada ailə tərəfindən müdafiə sahəsində əsas qayğı və məsuliyyət xüsusi nəzərə çatdırılır. Preambulada uşağın doğulmazdan əvvəl və doğulandan sonra hüquqi və digər müdafiəsi zərurəti, uşağın mənsub olduğu xalqın mədəni dəyərlərinə hörmətin vacibliyiuşaq hüquqlarının müdafiəsi işində beynəlxalq əməkdaşlığın həyati əhəmiyyətə malik rolu da təsdiq edilir.

Konvensiyanın I maddəsinə əsasən 18 yaşına çatmamış şəxslər uşaq sayılır. Lakin milli qanunvericiliklərə uyğun olaraq yetkinlik yaşı daha erkən yaş çağına müəyyən edilə bilər. II maddədə göstərilir ki, bütün hüquqlar istinasız olaraq uşaqların hamısına şamil edilir və dövlət uşaqları hər hansı formada ayrı-seçkilikdən qorumağaonun hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görməyə borcludur.

Konvensiyanın müddəalarına toxunarkən VI maddəni xüsusi olaraq vurğulamaq istərdim. Maddədə göstərilir ki, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdirbuna görə də dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, son dövrdə çox sayda uşaq yaşamaq hüququndan məhrum edilir. Bu gün bir çox cinayətkar qruplar insanların, xüsusilə uşaqların daxili orqanlarının ticarəti ilə məşğul olur. Bu məqsədlə oğurlanan yüzlərlə uşaq məhz həmin cinayətkar qrupların qurbanına, ticarət obyektinə çevrilirfudamental hüquqlarından olan yaşamaq hüququndan məhrum edilirlər.

Konvensiyada göstərilir ki, uşaqlar öz valideynləri ilə yaşamaq hüququna malikdirlər, bir şərtlə ki, bu onların ən yaxşı mənafeyinə zidd olmasın. Rusiyada aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir çox ailələrdə valideynlərlə birgə yaşamaq uşaqlar üçün real təhlükə mənbəyidir. Səbəb isə valideynlərin birininya hər ikisinin içki düşkünü olmasıdır.

Belə hallarda uşaqlar uşaq evlərində yaşamağı daha üstün tutur və sərxoş valideynlərdən ən yaxşı halda bir növ “canlarını qurtarmağa” çalışırlar. Ən pis halda isə belə ailələrdə yaşayan və tərbiyə alan uşaqlar gələcəkdə cəmiyyət üçün təhlükə mənbəyi olan cinayətkarlara və ya cəmiyyət üçün “yararsız” insanlara çevrilirlər. Bu problemin qarşısını almaq, uşaqların sağlam ortamda böyüyübbaşa catması üçün dövlət bütün lazımi tədbirləri görməlidir.

Konvensiyanın 20-ci maddəsi məhz bu məsələyə həsr olunub. Orada deyilir: “Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan, yaxud özünün ən yaxşı mənafeyi naminə belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və ona yardım göstərilmək hüququna malikdir”.

Maddə 35-də göstərilir ki, dövlətin vəzifəsi uşaqların oğurlanması, onlarla alver edilməsi və onların qaçaqmalçılıqla məşqul olması hallarının qarşısını almaq üçün var qüvvə ilə səy göstərməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, uşaq alveri bu gün ən aktual və həlli vacib olan probləmlərdən biridir.

YUNİSEF-in məlumatına görə uşaq alveri ilə məşğul olan cinayətkar qruplar hər il 10 milyon dollarla gəlir əldə edirlər. Bununla bu kriminal biznes qeyri-qanuni silahnarkotik alveri ilə rəqabət aparır və onlardan sonra gəlirinə görə canlı məhsul alveri üçüncu yeri tutur.

Köləliklə mübarizə üzrə Britaniya Cəmiyyəti məcburi uşaq əməyini müasir köləliyin əsas formalarından hesab edir. Beynəlxalq Əmək Bürosunun məlumatına görə 5-14 yaşlı uşaqların 4 milyonu bu gün məcburi əməyə cəlb edilir. Bunlar – uşaqlıqdan məhrum edilmiş uşaqlardır.

Bir çox hallarda ailələr özləri uşaqların istismar qurbanına çevrilmələrinə səbəb olurlar. Bu bir tərəfdən maliyyə çətinliyi ilə ilə izah edilirsə, digər tərəfdən adət-ənənədən irəli gələn məsələ kimi izah edilir. Çində, Kambocada və digər ölkələrdə kasıb ailələr öz uşaqlarını sataraq onlara ən azı müəyyən gələcək vermək və ya dünyanın başqa nöqtələrində tapmaq imkanı qazandırdıqlarını düşünürlər. Fikrimcə, adət- ənənələrə qarşı mübarizə aparmaq, cinayətkar qruplara qarşı mübarizədən daha çətindir. Çünki birinci halda söhbət şüurda aprılmalı olan dəyişikliklərdən gedir.

Konvensiyanın 38-ci maddəsi silahlı münaqişələrə həsr olunub. Maddədə göstərilir ki, iştirakçı dövlətlər bütün mümkün tədbirlərin görülməsini təmin etməlidirlər ki, 15 yaşına çatmamış uşaqlar hərbi əməliyyatlarda iştirak etməsinlər. Təəssüf ki, uşaqların bu hüququ bir çox dövlətlərdə kobudcasına pozulur. Bu gün bir çox ölkələrdə uşaqlar müharibənin birbaşa iştirakçısına cevrilirlər. Hesablamalara görə təxminən 300 min uşaq silahlı münaqişələrdə iştirak edir.

Konvensiyada həm də uşağın baxışları (mad 12), fikir, vicdan, din azadlığı (mad.14), müvafiq informasiyadan istifadə etmək hüququ (mad 17), qaçqın uşaqlar (22), təhsil (mad 28), uşaq əməyi (mad 32) və s. hüquqlar da öz əksini tapmışdır.

Təəssüflə qeyd etmək lazımdır ki, Konvensiyada göstərilən müddəalara, həmçinin konvensiyanın bir çox dövlətlər tərəfindən ratifikasiya edilməsinə baxmayaraq bu gün, bu sahədə çoxsaylı ciddi problemlərin movcudluğu danılmaz faktdır. Çünki insanlarla ticarət həm dövlətdaxili, həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur.

SSRİ dağıldıqdan sonra yenicə müstəqillik qazanmış ölkələrdə beynəlxalq miqrasiya ilə bağlı qanuni mexanizm olmadığına görə, bu sahədə müəyyən problemlər ortaya çıxmağa başladı. Belə bir şəraitdə ölkə vətəndaşları qanunla tənzimlənmədiyi üçün xarici ölkələrə miqrasiya etməyə başladılar. Miqrasiyanın əsas səbəbləri təbii olaraq insanların maddi vəziyyəti ilə bağlı idi. Bunun üçünmiqrantlar müxtəlif üsullarla daha yaxşı həyat şəraiti tapmaq ümidi ilə xarici ölkələrə üz tutmağa başladılar. Azərbaycan da belə ölkələrdən biri idi.

Ümumiyyətlə miqrasiya iki cür olur: qanuniqeyri-qanuni. Qanuni miqrasiya dedikdə vətəndaşlar qanuni yollarla gedəcəkləri ölkənin səfirliyinə müraciət edir və həmin ölkədə müəyyən müddət yaşamaq hüququ alır. Qeyri-qanuni miqrasiya isə adından məlum olduğu kimi qanunsuz yollarla, saxta sənədlər düzəltməklə ya turist kimi, ya da başqa ad altında xarici ölkələrdə yaşayırlar. Təbii ki, onların “əla həyat şəraiti” ilə təmin olunmasına zəmanət verən “işbazlarburada əməli fəaliyyət həyata keçirir. Onlar özlərini ya turizm şirkəti, ya da təklif edən firma kimi göstərirlər və olduqları ölkələrdə də belə qeydiyyatdan keçirlər.

Belə şirkətlər vətəndaşları xaricə göndərməklə artıq öz vəzifələrini yerinə yetirmiş olduğunu bildirir və həmin şəxslərin sonrakı talelərinə görə məsuliyyəti öz üzərindən atır. Bunun nəticəsində insan ticarəti yaranır ki, burada da əsas hədəf uşaq və qadınlar olur. Bu «alverdə» həyata keçirilən üsul və vasitələr mütəmadi olaraq, əməliyyat keçirən şəxslər və təşkilatlar tərəfindən dəyişdirilir ki, bir tərəfdən həmin problemlə mübarizə aparmaq çətin olsun, digər tərəfdən də daha çox gəlir gətirmək mümkün olsun. İnsan alveri əsasən çox yaxşı təlim görmüş mütəşəkkil cinayətkar dəstə üzvləri tərəfindən törədilir. İnsan tacirləri öz qurbanlarını öz ölkələrində bir yerdən başqa yerə çox zaman isə digər ölkələrə beynəlxalq sərhədlərdən keçməklə aparırlar.

Bu gün ölkəmizdə belə işbazlara qarşı mübarizədə ciddi uğular əldə olunsa da, təəssüf ki, hələ də problemin köklü həllinə nail olunmayıb. Aparılan mübarizə isə belə məsələlərdə cəmiyyətin də fəal olmasını zəruri edir.

 

MƏMMƏDHƏSƏN

Azad Azərbaycan.- 2015.- 22 may.- S.5.