Hər bir fərdin
informasiya almaq hüququ var
Ombudsman: «İnformasiya
azadlığı insan hüquqlarının təminatçısı
olan cəmiyyətin mühüm xüsusiyyətidir»
Hazırda bütün dünyada, o cümlədən
ölkəmizdə ictimai həyatda məlumatlandırmanın
xüsusi çəkisinin yüksəlməsi, informasiya cəmiyyəti
qurulması prioritet istiqamətlərdən biridir. Son illər
respublikamızda bu sahədə həyata keçirilən
ardıcıl tədbirlər informasiya texnologiyalarının
cəmiyyət həyatındakı rolunu xeyli
artırmışdır.
Bu gün kütləvi informasiya vasitələri
(KİV) cəmiyyətdə demokratik mühitin,
aşkarlığın, sərbəst və fərqli
düşüncənin etibarlı tribunası kimi
özünü təsdiq etmişdir. Ölkəmizin
dövlət müstəqilliyi qazanması KİV-i azad və
demokratik məkana çıxarmış, onun cəmiyyətin
aynası, obyektiv ictimai rəy vasitəsi olmaq rolunu getdikcə
gücləndirmişdir. Azərbaycan
Respublikası KonStİtUsİyAnın 50-ci maDdƏsİnə
gÖrə, “Hər kƏsin iStƏdİyi mƏlUmAtı
qAnUni yoLla axtarmaq, əLdə eTmək, ötüRmək,
hAzıRlAmaq və yaYmaq azaDlIğı var”. MƏlUmat mÜbAdİlƏsi oLmAdan iNsaNlar əTraFda
baş vErəNlər, baŞqAlArInın göRdÜyü
iŞlər, onların düşüncə və
mƏraMlArı, cƏmiYyƏtİn yAşAmAsı
üçün önəMli olan digər mƏsƏlƏlər
bArƏdə biLgi ala biLməZlər.
Qeyd olunmalıdır ki, “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci
maDdƏsİnə gÖrə, “Hər kəs özü
birbaşa və ya nümayəndəsi vasitəsilə
informasiya sahibinə müraciət etmək, informasiyanın
növünü və əldə etmə formasını
seçmək hüququna malikdir”.
Əlbəttə, çoxmənalı anlayış
olsa da, burada informasiya dedikdə toPlum və döVləTlə,
tƏbİətlə, iNsaNlArın mAraq dAİrƏsiNdə
olan baŞqa mƏsƏlƏləRlə baĞlı olaYlar,
prOseSlər, fakTlar və şəxSlər haQqıNda fərQli
qaYnaQlaRdan alıNmış və fərQli foRmAlaRda
çaTdIrIlan məlumatlaR nəzərdə tutulur. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova hesab edib
ki, məlumat əldə etmək hüququ informasiya
azadlığını təmin edir.
Onun
sözlərinə görə, informasiya azadlığı
insan hüquqlarının təminatçısı olan cəmiyyətin
mühüm xüsusiyyətidir: «Cəmiyyətdə baş
verən proseslərdən xəbər tutmaq vətəndaşların
ilkin ehtiyacıdır. İctimai mühitə təsir
göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli
olan bütün hadisələr, faktlar barədə hər bir
fərdin informasiya almaq hüququ vardır və bu hüquq vətəndaşların
fikir azadlığının tərkib hissəsidir.
Vətəndaşlara, o cümlədən jurnalistlərə
onları maraqlandıran məlumatları sərbəst şəkildə
əldə etmək, toplamaq və yaymaq üçün normal
şərait yaradılarkən, adı çəkilən
hüquq gerçəkləşmiş olur. Bu hüquq
imkan verir ki, vətəndaş özünün digər
hüquqları barədə də məlumatlı olsun,
onlardan istifadə etməyi və onları qorumağı
bacarsın.
Dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyəti, bu qurumların ölkənin
prioritet, taleyüklü məsələləri üzrə
gördüyü işləri izləsin və bütün
bunlar barədə məlumat almaq imkanlarına malik olsun. Başqa
sözlə, hər bir kəs hüquqları ilə
yanaşı, azadlığının hüdudlarını da
təsəvvür etməli, hər hansı
davranışının nə ilə nəticələnəcəyi
barədə məlumatlı olmalıdır».
E.Süleymanova qeyd edib ki, vətəndaş birbaşa
ona aidiyyəti olan hər hansı məsələ ilə də
əlaqədar məlumat almaq, ictimai olaylardan xəbər
tutmaq hüququna malikdir. Onun sözlərinə görə, məhz bu ictimai
nüanslara görə vətəndaşın informasiya almaq
azadlığı məhdudlaşdırıla bilməz: «Hətta
informasiyanın açıqlanmasının (dövlət
sirri sayılan məlumatlar istisna olmaqla) qanuni məqsədlərə
ziyan vuracağı aşkarlansa belə, onun ictimai maraqları
təmin etmək baxımından gətirəcəyi xeyir bu
ziyanı üstələyərsə, həmin informasiya
açıqlanmalıdır.
Vətəndaş hüquqlarının pozulmasına yol
verməmək üçün bütün bunları bilməlidir. Burada məsuliyyət
hissi də mühüm əhəmiyyət kəsb edir. Bəs informasiya sahibləri hansı məsuliyyəti
daşıyırlar? Necə etmək
lazımdır ki, informasiyaya çatım ən qısa
zamanda və ən münasib üsulla təmin edilsin.
İnformasiya sahiblərinin əsas vəzifəsi qanunla
müəyyən edilmiş qaydalara uyğun olaraq, vətəndaşların
sorğularına çevik cavab verməkdir. Onlar informasiya
xidmətləri göstərmək işinin təşkili ilə
bağlı adı çəkilən qanuna və bu qanun
üzrə qəbul edilmiş digər normativ-hüquqi aktlara
müvafiq surətdə daxili icraat qaydaları
hazırlayıb gerçəkləşdirmək
üçün məsuliyyət daşıyırlar. İnformasiya sahibləri məlumat açıqlığının
qanunun 6-cı maddəsində göstərilən prinsiplərini
əsas tutaraq, məlumat almağa çatımın
açıq olmasına, informasiya sorğularına çevik
və ədalətli baxılmasına, müraciətlərin
maksimum təminatına imkan verə biləcək yollarla icra
edilməsinə çalışmalıdırlar. Ən başlıcası, informasiya almaq
üçün müraciət etmiş vətəndaşlar
və media qurumları arasında fərq qoyulmamalıdır.
Bu zaman yalnız bilgi verilməlidir, ideoloji təbliğatla
məşğul olmaq yolverilməzdir. Həm
də məlumat açıqlanarkən, ilk növbədə,
vətəndaşların, cəmiyyətin və dövlətin
təhlükəsizliyi qorunmalıdır. İctimai
maraq kəsb edən digər məsələlər barədə
məlumat və ideyaları yaymaq funksiyası, həmişə
olduğu kimi, medianın üzərinə düşür.
Başqa sözlə, informasiya sahibinin vəzifəsi bu
məlumatları vətəndaşlara çatdırmaq,
ictimaiyyətin hüququ bu məlumat və ideyaları almaq,
medianın işi isə bunları yaymaqdır».
E.Süleymanova
bildirib ki, “Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 1.3-cü maddəsində
göstərilir ki, “Müvəkkil informasiya sahibi olan dövlət,
yerli özünüidarə orqanlarının və ya vəzifəli
şəxslərin “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən
irəli gələn vəzifələri yerinə yetirməsinə
nəzarəti həyata keçirir”. Habelə həmin Qanunun
digər maddələrində aşağıdakı müddəalar
öz əksini tapmışdır: informasiya əldə etmək
hüququnun pozulmasına dair şikayətə
baxılmasının xüsusiyyətlərinin ehtiva edildiyi
13-1 maddəsində göstərilir ki, Müvəkkil
informasiya əldə etmək hüququnun pozulmasına dair
şikayətdə əks olunmuş halları 10 iş
günü ərzində araşdırır. Əgər
şikayət dəqiqləşdirmə tələb edirsə
və ya şikayəti araşdırmaq üçün əlavə
izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil
bu barədə şikayətçiyə yazılı məlumat
verməklə, şikayətə baxılması müddətini
əlavə olaraq 10 iş gününə qədər uzada
bilər.
Ombudsman
qeyd edib ki, əgər şikayət anonimdirsə, konkret
informasiya sahibi olan dövlət, yerli özünüidarə
orqanının və ya vəzifəli şəxsin fəaliyyəti
barəsində olmadıqda, təkrar, əsassız və ya qərəzli
olduqda, həmin iş üzrə məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı varsa, ərizəçi
informasiya sahibi olan dövlət, yerli özünüidarə
orqanının və ya vəzifəli şəxsin informasiya əldə
etmək üçün yaratdığı imkanlardan kifayət
qədər səmərəli istifadə etmədikdə
Müvəkkil şikayətə baxmır: «İnformasiya əldə
etmək hüququnun pozulmasına dair şikayətdə əks
olunmuş halların araşdırılması zamanı
Müvəkkil informasiya sahibi olan dövlət, yerli
özünüidarə orqanı və ya vəzifəli şəxs
tərəfindən “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikası Qanununun
aşağıdakı tələblərinə riayət
edilib-edilmədiyini aydınlaşdırır: informasiya əldə
etmək üçün müraciətin qeydiyyata
alınması, bu sorğunun qanunla nəzərdə
tutulmuş qaydada, müddətdə və üsulla təmin
edilməsi, informasiya sorğusunun icrasından imtinanın
qanunun tələblərinə uyğun olması, ictimai
informasiyanın açıqlanması vəzifəsinin dəqiq
və tam həcmdə yerinə yetirilməsi, internet informasiya
ehtiyatının yaradılması vəzifəsinin yerinə
yetirilməsi. Müvəkkil məlumat əldə
etmək hüququnun pozulmasına dair şikayətlə
bağlı informasiya sahibi olan dövlət, yerli
özünüidarə orqanından və ya vəzifəli
şəxsdən pozuntuların aradan
qaldırılmasını tələb edə bilər. İnformasiya sahibi olan dövlət, yerli
özünüidarə orqanı və ya vəzifəli şəxs
görülən tədbirlər barəsində Müvəkkilə
10 gün müddətində yazılı məlumat verməlidir.
Məlumat verilmədiyi və ya Müvəkkilin
tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil
müvafiq yuxarı orqana müraciət edə bilər».
E.Süleymanova
bildirib ki, Ombudsmanın mandatının genişləndirilməsi,
ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar
olaraq, təsisatda kütləvi informasiya vasitələrinin təmsilçiləri,
media hüquqları üzrə tanınmış ekspertlər,
informasiya sahibləri olan dövlət qurumlarının
nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri
ilə silsilə məsləhətləşmələr
keçirilmişdir: «2011-ci il mayın 31-də təşkil
olunmuş, Azərbaycan Respublikası Prezidenti
Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin təmsilçisinin, Milli Məclisin
deputatlarının və KİV nümayəndələrinin
iştirak etdiyi ilk məsləhətləşmədə
qarşıya qoyulmuş məqsəd və məram
açıqlanmış, Müvəkkilə adı çəkilən
qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin
həyata keçirilməsi üzrə verilən səlahiyyətlər,
“Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya
Qanununun xüsusiyyətləri, KİV-lər, dövlət
qurumları və QHT-lərlə əməkdaşlıq məsələləri
müzakirə olunmuş, tədbir
iştirakçıları fəal müzakirələrə,
təklif və mülahizələrini söyləməyə
dəvət edilmişdir. Qeyd olunmuşdur ki,
bütün dünyada olduğu kimi, respublikamızda da
informasiya cəmiyyətinin qurulması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir. Ölkə Konstitusiyasında təsbit olunmuş hər
kəsin istədiyi məlumatı qAnUni yoLla aXtaRmaq, əLdə
eTmək, ötüRmək, hAzıRlAmaq və yaYmaq
azaDlIğı olduğu vurğulanmış, “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikası Qanununun təkcə
jurnalistlərə, KİV nümayəndələrinə
deyil, eyni zamanda hər bir vətəndaşa şamil
olunduğu diqqətə çatdırılmışdır.
Vətəndaşların aidiyyəti olan məsələlərlə
əlaqədar məlumat almaq, ictimai hadisələrdən xəbər
tutmaq hüququna malik olduqları qeyd edilmişdir».
E.Süleymanova
əlavə edib ki, informasiya sahibləri olan dövlət
qurumlarının müvafiq struktur bölmələri əməkdaşları
tərəfindən adı çəkilən qanunun müddəalarının
dərindən öyrənilməsi və tətbiqi, informasiya
sorğularının təmin edilməsi üçün icra
mexanizmlərinin təkmilləşdirilməsi, dövlət
qurumlarında elektron məlumat toplusunun (reyestrin)
yaradılması, vəzifəli şəxslər, mətbuat
xidmətlərinin əməkdaşları, KİV nümayəndələri
və ümumən əhali üçün paytaxt və
regionlarda geniş hüquqi maarifləndirmə, təbliğat
işi aparılması, davamlı əməkdaşlığın
qurulması, canlı şəbəkə şəklində fəaliyyət
göstərilməsi, informasiya üzrə İşçi
qrupunun yaradılması və müntəzəm olaraq
görüşlərin keçirilməsi, jurnalist kadrları
yetişdirilməsinə, KİV nümayəndələrinin
peşəkarlığının yüksəldilməsinə,
ixtisaslaşmasına diqqətin artırılması və s.
təkliflər bu qəbildəndir.
Onun
fikrincə, əlaqəli çalışmaq, habelə hər
bir dövlət qurumunun adı çəkilən qanuna
uyğun olaraq verilmiş hər hansı bir sorğunu mahiyyəti
üzrə, vaxtında və tam cavablandırması olduqca zəruridir
və bu məqamlar məsləhətləşmələr
zamanı diqqətə çatdırılmışdır:
«Hər bir dövlət qurumunun informasiya təminatı ilə
məşğul olan müvafiq struktur bölmələri,
quruluşu, icraçıları haqqında məlumatların
Ombudsman Aparatına göndərilməsinin zəruriliyi qeyd
olunmuşdur. Belə məsləhətləşmələr
vətəndaş cəmiyyəti və QHT nümayəndələri
ilə də keçiriləcəkdir. Təsisatımızın
informasiya sahibi kimi fəaliyyəti də səmərəlidir.
Kütləvi informasiya vasitələri ilə əlaqələrə
mühüm yer veririk, Müvəkkilin fəaliyyətinin
ayrılmaz tərkib hissəsi olan bu əlaqələr
çoxşaxəli və rəngarəngdir».
E.Süleymanova
qeyd edib ki, Ombudsmanın fəaliyyətinin aşkarlıq
prizmasından görünməsində media nümayəndələrinin
böyük əməyi vardır: «Ombudsman insan
hüquqlarının müdafiəsi və həyata
keçirilməsinə yönəlmiş tədbirlər təşkil
edərkən ictimaiyyətin nümayəndələri, vətəndaş
cəmiyyəti və KİV-lə qarşılıqlı,
sıx əməkdaşlığa əsaslanır, media
nümayəndələrinin üzləşdikləri çətinliklərin
həllində yardımçı olur, tövsiyələr
verir. Müvəkkil, bu mənada, ictimaiyyətin və
KİV-in diqqətində olan şəxsdir, mətbuata,
ictimaiyyətə açıq olduğuna görə onun fəaliyyəti
həmin qurumlar tərəfindən dəfələrlə
yüksək dəyərləndirilib, müxtəlif
nominasiyalar üzrə mükafatlarla, Fəxri diplomlarla təltif
edilib. Müvəkkil və onun mətbuat xidməti
monitorinqlərin qalibi olmuşdur. Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyası bir qrup ictimai xadimi, dövlət
rəsmilərini, ölkəmizdə fəaliyyət göstərən
beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələrini,
o cümlədən jurnalistləri müxtəlif nominasiyalar
üzrə Fəxri diplomla təltif etmişdir. Mükafatlandırılanlar sırasında olan
Müvəkkil bu mükafata “Mətbuata açıq dövlət
məmuru” nominasiyası üzrə layiq
görülmüşdür».
Ombudsman
vurğulayıb ki, ötən dövr ərzində qurumun Mətbuat
xidməti fəaliyyətini xeyli təkmilləşdirmişdir:
«Müxtəlif qəzetlərin keçirdiyi rəy
sorğusuna əsasən, Ombudsman təsisatının Mətbuat
xidmətinin KİV-lə səmərəli əlaqələr
qurduğu, media nümayəndələri ilə əməkdaşlıqda
maraqlı olduğu göstərilmişdir. Respondentlər
təsisatın mətbuat xidmətinin KİV-lə yaxından
işlədiyini, Ombudsman təsisatının mətbuata ən
açıq dövlət qurumlarından biri olduğunu
vurğulamışlar. “Gənc Liderlər” Uşaq Təşkilatının
uşaq hüquqlarının müdafiəsi ilə
bağlı apardığı monitorinqin nəticələri
üzrə Müvəkkil və dövlət
strukturlarının mətbuat xidmətləri arasında
Ombudsman Aparatının mətbuat xidməti fərqlənmiş,
“Uşaq hüquqlarının müdafiəsi və təmin
olunması sahəsində fəaliyyətin KİV-ə
çatdırılmasında və uşaq qurumlarına ən
açıq mətbuat xidməti” nominasiyasının qalibi
elan edilmişdir».
Ombudsman
bildirib ki, hüquq mövzusunda yazan jurnalistlərin peşə
hazırlığının yüksəldilməsində
yardımçı olmaq və onların hüquqi biliklərini
artırmaq, maarifləndirmə işi aparmaq, KİV nümayəndələri
ilə əməkdaşlığı daha da möhkəmləndirmək
məqsədilə müxtəlif tədbirlər, təlimlər
və seminarlar keçirilib: «Bu tədbirlərin məqsədi
həm də media nümayəndələri ilə
qarşılıqlı əməkdaşlığı
möhkəmləndirmək, səmərəli əlaqələrin
yeni formalarını müəyyənləşdirməkdən
ibarətdir. KİV-lə iş apararkən jurnalistlərin
peşə standartlarına verilən tələbləri - həqiqətə
xidmət, obyektivlik, vicdanlılıq, şəxsi həyatın,
şərəf və ləyaqətin toxunulmazlığı
və işgüzar nüfuza hörmət məsələlərini
önə çəkir, jurnalistlərin hüquqi və sosial
müdafiəsini diqqətdə saxlayırıq.
Mətbuatda, kütləvi informasiya vasitələrində ölkəmizdə demokratiyanın inkişafına, vətəndaş cəmiyyətinin təşəkkülünə və bərqərar olmasına xidmət edən yazılara, real gerçəkliyimizi əks etdirən həqiqi sözə, qərəzsiz, obyektiv, balanslaşdırılmış informasiyaya böyük ehtiyac vardır. Bu missiyanın həyata keçirilməsində media nümayəndələrinin, o cümlədən insan hüquqları mövzusunda yazan, araşdırmalar aparan jurnalistlərin fəal iştirakı böyük əhəmiyyət kəsb edir. Həmin tədbirlərdə insan hüquqlarının həyata keçirilməsi işində Müvəkkilə jurnalistlərin daim dəstək verməsinin, yardımçı olmasının zəruriliyi vurğulanmış, milli mətbuatımızın problemlərini aradan qaldırmaq üçün bir sıra təkliflər irəli sürülmüşdür. Medianın hakimiyyətlə cəmiyyət arasında körpü rolunu oynaması, KİV haqqında mövcud qanunvericiliyin təkmilləşdirilməsi, reketçiliyə qarşı mübarizə, milli mətbuatın qütbləşməsinin aradan qaldırılması, qarşılıqlı iradlardan həmrəylik və əməkdaşlıq mühitinə keçmək, media hüquqlarına hörmətlə yanaşılması, bölgələrdəki mətbuat orqanlarının fəaliyyətinə yardım göstərilməsi ilə bağlı təkliflər və s. bu qəbildən olmuşdur».
Ombudsman əlavə edib ki, maarifləndirici tədbirlərdə jurnalistlərin informasiya almaq hüququ və cəmiyyət qarşısında məsuliyyəti, mətbuatda reketçiliyin yolverilməzliyi barədə də müzakirələr aparılır: «Ölkəmizin müstəqillik qazandığı, suveren, demokratik dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə KİV-in, o cümlədən mətbuatın qarşısında yeni vəzifələr durduğu, respublikamızda həyata keçirilən dinamik proseslərin cəmiyyətə çatdırılmasında, dolğun işıqlandırılmasında jurnalistlərin əməyi hər zaman qeyd olunur. İnformasiya cəmiyyətində həqiqəti əks etdirən obyektiv xəbərin bu gün ən qiymətli resursa çevrildiyi, ölkə vətəndaşlarının informasiyaya olan tələbatında köklü dəyişikliklərin baş verdiyi diqqətə çatdırılır. Uşaqların KİV-ə marağını nəzərə alaraq, Müvəkkilin təşəbbüsü ilə Liderlik məktəbi nəzdində gənc jurnalist qrupu təşkil olunmuş, məktəblilərin uşaq mətbuat nümunələrini müntəzəm mütaliə etməsi üçün imkanlar yaradılmışdır.
Dövlət orqanlarının informasiya və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyət göstərən bölmələri ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin daha sivil formada qurulması mətbuat xidməti institutları və KİV-lərin qarşılıqlı əməkdaşlığının təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, həm də ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına, hüquqi dövlətin inkişafı prosesinə təkan verir. Qeyd olunmalıdır ki, təsisatımızın Mətbuat xidməti Ombudsmanın daim ünsiyyətdə olduğu auditoriyalar, dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirir».
E.Süleymanovanın sözlərinə görə, bu gün demokratik, hüquqi dövlət və cəmiyyətin idarə olunmasında ictimaiyyətlə əlaqələrin rolu olduqca mühümdür: «Bu əlaqələri qurmadan hər hansı bir fəaliyyətdə uğur əldə etmək mümkün deyildir. İnformasiya mübadiləsi aparılmasında mətbuat xidmətləri və media nümayəndələrinin qarşılıqlı əlaqələri önəm kəsb edir, ictimai fikri öyrənməyə yönəlmiş “piar”ı formalaşdırmaq və informasiya sorğularını operativ cavablandırmaq bu gün dövlət qurumlarının mətbuat xidmətlərinin əsas vəzifəsinə çevrilməlidir».
CAVANŞİR
Azad Azərbaycan.-
2015.- 24 may.- S.5.