Təhsil Nazirliyi cavab verir
Hüquqi məsələlər
Sual: Əvəzçilik qaydasında əmək
fəaliyyəti ilə məşğul olmanın proseduru necədir?
Cavab: Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir.
Eyni zamanda qeyd edirik ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının digər işçilərə həvalə edilməsi Əmək Məcəlləsinin 61-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə, nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə, əlavə əməkhaqqı ödənilir.
Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi, mövcud əmək şəraiti nəzərə alınmaqla, faktik yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda (16 yaşınadək işçilər üçün 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün 36 saat) yol verilə bilər.
Sual: Fiziki və hüquqi şəxslər dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya huquqi şəxsləri və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qeyri-kommersiya hüquqi şəxsləri ola bilər.
Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.
Sual: Təhsil müəssisəsi dedikdə nə başa düşülür və hansı növləri var?
Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.47-ci maddəsinə görə təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.
Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəaliyyət göstərir.
Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
- məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası);
- ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);
- məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.);
- ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);
- orta ixtisas təhsili müəssisələri (kolleclər);
- ali təhsil
müəssisələri (universitetlər,
akademiyalar, institutlar və s.);
- əlavə təhsil müəssisələri
(universitetlər, institutlar,
mərkəzlər və
s.);
- təhsil fəaliyyətini
həyata keçirən
digər müəssisələr.
Müxtəlif tipli təhsil müəssisələri təhsil
kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.
Sual: Müqavilə
nədir və əqddən nə ilə fərqlənir? Müqavilə kimlər arasında
bağlana bilər?
Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi proseduru necədir?
Cavab: Azərbaycan Respublikası
Mülki Məcəlləsinin
389-cu maddəsinə əsasən
mülki hüquq və vəzifələrin
müəyyənləşdirilməsi, dəyişdirilməsi və
ya xitamı haqqında iki və ya bir
neçə şəxsin
razılaşması müqavilə
sayılır.
Həmin Məcəllənin 324-cü maddəsinə
görə isə əqd mülki hüquq münasibətinin
əmələ gəlməsinə,
dəyişdirilməsinə və ya xitamına
yönəldilmiş birtərəfli,
ikitərəfli və
ya çoxtərəfli
iradə ifadəsidir. Əqdlər
birtərəfli və
müqavilə şəklində
(ikitərəfli və
ya çoxtərəfli)
ola bilər.
Bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
Müqavilənin bağlanması üçün
isə iki tərəfin razılaşdırılmış
iradə ifadəsi (ikitərəfli əqd) və ya üç
və ya daha çox tərəfin razılaşdırılmış
iradə ifadəsi (çoxtərəfli əqd)
zəruridir.
Fiziki və hüquqi şəxslər
azad surətdə müqavilələr bağlaya
və bu müqavilələrin məzmununu
müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə
nəzərdə tutulmayan,
lakin ona zidd olmayan müqavilələr
də bağlaya bilərlər.
Müqavilə onun bağlandığı
vaxt qüvvədə
olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş,
tərəflər üçün
məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə
bağlandıqdan sonra
onu bağlayarkən qüvvədə olmuş
qaydalardan fərqlənən,
tərəflər üçün
məcburi başqa qaydalar müəyyənləşdirən
qanun qəbul edilmişsə, bağlanmış
müqavilənin şərtləri
qüvvəsini saxlayır,
amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış
müqavilələrdən əmələ gələn
münasibətlərə şamil
olunmasının müəyyənləşdirildiyi
hallar istisna təşkil edir.
Müqavilənin dəyişdirilməsi və
ləğv edilməsi,
əgər Mülki Məcəllədə və
ya müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa,
tərəflərin razılaşması
ilə mümkündür.
Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni
əhəmiyyətli dərəcədə
pozduqda və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və
ya ləğv edilə bilər.
Müqavilənin dəyişdirilməsi və
ya ləğv edilməsi haqqında razılaşma, əgər
Mülki Məcəllədən,
müqavilədən və
ya işgüzar adətlərdən ayrı
qayda irəli gəlmirsə, müqavilə
ilə eyni formada bağlanır.
Müqavilənin dəyişdirilməsi və
ya ləğv edilməsi tələbini tərəf məhkəməyə
yalnız müqaviləni
dəyişdirmək və
ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda
və ya təklifdə göstərilmiş
müddətdə, müddət
göstərilmədikdə isə otuz gün
müddətində ondan
cavab almadıqda irəli sürə bilər.
Azərbaycan müəllimi.- 2015.-
12 sentyabr.- S.5.