Azərbaycan təhsil sistemində ilk dəfə...
ADU-nun 10 tələbəsi
universitet hesabına Çində təhsil alır
Ölkəmizin təhsil sistemində özünəməxsus yer
tutan Azərbaycan Dillər Universiteti qarşısında qoyduğu
bütün vəzifə
və öhdəlikləri
layiqincə yerinə yetirir. Universitet inkişaf prosesində
uğurla addımlayan
ölkəmiz üçün
xarici dil mütəxəssisləri, müxtəlif
sahələr və beynəlxalq münasibətlər
sahəsində peşəkar
mütəxəssislər hazırlayır.
ADU-da inkişaf
etmiş təhsil və tədqiqat, yeni tədris siyasəti və dünyəvi elm və təhsil standartlarına cavab verən bakalavr və magistr proqramları mövcuddur. ADU ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir.
Universitetin professor-müəllim heyəti elmi sahədə tanınır,
müxtəlif milli, eləcə də beynəlxalq mükafat və təqaüdlərə
layiq görülüblər.
Müasir
dövrdə müstəqil
Azərbaycan dövlətinin
inkişafı məhz
elmin səviyyəsindən
əhəmiyyətli dərəcədə
asılı olduğu
bir vaxtda ADU-nun Regionşünaslıq və
beynəlxalq münasibətlər
fakültəsinin çinşünaslıq
ixtisasında təhsil
alan 10 nəfər tələbəsi universitetin
maliyyə dəstəyi
hesabına Çinin Şenyan Pedaqoji Universitetində təhsil almaq üçün yollanıb. Azərbaycanda ilk dəfə
olaraq 10 nəfər tələbənin universitet
hesabına birillik Çinə təhsil almağa göndərilməsi ADU və
Şenyan Pedaqoji Universiteti arasında imzalanmış müqaviləyə
əsasən Azərbaycan
Dillər Universitetinin
rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidovun təşəbbüsü
və dəstəyi nəticəsində universitetin
Elmi Şurasının
qərarı ilə mümkün olmuşdur. Müqaviləyə əsasən tələbələr
Çin dilini öyrənmək üçün
ÇXR-da yaşamaq,
orada təhsil almaq və Çin
tələbələri ilə
əlaqələr yaradaraq
bu dildə danışıq bacarıqlarını
inkişaf etdirəcəklər.
Artıq
bu tədris ilindən II kursdan göndərilən tələbələrin
Şenyan Pedaqoji Universitetindən alınmış
krediti 2 universitet arasında təsdiq olunacaq. Çində II kursu müvəffəqiyyətlə
başa çatdıran
tələbələr ADU-da
III kursda öz təhsillərini davam etdirəcəklər. ADU tələbələri
Şenyan Pedaqoji Universitetində bir il ərzində
nəinki Çin dilini öyrənməklə,
həmçinin Çin
mədəniyyəti, tarixi,
iqtisadiyyatı, adət-ənənələri
haqqında təcrübələr
əldə etmək imkanına sahib olacaqlar. Onlar burada həmçinin HSK- Çin dilinin səviyyəsi imtahanında
iştirak edəcək
və şəhadətnamə
alacaqlar. Ən önəmlisi isə çinlilərlə ünsiyyətdə
olaraq bu dili daha da
təkmilləşdirməyə nail olacaqlar.
Qeyd etmək
lazımdır ki, bu cür tələbə
mübadiləsi ümummilli
lider Heydər Əliyev tərəfindən
əsası qoyulan Azərbaycan və Çin arasında olan humanitar əlaqələrin inkişaf
etdiyini göstərir. Hazırda bu
siyasət Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir.
Sentyabrın 7-də Azərbaycan Dillər
Universitetinin Çinin
Şenyan Pedaqoji Universitetində təhsil almaq üçün yollanmış tələbələrinə
həmin universitetin Beynəlxalq Təhsil Mərkəzində
Çin dili və Çin ölkəşünaslıq dərsinin
tədris olunması məqsədilə tədris
ilinin açılış
mərasimi keçirilib.
Tədbirdə Şenyan
Pedaqoji Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin rektoru, cənab Can, həmin Mərkəzin prorektoru, cənab Pen, həmçinin
universitetin professor-müəllim
heyəti və tələbələr iştirak
edib. Çin Mərkəzinin direktoru,
professor Rafiq Abbasovun rəhbərliyi ilə mərkəz tərəfindən
hazırlanan Azərbaycan-Çin
dili dərs vəsaiti və ADU-nun rektoru Səməd Seyidovun rəhbərliyi ilə həmin mərkəzin hazırladığı
"İlham Əliyev
- qədim xalqların
dostluğunun müasir
davamçısı" kitabı
Şenyan Pedaqoji Universitetinə hədiyyə
olunub.
Bu gün ADU ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncüldür. ADU həm də multikultural bir universitetdir. Multikulturallıq və tolerantlıq başqalarına hörmətlə yanaşmaqdır. ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərliyi ilə universitet daxilində çox böyük və vacib islahatlar həyata keçirilir, beynəlxalq əlaqələr genişlənir. Eyni zamanda, beynəlxalq təşkilatların tədbirləri ADU-da yüksək səviyyədə, uğurla təşkil olunur. Bütün bu uğurların təməlində təbii ki, ali təhsil müəssisəsinin rəhbərinin - rektorun gərgin əməyi dayanır.
Azərbaycan Dillər Universiteti ölkəmizin inkişaf prosesində uğurla addımlayaraq sahib olduğu geniş imkanlar nəticəsində hər il gözəçarpan və çox vacib islahatlar aparır.
Şəfa KAZIMOVA,
ADU-nun İctimaiyyətlə əlaqələr
departamentinin müdiri
Azərbaycan müəllimi.- 2015.-
12 sentyabr.- S.10.