Yeni dərs ili dünya
ölkələrində nə vaxt
başlayır?
Ölkəmizdə yeni dərs ilinin başlanmasına günlər qalıb. Dünyanın bir
sıra ölkələrində isə yeni dərs ili ənənəyə uyğun olaraq
sentyabrın 1-də başlayır.
1 sentyabr həm də "Bilik günü" kimi qeyd olunur. "Bilik günü"nün
dünyanın ayrı-ayrı ölkələrində fərqli
vaxtda və fərqli qaydada keçirilməsi ənənəsi
də vardır. Beləliklə
də dünya ölkələrində yeni dərs ili nə vaxt başlayır?
RUSİYA. Rusiyada bir
çox məktəblərdə məşğələlər
ilk payız günündə başlayırdı. 1492-ci
ildən başlayaraq ölkədə Bizans təqvimi tətbiq
olunurdu, ona
müvafiq olaraq yeni il 1 sentyabrdan başlanırdı. 1699-cu ildə I Pyotr
"Yeni ilin qeyd olunmasına dair"
1735 nömrəli sərəncam
imzalayıb. 10 gün sonra isə
ölkə 1700-cü ili 1 yanvardan bayram
edib. Dərs ilinin
başlanması
vaxtı isə tədris prosesini pozmamaq və uzunmüddətli yay tətillərini qış mövsümünə
keçirməmək üçün əvvəlki tarixdə qalıb. Bu məsələdə
kilsə də öz sözünü deyib. Məktəblərin bir çoxu kilsələrin nəzdində
olub, ona görə də din xadimləri dərs ilinin dəyişdirilməsinə
tələsməyiblər. İnqilabdan əvvəlki
Rusiyada dərs ilinin vahid başlanma tarixi olmayıb, təhsil müəssisələrində
məşğələlər müxtəlif vaxtlarda
başlayıb. Kənd
yerlərində dərslər təsərrüfat işlərinin başa çatmasından sonra
payızın axırlarında, şəhərlərdə isə
avqustun ortalarında başlayıb.
1935-ci ildə bütün məktəblərdə
dərslərin eyni gündə - sentyabrın 1-dən
başlanması barədə qərar verilib. 1980-ci ildə isə SSRİ Ali
Soveti Rəyasət Heyətinin fərmanı ilə "Bilik
günü" təsis olunub. Sovet İttifaqının
süqutundan sonra "Bilik günü" sentyabrın 1-də bir sıra
postsovet ölkələrində (Rusiya, Belarus, Ukrayna, Moldova,
Qazaxıstan, Türkmənistan)
rəsmi bayram kimi qeyd olunub.
Avropa
ölkələrinin əksəriyyətində - Fransa, İrlandiya,
Belçika, Polşa, Çexiya, Estoniya, Litva, Macarıtan,
Sloveniyada dərs ili 1 sentyabrda və ya sentyabrın ilk bazar ertəsi
günü başlayır. Slovakiyada yeni dərs ili bir gün
sonra, sentyabrın 2-də başlayır, çünki
sentyabrın 1-də
ölkədə milli bayram - Konstitusiya günü qeyd olunur. Birləşmiş Krallıqda yeni dərs ili
sentyabrın ilk həftəsində başlayır və bir qayda olaraq uyulun
ortalarında başa çatır.
İstisna hal kimi yalnız Şotlandiyada dərslər
avqustun ortalarından start götürür. Böyük Britaniyada tədris ili 3 rübdən ibarətdir. Rüblər arasında bir həftəlik
qısamüddətli
tətillər nəzərdə tutulur. Məktəbə 4-5 yaşında
gedir, 15-16
yaşında başa vururlar.
Bütün məktəblərdə dərs günü
səhər saat 9-da
başlayır, 15-də başa çatır. Günün ikinci
yarısında
uşaqlar öz vaxtlarını idmana, dərnəklərdəki müxtəlif məşğələlərə
həsr edə bilərlər.
Avstriya,
Vyana və Aşağı Avstriyada yeni tədris ili sentyabrın ilk bazar ertəsi, digər
əyalətlərdə bir həftə
sonra başlayır. Ölkədə
belə bir ənənə var: ilk dərs günü həm
şagirdlər, həm
də valideynlər məktəbə milli paltarda gəlirlər. Balacalar 6 yaşda məktəbə
gedirlər.
FİNLANDİYA. Yeni dərs ili
avqustun 15-də başlayır. Bu ölkədə
oxumaq hər bir uşağın arzusu hesab olunur. Şagirdlərə böyük azadlıqlar verilir.
Gündəliklər yoxdur, valideynlər ayda bir dəfə
uşaqların təhsil uğurlarına dair bildiriş vərəqi
alırlar. Məşğələlərdə tədrislə yanaşı
sevdiyin işlə məşğul ola bilərsən. Əgər uşaq
öyrədici filmə baxmaq istəmirsə, ona kitab
oxumağa icazə verilir. Əsas məsələ
başqalarına mane olmamaqdır. Fin məktəblərində
əsas məqsəd uşaqları oxumağa məcbur etmək
deyil, yeni
biliklər qazanmağa motivasiya
yaratmaqdadır. Müəllimlər öz gələcəklərini
müəyyən etməkdə şagirdə kömək
edir, onun qabiliyyət və istedadını üzə
çıxarır.
Finlandiyanın təhsil qanununa görə, dərs ili
188 gün davam edir
və mayın 31-də başa çatır.
İSPANİYA. İlk dərs günü
bütün ölkə üzrə fərqlidir, müxtəlif əyalətlərdə
ayrı-ayrı vaxtlara təsadüf
edir. Ümumiyyətlə,
qanuna əsasən, bütün şagirdlər təhsilə
oktyabrın 1-dən gec olmayaraq başlamalıdır.
Qarmaqarışıqlıq müxtəlif vaxtlarda yekunlaşa
bilən məhsul
yığımı ilə bağlıdır. Tədris ili üç rübdən ibarətdir və
iyunun ortalarında başa çatır. Şagirdlərin
bilikləri 1-10 balla qiymətləndirilir. İspaniyalı
şagirdlərin gündəlikləri yoxdur. Ev tapşırıqlarına və lövhə
qarşısında verilən cavablara görə də qiymətlər
yazılmır. İspaniya
məktəbliləri yay tətilində (iyunun 20 -dən), Pasxa bayramı
şərəfinə bir həftə, Milad bayramında isə iki həftə ərzində istirahət
edirlər.
ALMANİYA. Ölkənin 16 federal
torpaqlarının hər birinin yeni dərs ilinin başlanması ilə
bağlı öz qaydaları
mövcuddur. Bir qayda olaraq, uşaqlar məktəbə
avqustun ortalarında və ya sentyabrın əvvəllərində
göndərilir. İlk tədris ilində birinci sinfə
gələn almaniyalı şagirdlər məktəbə "Birincinin torbası" ilə
gəlirlər ki, valideynlər
bu torbaya uşaqları
üçün hədiyyə qoyurlar. Orada şirniyyat, dəftərxana
ləvazimatı, kitab
ola bilər. XIX əsrdə bu ənənə yenicə
yarananda torbaya, məsələn, çəkmə də qoya bilərdilər. Yeri gəlmişkən,
torbanı uşaqlar kağızdan yapışdıraraq
özləri hazırlayırlar, valideynlər isə hədiyyə
ilə doldururlar. Almanlar uşaqlarının məktəb
həyatına hazırlığına çox ciddi münasibət bəsləyirlər. Uşaqların təkcə
bilikləri deyil, həm də psixoloji hazırlığı
yoxlanılır. Məsələn, uşaq 1 saat ərzində
oturmağı, 20 dəqiqə ərzində bütün diqqətini
hansısa əşya üzərində
cəmləşdirməyi bacarmalıdır.
Yay tətili
altı həftə davam edir, il ərzində
məktəblilər Milad, Pasxa bayramlarında istirahət edirlər.
AMERİKA
BİRLƏŞMİŞ ŞTATLARI. ABŞ-da dərs
ilinin başlanmasına dair dəqiq tarix yoxdur. Yeni dərs ili avqustun istənilən bir
günü və ya sentyabr
ayının ilk günlərində
başlaya bilər. Bu məsələ
müstəqil surətdə hər ştat səviyyəsində
həll olunur. Tədris ili iyunun
sonunda başa çatır. Uşaqlar yaşadıqları
ştatın təhsil haqqında qanununa uyğun olaraq məktəbə
müxtəlif
yaşda - 5-8
yaşında gedirlər. Tədris
ili üç rübə bölünüb, onların
arasında uşaqlar üçün kiçik tətil günləri
var, yay tətili isə iyunun sonunda başlayır.
KANADA. Dərslər
sentyabrın ilk çərşənbə axşamından
sonra dövlət bayramı olan və yayın bitməsini
simvolizə edən "Əmək günü"ndən
sonra başlayır. Kanadada valideynlər uşaqları üçün
tədris proqramını özləri seçə, zəruri
hesab etdikləri hallarda isə müəllimləri evlərinə
dəvət edə bilərlər. Qiymətləndirmə
faizlərlə aparılır.
Məsələn, 50-60 faiz "qaneedici", 65-75
faiz "yaxşı", 80-90
faiz "əla" deməkdir.
MEKSİKA. Ölkədə dərslər avqustun sonuncudan əvvəlki
bazar ertəsi başlayır.
YAPONİYA. Yaponiyalı şagirdlər üçün məktəbin qapıları aprelin
1-də açılır. Məhz
həmin gün
ölkə əhalisi
üçün gənclik,
gözəllik və yeni həyatın başlanması rəmzi
olan sakura çiçəkləməyə
başlayır. Əla
əhvali-ruhiyyə və çiçəkləyən
ağacların gözəlliyi yaponiyalı məktəblilərin
səmərəli təhsil yolunda ən yaxşı
müşayiətçisi olur.
Uşaqlar 6 yaşından məktəbə gedir, tədris
ili isə üç rübdən ibarətdir
və növbəti il martın 31-də başa
çatır. Uşaqları qışda və
yazda kiçik, yayda isə bir aylıq tətil gözləyir.
Bəzi yapon analar öz uşaqlarının təhsilinə
çox diqqətlə yanaşır. Onlar
müəllimlərlə sıx əlaqə saxlayır, məktəbin
həyatında fəal iştirak edir, bəzi hallarda, xüsusən
də uşaqları xəstələnəndə onlarla
birlikdə məktəbə gedə və dərsi dinləyə
bilərlər.
Yaponiya təhsil
sisteminin özəlliyi
bundadır ki, məktəbdə bütün tədris ili ərzində
siniflərin tərkibi dəyişir. Beləliklə
də öz sinif yoldaşları ilə dil tapa bilməyən
şagird rahat şəkildə digər sinfə keçə
və yeni dostlar qazana bilər.
HİNDİSTAN. Yeni dərs ili
yazda, aprel ayında başlayır.
Uşaqlar artıq 3 yaşlarından
"playschool"
adlandırılan təhsil müəssisələrinə
gedirlər, onlar burada gün ərzində 2-3 saat oynayır, hərfləri
öyrənməyə çalışırlar. 4 yaşından isə
I sinfə gedirlər. Məktəblərin çoxunda tədris ingilis
dilindədir. Buna görə də ölkə
əhalisinin əksəriyyəti ingilis dilini yaxşı
bilir. Uşaqlar həm dövlət, həm
də özəl məktəblərə gedirlər.
Hindistan məktəblərində yalnız kişilər
dərs deyir.
Riyaziyyat ən şərəfli fənn sayılır. Hər bir məktəbin
öz xüsusi məktəbli forması var, uşağa baxdıqda onun hansı
məktəbdə oxuduğu dərhal bəlli olur. Böyük tətillər Hindistanda ən isti aylarda
- may və iyunda
başlayır. Məşğələlər iyulun əvvəlində, istilər
bir qədər səngiyəndə
bərpa olunur.
ÇİN. Dərs ili
sentyabrın 1-də başlayır və bir qədər gec -
iyulun əvvəllərində başa çatır. Məktəbdən
əvvəl balacalar - 3-6 yaşdan uşaq
bağçalarına gedirlər.
İbtidai məktəblərin tədris proqramı kifayət
qədər mürəkkəbdir,
siyasət, mənəvi tərbiyə, Çin dili,
coğrafiya, kimya, biologiya, fizika, musiqi və incəsənət
kimi fənləri mənimsəmək balacalar
üçün heç də asan deyil.
CƏNUBİ KOREYA. Dərs ili daha tez,
martın 2-də başlayır, yay tətili iyulun ortalarından avqustun
sonlarına kimi davam edir.
Tropik
zonada yerləşən Malayziya və Sinqapurda məktəbin
qapıları şagirdlər üçün yanvarın ilk bazar ertəsi və
ya yanvarın 3-də
açılır. Tailandda dərs ili
mayın ortalarında, Filippində isə iyunun ilk həftəsində
başlayır. Honkonq və Tayvanda dərs ili avqustun sonunda, Kambocada oktyabrın
ilk bazar ertəsi başlayır.
Braziliyada yeni dərs ilinin başlanması fevralın
birinci həftəsinə, şimal tropik zonasında yerləşən
əyalətlərdə isə sentyabr ayına təsadüf edir. Yeni Zelandiyada ilk dərslər
fevralın ilk çərşənbə axşamı
başlayır. Avstraliyada isə şagirdlər
ştatlardan asılı olaraq yayın istisindən çəkinməyərək yanvarın sonu və
fevralın əvvəllərində məktəbə
qayıdırlar.
CƏNUBİ AFRİKA RESPUBLİKASI. CAR-da isə dərslər təxminən yanvarın
ortalarından start götürür. Uşaqlar çox erkən
- 4 yaşdan məktəbə gedirlər. Məktəb həyatına
hazırlıq isə 3 yaşdan başlayır, balacalar oyun
formasında hərflər və ətraf mühitin əşyalarını
öyrənirlər. Məktəbə qəbul olunmaq
üçün uşaqlar xüsusi imtahan verməlidirlər.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 12 sentyabr.- S.12.