Gənclər Azərbaycanın gələcəyidir

 

Gənclərin sosialsiyasi fəallığının artırılması dövlətin gələcək inkişafının təməl prinsiplərini təşkil edir

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı milli dövlət quruculuğu vəzifəsini həyata keçirməyə başladı. Bu yolda atılan addımların nəticəsidir ki, Azərbaycan dövləti daxilində siyasi sabitliyin möhkəmləndirilməsində, habelə beynəlxalq miqyasda öz suverenliyinin təmin edilməsində əhəmiyyətli uğurlar qazandı. Siyasi həyatın demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu xətti davam etdrildikcə onların sayı daha da artacaqdır.

 

Milli dövlətçilik ideyası belə bir prinsipə əsaslanir ki, dövlət yalnız öz xalqının şüurunda dərin kök saldıqda həqiqətən möhkəm olur. Deməli,dövlətin taleyi xalqın mənlik şüurunun xarakteriinkişaf səviyyəsindən xeyli dərəcədə asılıdır. Çünki hər bir xalq bir qayda olaraq özünə müvafiq olanruhuna uyğun gələn dövlət quruluşuna malik olur. Dövlət müəyyən struktura malik olan ictimai orqanizm kimi çıxış edir. O cəmiyyətdə mövcud olan bütün insanları vahid bir tam kimi birləşdirir, onların siyasi cəhətdən bir araya sığmasını təmin edir.

Təbii ki, dövlətçilik ideyasının gələcəyi ölkədə aparılan gənclər siyasətindən də çox asılıdır. Belə ki, gənclərin hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosialsiyasi fəallığının artırılması dövlətin gələcək inkişafının bünövrəsini qoymuş olur.

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Güclü aktivavanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir.

Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Bu mənada Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu mənada Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir: “Ulu öndər gənclərimizə həmişə böyük ümidlər bəsləmiş, onları Azərbaycanın gələcəyi adlandırmış və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir”.

Ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.

1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduğunu göstərdi və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də ilk Forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev, fevralın 2-sini Azərbaycan Gənclər Günü elan etdi.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Azərbaycan prezidenti tərəfindən gənclərlə birbaşa bağlı olan “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş veribciddi uğurlar əldə olunub.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov nailiyyətləri bu cür qiymətləndirib: “Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib”.

Qeyd edək ki, 2007-ci ilin “Gənclər ilielan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi dövlətimizin başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun vurmuş Fond, ümumilikdə 1457 layihə maliyyələşdirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Fonda 2 dəfə Prezidentin ehtiyat fondundan, 1 dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.

Əli Həsənov xüsusi olaraq qeyd edib ki, prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, Azərbaycana qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir: Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində mürəkkəb ictimai-siyasi vəziyyətdə, sürətli iqtisadi tənəzzül, sosial gərginlik şəraitində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlət quruculuğu prosesinə başlandı. Həmin dövrdə Azərbaycanın daxilixarici siyasətinə kənardan təsir göstərmək, onu idarə etmək üçün ciddi cəhdlər olmuşdur. Yalnız Ulu Öndərin uzaqgörənliyi, vətənpərvərliyi, qətiyyəti sayəsində antimilli qüvvələri neytrallaşdırmaq, milli dövlətçiliyimizi qorumaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmaq mümkün olmuşdur. Sirr deyil ki, həmin qüvvələr bu gün də dövlətimizin müstəqil siyasi kursunu qəbul etmək istəmir, Azərbaycanı tərəqqi, sürətli inkişaf yolundan döndərmək üçün müxtəlif vasitələrə əl atır və yaxud onu öz təsirləri altına salmağa çalışırlar. Ancaq bu gün Azərbaycan güclü, sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, dünya siyasətində öz yerirolu olan bir ölkədir”.

Ümumiyyətlə, müstəqil dövlətimizin yaratdığı imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Çünki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Məhz, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü) kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yerirolu var. Onun rəhbəri olduğu RAGB Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə çevrilib.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Bununla yanaşı o, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsəd ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. Göstərilənlərdən belə qənaətə gəlmək mümkündür ki, Leyla xanım Əliyeva çoxşaxəli və məqsədyönlü fəaliyyəti ilə bugünkü Azərbaycan gəncliyinə nümunədir. Gənclər də öz növbəsibdə görülən bu işlərə dəstək verməlidirlər.

Bu gün həyata keçirilən məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda ölkəmizdə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar gənclərin milli mənəvi, mədəni və ictimai-siyasi sahələrdə təşkilatlanması baxımından bazis rolunu oynayır. Əli Həsənovun sözlərilə desək, gənclər təşkilatlarımızın resursları, reallaşdırdıqları layihə və proqramlar, həyata keçirdikləri tədbirlər də xeyli təkmilləşib və inkişaf edib: “Onlar ölkənin ictimai həyatında yaxından iştirak etməklə yanaşı, dövlətin müxtəlif sahələrdə həyata keçirdiyi siyasətə könüllü dəstək verirlər. Bu baxımdan mən Azərbaycandakı gənclər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirirəm”.

 

CAVANŞİR

Azad Azərbaycan.- 2015.- 27 yanvar.- S.5.