Həbsxanada bəy
qızına vurulan azərbaycanlı aktyorun qəribə
taleyi
Xalq artisti Rza Əfqanlı Azərbaycan səhnəsinin əfsanəvi
aktyorlarındandır. Amma onun haqqında çox şeyləri
bilmirik. Əməkdar artist Əli Nurzadə
azvision.az-a müsahibəsində Rza Əfqanlı ilə ilk
tanışlığı, birgə işləməsi, xatirələri
haqqında söhbət açıb.
- Rza
Əfqanlı ilə ilk görüşüm 1963-cü ildə
olub. Mən orta məktəbdə oxuyurdum.
Bakıya dayımgilə yay tətilinə gəlmişdim.
Bir gün keçmiş "Kommunist", indiki
"İstiqlal" küçəsində iri sinəli, enli
kürəkli, ağ köynək,
üstündən pencək geyinmiş bir kişinin iti
addımlarla aşağı düşdüyünü
gördüm. Hamıdan fərqlənən bu
sima əfsanəvi Rza Əfqanlı idi.
Onu ikinci dəfə 1966-cı ildə Filarmoniyada
gördüm.
Səməd Vurğunun 60 illiyinə həsr
olunan tədbirdə "Vaqif" tamaşasından
parçalar ifa olunurdu. Vaqif obrazını
Rza Əfqanlı, Xuraman rolunu isə Barat Şəkinskaya
oynayırdılar. Onların oyunu məni
sehirləmişdi.
"Dedi
gəl, güləşək"
1972-ci ildə
institutu bitirdikdən sonra Hüseyin Ərəblinski adına Sumayıt Teatrının baş
rejissoru Ağakişi Kazmovun dəvətilə həmin teatra
getdim. Bilirdim ki, bir neçə
tanınmış sənətkarlarla bərabər Rza
Əfqanlı da orada işləyir.
Onun çiynində olan pencəyinin sinəsi
başdan-ayağa orden və medalla dolu idi. Mən teatrın girişində
ona qəflətən belə bir sual verdim: "Rza müəllim,
siz "Dağlarda döyüş" filmində aktyor
Şahmar Ələkbərovla güləşəndə
qayalıqda ona "Nelson fəndi" vurursunuz. Onu
necə etdiniz bu yaşda?
Rza Əfqanlı çiynindəki pencəyini cəld
Vaqif Əliyevə doğru atdı, güləş
duruşunu tutdu və "Övladım, mən səninlə
də güləşərəm. Yaxın gəl görüm",- dedi. Onda 78 yaşı var idi.
Onun pəhləvan görünüşü məndə
çox xoş hiss yaratdı. Qeyd edim ki, o, yaşını 4
il azaltmıışdı. Sonralar
qızı da bu faktı təsdiqlədi. Beləliklə,
biz Rza Əfqanlı ilə dostlaşdıq.
Aktyor
Əli Nurzadə
Mən həyatımda iki dəfə özümü
unutmuşam. Və açıq qalan çənəmi əlimlə
qapamışam. Birincisi 1968-ci ildə
İncəsənət İnstitutunda onun 4 saatlıq dərsində,
İkincisi isə Sumqayıt Teatrında "Müsibəti-Fəxrəddin"
əsərini səhnələşdirərkən Rza
Əfqanlının Rüstəm bəy obrazını məşq
etməsi zamanı.
Bir dəfə Xalq artisti Məzahir Süleymanovla
Filarmoniya bağının yanında avtobus gözləyirdik. Rza
Əfqanlı həmişəki kimi iti addımlarla bizə
yaxınlaşdı. Üzünü mənə tutub
dedi: "Siz burada nə gəzirsiniz? Övladlarım,
aktyora gəzmək olmaz. Olmaz! Şəhərə
boş yerə çıxmaq olmaz. Aktyor
mütaliə etməli, öz üzərində işləməlidir".
O, dayanmadan bizi məzəmmət edirdi. Mən imkan tapıb,
"Biz tamaşanın paltarının
ölçüsünə görə gəlmişik",- dedim. Rza Əfqanlı "Hə, onda
olar",- dedi.
Həbsxanadan
baxıb, qız bəyənmişdi
Mənim teatrda ilk rolum Cəfər Cabbarlının
"Solğun çiçəklər"ində Bəhram
obrazı oldu.
Biz avtobusa oturub Bakıya evə gələndə
o, məni öz yanına, qabaq oturacağa
çağırdı, qoluma girdi, fərəhlə təbrik
etdi. Cəfər Cabbarlının digər əsərlərinin
qəhrəmanlarını - Aydını, Oktayı, Elxanı
necə oynamasından danışıb, məsləhətlər
verdi. Məni ruhlandırıb, "Sən
böyük aktyor olacaqsan",- dedi.
Biz hər səhər xidməti maşınla Bakıdan
Sumqayıta işə gedəndə onu "Şamaxinka"
deyilən yerdəki evindən götürürdük. O, içəri girən
kimi üzünü aktrisalara tutub, bir neçə məhəbbət
şeiri deyib, əhvalı şuxlaşadırardı.
İstirahət günləri isə görüş yerimiz
"Azdrama"nın qarşısı
idi. Bu, heç vaxt dəyişməzdi.
O, mənə
bütün həyatını danışıb. Otuzuncu illərdə İran vətəndaşlarını
geriyə deportasiya edirdilər. Əfqanlı
aktyor olduğu və teatrda çalışdığı
üçün qalır. İrana dönmədiyi
və İran vətəndaşlığından imtina etmədiyi
üçün onu burada həbs ediblər. Həbsxana Azad Qadın heykəlinin yanında yerləşən
və o vaxt "Karamel fabriki" adlanan binada olub. Həbsxananın pəncərəsindən baxanda
Əfqanlı üzbəüz binada yaşayan Sona adlı bir
bəy qızını görür. Ona
möhkəm vurulur. Həbsxanadan
çıxandan sonra həmin xanımı tapıb, onunla ailə
həyatı qurur. Bu nikahdan onların Xumar
Zülfüqarova adlı qızı dünyaya gəlir.
Qızını
Siyavuş Aslana vermək istəmirdi
İkinci dəfə isə Rza Əfqanlı geyim üzrə
rəssam olan Bədurə xanımla ailə qurub. O vaxtlar stol
arxasında məşq prosesi zaman rol dəftərinə rəngli
karandaşlarla səsin uzadılması, ucalığı,
fasilə və sair ilə bağlı işarələr
qoyularmış. Bədurə xanım rəssam
olduğu üçün Əfqanlı məşqlərə
o zamanlar çətin tapılan rəngbərəng
karandaşlar gətirərmiş. Dəftərinin
kənarına qoyanda hamı həsrət və qibtə ilə
ona baxarmış.
Rza Əfqanlının üçüncü evliliyi isə
teatrda rəqqasə olan Tahirə xanımla baş tutub. Bu evlilikdən
aktrisa Ofelya Aslan dünyaya gəlib. Mən
onunla bir neçə tamaşada tərəf-müqabili
olmuşam.
Rza Əfqanlı xalq artisti olan qızı Xumarla fəxr
edirdi. İkinci qızı Ofelyanı da çox istəyirdi.
Bir dəfə Bakıya möhkəm qar
yağmışdı. Mənə dedi ki, qar və soyuq
olmasına baxmayaraq, görüşək. Həmişəki
yerimizdə görüşdük. O, çox şux idi.
Əynində drap palto, şarf, gözəl kəsmə,
bahalı papaq və əlcək var idi. Dedi, Ofeliyanın
qayınatası rəhmətə gedib, onlara gedək. Mən onun qoluna girdim. Mirzəağa
Əliyev küçəsilə vağzala sarı getdik.
O, mənə
qızlarının ailə qurmasından danışdı.
Ofelya Aslanın Siyavuş Aslanla ailə qurmasına etiraz
etdiyini dedi: "Bir gün eşitdim ki, Quba Teatrının
Siyavuş adlı aktyoru Ofelyaya elçi gəlmək istəyir.
Mən etiraz etdim. Dedim, baxmayaraq ki,
özüm də aktyoram, amma səni artistə ərə vermərəm.
O, sənin qədrini bilməz. Ofelya məni
eşitmədi, Siyavuşla ailə qurdu. Mən
onun cehizini artıqlaması ilə verdim və həmişə
əlim üstündə oldu. Bir gün
Ofelya mənim yanıma gəlib, gözüyaşlı
yoldaşından gileyləndi. Mən
axşam onlara getdim, Siyavuşun gəlməyini gözlədim.
Ona dedim ki, qızımı aparıram. Mənə çox
dil tökdü ki, dedi ki Ofelyasız yaşaya bilməz. Mən qəflətən ayağa qalxıb,
Siyavuşun yaxasından tutub, bir əlimlə divara dirədim
ki, "Ayə, sən bilirsənmi, o, Əfqanlının
qızıdır? Sən bilmirsən Əfqanlı kimdir?.."
Biz yas yerinə çatanda hamı ayağa qalxıb,
Əfqanlını bağrına basdı. Ofelya gəlib
atasının üzündən öpüb, qucaqladı.
Bağırovun
qəzəbindən qəribə qurtuluş
Həmişə deyərdi ki, "Mən müharibədə
olmamışam, amma heç bir aktyorda mənim qədər
orden-medal yoxdur. Kino üzrə ilk ordeni Stalinin əmrilə
Bağırov özü mənim sinəmə taxıb. "Kəndlilər" filmində mən
Bağırovun obrazını yaratmışdım. Buna görə də o, məni çox istəyirdi".
Danışırdı ki, bir dəfə piyada "Azad
qadın" küçəsi ilə yuxarıya gedirmiş. Bağırov
isə qara maşınla aşağıya doğru gəlirmiş.
Onu görcək Bağırov
sürücüsünə nəsə deyib. Sürücü maşının sürətin
azaldıb. Bağırov şəhadət
barmağını eynəyinin arasına sıxıb və
diqqətlə Əfqanlıya baxıb. Rza
Əfqanlı donub yerində qalıb. Çünki
o, bilirdi ki, bu, parol idi. Bağırov kimi həbs
etdirəcəkdisə, barmağını o cür edib, həmin
adama diqqətlə, ilan kimi baxırdı. Maşın aralanana qədər Bağırov ona
baxıb. Rza Əfqanlı çox pis vəziyyətə
düşüb. Günlərlə teatrda,
evdə səksəkəli gəzib ki, indi gəlib onu
aparacaqlar. Ancaq bəxti üzünə
gülüb, ona heç nə etməyiblər. Əfqanlı
"Azdrama"dan getməsinin səbəbini də mənə
danışmışdı: "Təxminən 1942-1943-cü
illlərdə Ədil İsgəndərov məni
çağırdı ki, "Hamlet", "Otello"
tamaşalarında oynamısan, istəyirəm ki, səninlə
"Otello"nu işləyək. Mən
razı olmadım. Dedim, əgər sizə Otello
lazımdırsa, gənc aktyor Ələsgər Ələkbərovu
tövsiyə edirəm. Səsi də,
görünüşü də sizə uyqun gələcək.
Mən ona kömək edərəm. Onu inandırdım və biz birlikdə
"Otello"nu hazırladıq.Ancaq Ədil İsgəndərovdan
sonra vəziyyət dəyişdi. Teatra təzə
direktor, baş rejissor gəldi. Ələsgər
dünyasını dəyişdi. Onun
ölümü mənə çox pis təsir edirdi. Bir gün direktor məni çağırdı ki, bəs
"Otello"nu yenidən bərpa edirik, hazırlaş.
Mən soruşdum ki, Otello kim olacaq? Dedi,
necə yəni kim? Ələsgərin
dublyoru İsmayıl Dağıstanlı. Mən dedim ki,
Ələsgərdən sonra Otello tanımıram və onunla
oynamaram. Direktor dedi ki, onda ərizəni yaz, işdən
çıx. Mən tez truppa müdirinin
otağına düşdüm. Ərizəmi
yazıb, işdən getdim".
Papazyana
nifrətin səbəbi
Mən bir dəfə ondan soruşdum ki, Rza müəllim,
siz bu qədər "Otello"larla oynamısınız,
onlardan ən çox hansını bəyənmisniz. Gözləyirdim
ki, Ələsgər Ələkbərovun adını çəkəcək.
O, əlini qoltuq cibinə salıb, qara bir cib dəftərçəsi
çıxartdı. Dəftərçənin
arasından bir şəkil götürüb, yuxarı
qaldırdı. Bu, Abbas Mirzə Şərifzadənin
"Şeyx Sənan" tamaşasından olan fotosu idi.
Şəklə baxıb dedi: "Mən yeddi
"Otello"nun - Abbas Mirzə Şərifzadə,
Ülvü Rəcəb, Rus Dram teatrının aktyoru Sokolar,
erməni aktyorlar Papazyan və Abelyan, Osetin aktyor Tuxapasayer və
Ələsgər Ələkbərovun "Yaqo"su
olmuşam. Hamısı SSRİ xalq artistləridir.
Amma bu dünyaya bir də nə belə Otello, nə
də belə aktyor gələcək". Mən onun gözlərinin içinə
baxırdım. 60 il səhnədə
gözündən yaş gəlməyən
Əfqanlının gözündən yaş axırdı. Şəkli üç dəfə öpüb, dəftərçənin
arasına qoydu. Mən isə mat-mat bu əfsanəvi
səhnəyə baxırdım. O, ürəkdən fəxr
edirdi ki, A.M.Şərifzadə kimi əfsanəvi aktyorla eyni
otaqda qrim edib.O, erməni aktyoru Papazyana nifrət edirdi. Papazyanı 1913-cü ildə Sultan Əbdülhəmid
İstanbuldan qovumuş, o da gəlib Rusiyaya
sığınmışdı. Parisdə
qatrolda olanda həmyerlisi eməni Gülbekyan (Osmanlı
imperiyasının Neft və Dağ-Mədən naziri olub)
Papazyanın şərəfinə 300-ə yaxın kübar
şəxsin iştirakı ilə məclis təşkil edir.
Məclisdən qabaq Papazyan Gülbekyanın
barmağındakı çox bahalı üzüyü
görüb deyir ki, sən o üzüyü mənə borc
ver, tamaşadan sonra qaytaracağam. Qoy,
Paris elitası Otellonun necə üzüyünün
olduğunu görsün. Tamaşadan sonar
isə deyir ki, cənab Gülbekyan, mən tamaşada oynayanda
üzük barmağımdan səhnəyə
düşüb. Həyəcanlı
olmuşam, xəbərim olmayıb. Tamaşadan
sonra qalıb üzüyü axtardım, tapılmadı.
Görünür, səhnə işçilərindən
kimsə götürüb, sənin yanında üzüqara
qaldım. Gülbekyan deyir, canın sağ
olsun. Amma sonradan həmin üzüyü
Papazyanın barmağında görürlər. Bu, onun nə birinci, nə də ikinci
fırıldağı idi. Getdiyi
bütün qastrol səfərlərində fırıldaqla
birindən ayaqqabı, birindən üzük alıb, aradan
çıxırmış. Bir sözlə,
erməni xislətini hər yerdə göstərirmiş.
Əfqanlı da onun xislətindən xəbərdar idi.Kəfən
pulunu boynunda gəzdirərmiş
Rejissor Əbdül Mahmudov danışırdı ki,
"Dağlarda döyüş" filminin Lerikdə çəkilişi
zamanı Əfqanlı birdən-birə çəkiliş
meydançasından yoxa çıxıb. Onu xeyli
axtarıblar. Nəhayət, İranla sərhəddə
məftillərin yanında üzü Cənubi Azərabaycana
tərəf durmuş vəziyyətdə tapıblar. O,
sərhəddəki məftillərdən tutub, ucadan dua
oxuyurmuş.
Bir dəfə Kürdəmirdə olarkən Rza
Əfqanı boynundan asdığı qara kisəsini getdiyi
hamamda unudur. Kisənin içində 10 min manat pul varmış.
Aləmi bir-birinə vurur. Tez
hamama gəlir, oradakılara deyir pulumu itirmişəm. Qara kisəni ona verirlər. Açıb
görür ki, pullar yerindədir. O pulları özü
üçün kəfən pulu kimi saxlayırmış.Mən
1973-cü ildə mayın 15-də hərbi xidmətə yola
düşdüm. Noyabrda teatrdan məktub
aldım ki, Rza Əfqanlı dünyasını dəyişib.
Hönkürtümü saxlaya bilmədim. Həmişə Rəsul Rzanın
Əfqanlının ölümünə həsr etdiyi
şeiri hər yerdə səsləndirirəm.
Azad Azərbaycan.-
2017.- 9 avqust.- S.7.