KAMANÇA UNESCO-NUN SİYAHISINA DAXİL EDİLİB

  

Kamança simli musiqi alətinin hazırlanması ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu qərar YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan İranın birgə təqdim etdiyi nominasiya qəbul edilib.

 

Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov bildirib ki, Kamança sənəti ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə edir, bu, yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsidir. Azərbaycan nümayəndəsi  nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İrana minnətdarlığını bildirib. İran nümayındəsi bu sahədə Azərbaycanla birgə fəaliyyətdən məmnundur

Müzakilər zamanı erməni tərəfi hər zamankı kimi kamançaya da sahib çıxmağa çalışaraq təxribatçı çıxışlar edib. Onlar kamançanın Azərbaycanın deyil, Ermənistanın qədim müsiqi aləti olması ilə bağlı cəfəng iddialar irəli sürüblər. Amma  onların bu təxribatının qarşısı alınıb Azərbaycan nümayəndələri faktlara söykənən dəlilləri əsas gətirərək kamançanın məhz Azərbaycana məxsus olmasını  qarşı tərəfin diqqətinə çatdırıb. Türkiyənin UNESCO-dakı nümayəndə heyətinin üzvləri Azərbaycana dəstək nümayiş etdirib.

Musiqişünaslar ermənilərin uneskonun qəbul etdiyi qərara qarşı çıxmasına təcüblənmirlər. Çünki bu ilk hal deyil. Əvvəllər mənfur qonşularımızın Azərbaycan musiqilərinə musiqi alətlərinə sahib çıxmaq cəhdləri olub. Amma onların bu iddialarının qarşısı həmişə alınıb. Musiqişünaslar deyirlər ki, Ermənilər kamançada ifa etməyi birgə yaşadığımız dövrlərdə azərbaycanlılardan öyrəniblər. Onlar muğamı bilmədiyi üçün Azərbaycanlı xanəndənin tarın ifasını kamançada təkrar edirdilər. Bununla da onlar bu bilikləri mənimsəyərək kamançanı özlərininki sayır, müxtəlif əsassız iddialar irəli sürürlər.

Kamança Azərbaycanln ən qədim musiqi alətlərindən biridir. "Kamança" adıyla bu alət Azərbaycanda, İranda, Qafqazda tanınır. Misirdə ona "kamanqa" deyilir, Orta Asiyada - qişek.  Əvvələr kamança  üç simdən ibarət idisə,19 –cu əsrdə  ona bir sim əlavə olunub. Bununla da Azərbaycan kamançası daha da müasirləşib muğam üçlüyünə yeni bir ahəng qatıb. Kamança ilə solo ifalar da çox məşhurdur dəfələrlə UNESCO-dakı konse

Azad azərbaycan.- 2017.- 8 dekabr.- S.5.