Elm və sənət
toplusu “Ozan”nın ilk buraxılışında…
Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan
“Ozan”
elm və sənət toplusunun birinci buraxılışı
işıq üzü görüb.
Bu ildən etibarən ildə bir dəfə buraxılması
nəzərdə tutulan və
redaksiya heyətində
ölkəmizin,
eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış
elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş
redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə
Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.
Aşıqlar Biliyindən AZƏRTAC-a bildirilib ki, topluda “Aşıq ədəbiyyatının milli və
tarixi
özəlliyi”,
“Bozoxu”
havasının tarixi morfologiyasına dair”,
“Aşıq bayatıları
milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin
çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə
və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı
aşıq Şenliyin həyatı
və sənəti”, “Ustad aşıq
– zəmanədən gileyli
şair”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və
zaman problemi” və
digər elmi məqalələr, habelə xəbər xronikaları
yer alıb.
Aşıq sənətinin elmi
tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq
ixtisasları üzrə
təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə
folklorumuz və adət-ənənələrimizlə, milli mənəvi dəyərlərimizl
Mahmud
Azad Azərbaycan.-
2017.- 8 dekabr.- S.7.