Musiqi məktəbində “Səslən
tarım” adlı tədbir keçirilib
Bakı şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin təşkilatçılığı
ilə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Səslən
tarım” adlı tədbir çərcivəsində
xalq artisti, professor, Dövlət mükafatı laureatı,
tarzən Ramiz Quliyevlə görüş
və ustad dərsi keçirilib.
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr
sektorunun müdiri Pərvin Muradzadə “İki sahil”ə bildirib ki, ilk
öncə ustad tarzən Ramiz Quliyev haqqında film nümayiş olunub.
G.Şaroyev adına 35 nömrəli
onbirillik musiqi məktəbinin musiqişünas-
müəllimi Həqiqət
Hüseynova açılış
nitqi ilə çıxış edərək
“Şöhrət” və
“Şərəf” ordenli
tarzən Ramiz Quliyevin həyat yolundan, onun musiqi dünyasından ətraflı danışıb.
Bildirib ki, Ramiz Quliyev
dünya şöhrətli
Maestro Niyazi, Səid Rüstəmov, Rauf Abdullayev, Ramiz Məlik-Aslanov, Fəxrəddin Kərimov,
Azad Əliyev, Teymur Göyçayev, Ağaverdi Paşayev, N.Nekrasov (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V.Haqnəzərov (Özbəkistan)
və digər dirijorların rəhbərlik
etdikləri orkestrlərin müşayiəti
ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini
məharətlə ifa
edib.Tədbirdə R.Quliyev
məktəbin şagirdləri
Tuncay Əliyev və Murad İbrahimli
ilə ustad dərsi aparıb. Dərs zamanı tarzən şagirdlərə
tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar haqqında, muğam ifaçılığı
və konsertmyetserlə
iş barəsində
ətraflı danışıb.
Məktəbin şagirdlərdən ibarət
konsert proqramı təqdim edilib.
Sonra Bəstəkarlar İttifaqının katibi,
əməkdar incəsənət
xadimi Sərdar Fərəcov, A.Zeynallı
adına Bakı Musiqi texnikumunun direktoru, əməkdar insəsənət xadimi, professor Nazim Kazımov, 15 nömrəli
musiqi məktəbinin
direktoru, əməkdar
müəllim Nadir Babayev və 11 nömrəli musiqi məktəbinin direktoru Rövşən Məmmədov
çıxış edərək
tanınmış tarzən
haqqında xoş xatirələrini bölüşüblər.
Ustad tarzən və
məktəbin direktoru,
əməkdar müəllim
Yusif Vəliyev Q.Qarayevin “Yeddi gözəl” baletindən
“Ayişə rəqsi”ni,
“İldırımlı yollarla”
baletindən “Ehtiraslı
rəqs”, F.Şubertin
“Serenada”, S.Fərəcovun
“Rondoletto”, V.Adıgözəlovun
“Qərənfil” və
S.Rüstəmovun “Suita”
əsərlərini
duet şəklində
məharətlə ifa
ediblər.
Sonda xalq
artisti, professor Ramiz Quliyev tədbirin
təşkilində əməyi
keçən hərkəsə
öz minnətdarlığını
bildiri
Azad azərbaycan.- 2017.- 9 dekabr.- S.7.