“Nizami Gəncəvi Azərbaycan
və dünya ədəbiyyatının dahisi
kimi”
AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunda“Nizami
Gəncəvi Azərbaycan
və dünya ədəbiyyatının dahisi
kimi” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə institutun direktoru,
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılıq irsindən,
qüdrətli söz
ustadının ölməz
əsərlərinin Şərq
və dünya ədəbiyyatındakı yeri
və mövqeyindənətraflı
bəhs edib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını
xatırladan alimbu sənədin yeni nəslin dünyagörüşünün
inkişaf etməsinə,
möhkəmlənməsinə, vətənpərvərlik ruhunda
yetişməsinə xidmət
etdiyini vurğulayıb.
Daha sonra institutun
Ədəbiyyatşünaslıq şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru,dosent
Ramiz Qasımovun “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması və aforizmlər”, filologiya üzrə fəlsəfə
doktoru Əli Həşimovun “Nizami Gəncəvinin “Hikmətlər
və nəsihətlər”
kitabında intibah humanizmi” mövzusunda məruzələri
dinlənilib. Məruzəçilər
Azərbaycan xalqının
dünya mədəni
irsinə bəxş etdiyi görkəmli şəxsiyyətlər sirasında
dahi Azərbaycan şairi Nizami Gəncəvinin müstəsna
yerindən bəhs ediblər. Qeyd olunub ki, Nizami
Gəncəvi məhz
özünü elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı
ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi bilik mənbələrindəndir.
Bu görkəmli sənətkarın
həyatı və yaradıcılığının mükəmməl şəkildə
öyrənilməsi ümummilli
lideri Heydər Əliyevin siyasi hakimiyyətinin ilk illərində təşəbbüsü
və cəsarəti ilə qəbul edilən “Azərbaycanın
böyük şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
irsinin öyrənilməsini,
nəşrini və təbliğinidaha da yaxşılaşdırmaq tədbirlərihaqqında”kı
qərarından sonra başlanılıb və
söz ustadının
yubileyləri davamlı
olaraq qeyd edilib, adı əbədiləşdirilib.
Diqqətə çatdırılıb ki,
N. Gəncəvinin zəngin əxlaqi-mənəvi
dəyərlər əxz
edən yaradıcılığının
xüsusi qiymət kəsb etməsindəndir
ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı
oxunması zəruri olan kitablar haqqındakı
sərəncamında xüsusi
yer tutur. Bildirilib ki, bu böyük
Azərbaycan mütəfəkkir
şairinin “Sirlər xəzinəsi” poeması və aforizmləri gənc nəsillər üçün əsl humanist dəyərlər,
vətənpərvərlik, əməksevərlik, xalqa
bağlılıq təlim
edən zəngin dərslik kitabıdır.
Azad azərbaycan.- 2017.- 9 dekabr.- S.5.