Azərbaycan mədəniyyəti Yaponiyada təbliğ olunur

 

Böyük, qədim tarixə zəngin mədəni irsə malik olan Azərbaycan öz mədəniyyəti, adət-ənənələri, qonaqpərvərliyi ilə həmişə dünya xalqlarının diqqət mərkəzində olub. Belə ki, türk xalqlarına yaxın olan yaponlar da indiyə qədər öz adət-ənənələrini əzəmətlə qoruyub saxlayıb mədəniyyətlərini (kimono, çay mərasimi, ikebana sair) dünya ölkələrinə tanıdıblar...

Dünya xalqlarının mədəniyyəti ilə maraqlanan yaponlar Azərbaycanın zəngin, əsrarəngiz mədəniyyəti, incəsənəti, klassik muğamı ilə daha çox maraqlanırlar.

"Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş Yaponiyanın mədəniyyət xadimləri ilk dəfə Azərbaycanda olmalarına baxmayaraq Bakının Qız qalasının, Şirvanşahlar sarayını Azərbaycanın bir çox tarixi abidələrini görüb, rayonlarını gəzərək Azərbaycanın mədəniyyəti, incəsənəti, adət-ənənələri, çay mərasimləri, yeməkləri haqqında bir çox məlumatlar əldə edərək yaddaqalan xatirələrlə öz ölkələrinə dönüblər. Lakin bu dönüş onların Azərbaycan mədəniyyətinə olan maraqlarını birə-beş artırıb onlar Yaponiyanın radio televiziyalarında, mətbuatında geniş, dəyərli, maraqlı çıxışlar ediblər. Azərbaycan mədəniyyətindən, onun görməli guşələrindən, qədim tarixindən, incəsənətindən, abidələrindən, qonaqpərvər insanlarından razılıqla söhbət açıblar.

Yaponları Azərbaycana dəvət etmək, ölkəmizi onlara göstərmək, tanıtmaq ən vacib amillərdən biridir. Məhz, "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi bu amili əsas tutaraq onun təşkilatçılıq fəaliyyəti nəticəsində 2008- ci ilin 21 mart tarixində Yaponiyada Kishie Kawata xanımın rəhbərliyi ilə iki ölkə xalqlarının dostluq rəmzi sayılan bahar təravəti ilə çiçəklənən sakura ağaclarının altında təmtəraqlı Azərbaycan çay mərasimi keçirilib. Azərbaycan milli geyimlərini geymək armudu stəkanda samovar çayı içmək yaponlar üçün maraqlı bir ölkənin, Odlar diyarı - Azərbaycanın mədəniyyəti ilə tanış olmaq demək idi.

21 mart - Novruz bayramı günü "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi həmçinin milli adət-ənənələrimizə uyğun olaraq bahar  ətrindən  dirçələn Azərbaycana gətirilmiş, yapon xalqının müqqədəs hesab etdiyi ağacları əkmək Azərbaycanda "Sakura-Yapon bağçası"nı    yaratmaq  kimi şərəfli bir işə nail  olub. Hal-hazırda iki ölkənin,   Azərbaycan-Yaponiya xalqlarının iqtisadi, mədəni əlaqələri arasında dostluq simvolu olan cavan sakura ağacları azərbaycanlılar, xüsusən təşkilatın üzvləri tərəfindən həvəslə, böyük ruh yüksəkliyi ilə böyüdülür.

İnanırıq ki, bu ağacları Azərbaycan-Yaponiya xalqları arasında qarşılıqlı münasibətlərin əlaqələrin inkişafında həlledici rol oynayacaq hər iki ölkəyə lazımi töhfələrini verəcəkdir.

"Sakura" Azyrbaycan-Yaponiya İctimai Birliyinin ən böyük arzusu Azyrbaycanda Sakura Festivalını (A zərbaycan-Yaponiya Dostluq Günləri) keçirməkdir.

           Ümid edirik ki, Mədəniyyət Turizm Nazirliyi, Yaponiyanın ölkəmizdəki səfırliyi, dövlətin digər qurumları beynəlxalq təşkilatlar   bu bayramın keçirilməsində təşkilatımıza dəstək olacaq. "Sakura" Azərbaycan-Yaponiya  İctimai Birliyi isə adıçəkilən qurumların köməkliyi ilə bu festivalın reallaşmasına nail olacaqdır.

         Biz qeyri-hökumət təşkilatı olaraq gələcəkdə arzularımızın gerçəkləşməsində təşkilatımıza kömək olacaq qurumlara qabaqcadan öz dərin təşəkkür minnətdarlığımızı bildiririk.

 

Təranə Hüseynova

Azad Azərbaycan.- 2008.- 20 aprel.- S. 7.