Nazirlik 130 əlili istirahətə göndərib

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincələcəklər.

Xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlilliyi olan insanlar maddi təminatlarının artırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasından reabilitasiya tədbirlərindən razılıqlarını ifadə ediblər.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi reabilitasiyası Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkilidir. Bununla  əlaqədar cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Ötən aydan etibarən artıq 510 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib. Onlardan 300 nəfərin Lənkəran, 160 nəfərin Xaçmaz, 50 nəfərin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.

 Qeyd edilən Proqramda əlilliyi olan şəxslərin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının mühafizəsi tibbi bərpası, bədən tərbiyəsinə, idmana cəlb edilmələri s. tədbirlər əksini tapır. Hazırda bu istiqamətlərdə müvafiq işlər aparılır. Həmçinin bu təbəqələrdən olan insanların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin sifarişləri əsasında layihələr icra olunur.

Hacı Tofiq

Azad Azərbaycan.- 2017.- 10 iyun.- S.4