Heydər
Əliyev Fondu uşaqların ən böyük himayədarına
çevrilib
Nəsimidə
xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli
istirahəti təşkil edilib
Yeniyetmələrin
asudə vaxtlarının, onların istirahətinin təşkili
hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində
saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan
olması üçün,
onların asudə vaxtlarının səmərəli təşkili,
istirahət müddətində bilik səviyyələrinin,
dünyagörüşünün artırılmasına
köməklik göstərilməsi üçün
keçirilən silsilə tədbirlər davam edir. Nəsimi rayon İcra Hakimiyyətindən
"Olaylar"a verilən məlumata görə, növbəti
tədbir sağlamlıq imkanları məhdud olan 11 və 268
saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər
üçün PİTA
Şaurmada əyləncəli
istirahət axşamı təşkil edilmişdir. Uşaqlar
burada maraqlı yemək və şirniyyata qonaq edilmiş, həmçinin hədiyyələr təqdim
edilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti
Başçısının birinci müavini Gülarə
Verdiyeva uşaqlarla söhbət
zamanı dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı
və istirahətləri istiqamətində görülən
işlərdən danışdı. Azərbaycanın Birinci
xanımı Mehriban xanım Əliyevanın gələcəyimiz
olan uşaqlara sağlamlığı və layiqli vətəndaş
olmaları üçün həyata keçirdiyi iri
miqyaslı layihələrdən danışıdı. Qeyd
edildi ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan
uşaqlarının ən böyük dostuna, ən
böyük himayədarına çevrilib. Fond xüsusi
qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə
saxlayır və bütün fəaliyyəti ilə hər
zaman Azərbaycanın xoşbəxt gələcəyinin
yanında olduğunu təsdiqləyir. Görüşdə
ulu Öndərin adını daşıyan Fondun vitse prezidenti
Leyla Əliyeva xüsusi
qayğıya ehtiyacı olan uşaqların hər zaman
yanında olduğu xüsusi vurğulandı. Daha sonra uşaqlar
bu istirahət məkanında yay mövsümünün
ovqatını duydular, müxtəlif mahnılar, rəqslər
ifa etdilər, məharətlərini göstərdilər.
Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı
olan uşaqların
yaddaşında xoş izlər buraxmış,
onların müəllim və
valideynlərinin çox böyük razılıqlarına
səbəb olmuş, valideynlər
uşaqlara göstərilən diqqət və
qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlığını
bildiriblər.
Hacı
Tofiq
Azad Azərbaycan.-
2017.- 28 iyul.- S.4.