Bakıda dahi rus şairi Puşkinin ildönümü qeyd edilib

 

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi SodrujestvoCəmiyyətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə gül dəstələri tər çiçəklər düzüldü.

 

Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, “SodrujestvoCəmiyyətinin, müxtəlif xalqların Bakıda fəaliyyət göstərən mədəni mərkəzlərinin, ali orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü iləSodrujestvoCəmiyyətinin sədri Tatyana Kərimova açdı, belə bir tədbirin keçirilməsinin Azərbaycan Rusiya xalqları arasında dostluq mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.

 

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, yazıçı Alina Talıbova başqaları ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdilər. Qeyd edildi ki, rus ədəbiyyatının formalaşması inkişafında misilsiz xidmətləri olan Puşkinin əsərləri təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları zəkası parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun başqaları tərəfindən tərcümə edilib. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

 

Tədbirdə Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksinin 160 nömrəli klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış ediblər. Ölməz şairin şeirlərinin Azərbaycan, rus, ingilis ispan dillərində səsləndiyi tədbirdə müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.