“Naxçıvan
dialekt və şivələrinin lüğəti”
6
İyun, 2017 20:44 xeber –
“Naxçıvan dialekt və şivələri”,
“Naxçıvan ağızlarının söz
varlığı”, “Azərbaycan dilinin Şahbuz şivələri”
və “Naxçıvan şivələrinin frazeologiyası”
kitabları çap olunub. AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsindən
“Report”a verilən məlumata görə, bu günlərdə isə regionun dialekt və şivələrini öyrənilməsi
istiqamətində aparılan
araşdırmaların və
dialektoloji ekspedisiyaların
nəticəsi olaraq daha bir kitabın
nəşri həyata
keçirilib. Belə ki,
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev və Dilçilik şöbəsinin
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Nuray Əliyevanın həmmüəllifi
olduğu “Naxçıvan
dialekt və şivələrinin lüğəti” kitabı işıq
üzü görüb.Prezidentin
9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəşr olunan kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində
işlədilən üç
mindən artıq dialekt sözlər toplanılıb, onların
mənası dəqiqləşib,
işlənmə məqamları
verilib. Nəşrdə toplanılan sözlər
dilimizin tarixini, xalqımızın keçmişini,
həyatını və
məişətini özündə
əks etdirir.Bundan əlavə kitabda bölgədə təsadüf
edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrdəki türk
dünyası dialekt və şivələrdəki eyni leksik
vahidlərlə struktur-semantik
cəhətdən müqayisə
olunur.
Azad Azərbaycan.- 2017.- 7 iyun.- S.5.