İlham Namiq
Kamal Musiqili Teatrda “3 gün sizinlə”
Azərbaycan Dövlət Musiqili
Teatrı növbəti
layihəyə start verib.
Teatrdan verilən
məlumata görə,
“3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış
simaları üç
gün ard-arda tamaşaçıların görüşünə
gələcəklər. Bu dəfə xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların
qarşısına çıxacaq.
O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli,
17 iyun saat 19.00-da
Ü. Hacıbəylinin “Ər
və arvad” komediyasında Mərcan bəy və R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən”
əsərində isə
Orxan obrazını canlandıracaq.Bu səhnə
əsərlərində onun
tərəf müqabilləri
xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev,
Almaz Ələsgərova,
Əkbər Əlizadə
və başqaları
olacaq. “3 gün
sizinlə” layihəsinin
növbəti iştirakçısı
isə tamaşaçıların
sevimlisi, əməkdar
artist Almaz Ələsgərova
olacaq.Azərbaycan Dövlət
Musiqili Teatrı hamını bu bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan
biletləri şəhərin
bütün teatr-konsert
kassalarından və
“ASAN Xidmət” mərkəzlərindən
əldə edə bilərlər.
Azad Azərbaycan.-
2017.- 10 iyun.- S.7.