Xaqaninin
həyatında müəyyən dövrü Şabranla
bağlıdır
Şabranda
Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans
keçirilib
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə Şabran rayon
İcra Hakimiyyəti Şabran şəhərində
böyük Azərbaycan şairi Əfzələddin Xaqani
Şirvaniyə həsr olunmuş elmi konfrans keçirib.
Əvvəlcə AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli, Şabran
rayon icra hakimiyyətinin başçısı
Novruz Novruzov, şair və yazıçılar, Ədəbiyyat
İnstitutunun əməkdaşları,
rayonun elmi ictimaiyyəti Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə
gül dəstələri
qoyublar.
Sonra konfrans iştirakçıları
Şabran şəhərində
aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılmış
qədim Şabran şəhərinin yerləşdiyi
əraziyə baxıblar.
Şabran arxeoloji ekspediyasının rəhbəri,
tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov aparılan qazıntıların
nəticələri barədə
məlumat verib. Bildirilib ki, davam edən
qazıntı işləri
zamanı daha dərin qatların mədəniyyət izləri
aşkara çıxarılır.
Bu isə Şabranın qədim şəhər mədəniyyətinə
malik olduğunu bir daha sübut
edir. AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli protoşəhərin aşkar
edilməsi və qədim yaşayış
məskəninin müfəssəl
panoram eskizinin hazırlanmasının zəruriliyini
bildirib, ekspedisiya rəhbərliyinə qazıntı
işlərinin miqyası
və zəruri detalları barədə tapşırıqlarını verib.
Qədim yaşayış
məskənində eyni
zamanda Xaqaninin Şabranda həbsdə olduğu zaman saxlanıldığı ehtimal
olunan zindanın qalıqlarına baxış
keçirilib. Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun elmi işçisi Elnarə Zeynalova Xaqaninin həbsxana həyatı ilə bağlı məlumatları iştirakçıların
diqqətinə çatdırıb,
institutun əməkdaşı
Pənah Hacıyev Xaqaninin “Həbsiyyə” şeirindən bir parçanı səsləndirib.
Şabran tarix
muzeyinə təşkil
edilmiş ekskursiya zamanı isə tədbir iştirakçıları
Şabranın tarixini
özündə əks
etdirən qiymətli arxeoloji materiallarla tanış olublar.
Daha sonra
“Xaqani poeziya evi”nə baxış keçirilib və Xaqaninin heykəli ziyarət olunub. Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun son illərdə nəşr etdiyi 100-dən artıq adda kitabı poeziya evinə bağışlayıb. İnstitutun
elmi nəşri olan “Ədəbiyyat məcmuəsi”nin Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışı və
institut elmi şurasının qərarı
ilə çap olunmuş “Xaqani Şirvani. Ərəbcə şeirləri.
Filoloji tərcümə”
kitabı rayon kitabxanasına və muzeylərə hədiyyə
edilib.
Böyük Azərbaycan şairi
Xaqani Şirvaniyə həsr edilmiş, Şabran rayon İcra Hakimiyyətinin akt zalında keçirilən elmi konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin
başçısı Novruz
Novruzov açıb. Ümummilli lider Heydər Əliyevin vaxtilə Şabrana göstərdiyi diqqət və qayğıdan danışan Novruz Novruzov bu gün
ölkə Prezidenti İlham Əliyev tərəfindən bütün
sahələrdə olduğu
kimi elmə, incəsənətə, ədəbiyyata
da yüksək qayğı göstərildiyini
diqqətə çatdırıb.
Bildirilib ki, Xaqanin həyatının müəyyən bir çətin dövrü
Şabranla bağlıdır
və şairin xatirəsi şabranlılar
üçün də
əzizdir. Tədbirin
əhəmiyyətindən danışan rayon icra hakimiyyətinin başçısı Novruz
Novruzov konfransın təşkilinə göstərdiyi
diqqət və qayğıya görə
AMEA rəhbərliyinə, akademik
İsa Həbibbəyliyə
minnətdarlığını bildirib.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli ölkə
rəhbərliyi tərəfindən
regionların inkişafına
göstərilən daimi
diqqət və qayğını xüsusi
vurğulayaraq Şabran
rayonunda da aparılan geniş quruculuq işlərindən
danışıb. Akademik İsa
Həbibbəyli Şabranda
aparılan arxeoloji qazıntıların əhəmiyyətindən
danışaraq qeyd edib ki, tapılan
maddi mədəniyyət
nümunələri, əldə
olunan nəticələr
Şabranın qədim
şəhər mədəniyyətinə
malik olduğunu göstərir. Akademiya əməkdaşları
ilə bölgə ziyalılarının, ədəbiyyat
adamlarının görüşünün
əhəmiyyətli hadisə
olduğunu nəzərə
çarpdıran akademik
İsa Həbibbəyli
səfər məqsədlərindən
birinin də Ədəbiyyat İnstitutunun
bölgələrdə ədəbiyyatın
təbliği
layihəsini davam etdirmək olduğunu bildirib. Xaqani yaradıcılığından geniş bəhs edən akademik İsa Həbibbəyli böyük söz ustadının yaradıcılığının
öyrənilməsi və
təbliğinin Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
əsas istiqamətlərindən
biri olduğunu diqqətə çatdırıb.
Şabran rayonunda vaxtaşırı təşkil
edilən müxtəlif
mövzulu tədbirlərin
azərbaycançılıq işi, dövlətçiliyin
güclənməsi yolunda
uğurlu addımlar olduğunu vurğulayan akademik İsa Həbibbəyli çıxışının
sonunda elmi konfransın təşkilinə
görə rayon rəhbərliyinə təşəkkürünü bildirib.
Konfransda Xaqani
Şirvaniyə həsr
edilmiş kitabların
təqdimatı keçirilib.
Azərbaycan Yazıçılar
Birliyinin Ədəbi əlaqələr və bədii tərcümə
mərkəzinin rəhbəri
Səlim Babullaoğlu
“Xaqani Şirvani. Ərəbcə şeirləri.
Filoloji tərcümə”
kitabının ərsəyə
gəlməsindən danışıb.
Qeyd edilib ki, Xaqani
Şirvaninin ərəbcə
yazdığı şeirlərin
filoloji tərcümədə
oxuculara təqdim edilən kitabın elmi məsləhətçisi
akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Vasim Məmmədəliyevdir.
Şeirlərin tərcüməçisi,
ön söz və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur.
Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli
Ədəbiyyat İnstitutunun
nəşri olan “Ədəbiyyat məcmuəsi”nin
Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışı
haqqında geniş məruzə edib. Bildirilib ki, elmi nəşrdə Xaqani Şirvaninin həyatı və yaradıcılığı müxtəlif
aspektlərdə elmi tədqiqata cəlb edilib.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovun “Xaqaninin ərəbcə şeirləri”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Xaqaninin əsərlərinin AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları”, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Xaqani yurdunda ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru Lalə Əlizadənin “Xaqani lirikasının bədii xüsusiyyətləri” və elmi işçi Elnarə Zeynalovanın “Xaqani Şirvaninin həbsxana həyatı və “Həbsiyyə” şeirləri” adlı məruzələləri dinlənilib.
Elmi
konfransda Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun dəvəti ilə Çindən gəlmiş
Çin Sosial Elmlər Akademiyasının Etnik Ədəbiyyat
İnstitutunun professoru Huanq Zhongxianq çıxış edib.
Türkoloq professor
Huanq Zhongxianq
Ədəbiyyat İnstitutu ilə əlaqələrindən danışaraq
Xaqani yaradıcılığının
onun diqqətini cəlb etdiyini və şairin yaradıcılığı ilə
bağlı tədqiqat
aparmaq niyyətində
olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyinin
Şabran bölməsinin
rəhbəri Aydın
Tağıyev çıxış
edərək konfransın
əhəmiyyətindən və bu kimi
tədbirlərin bölgələrdə
ədəbiyyatın təbliğində
oynadığı mühüm
roldan danışıb.
Elmi konfransın
sonunda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölgələrdə ədəbiyyatın
inkişafının vacibliyini
bir daha vurğulayıb.
Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları,
AYB-nin üzvləri, şair və yazıçılar, rayon
ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Hacı
Tpfiq
Azad Azərbaycan.-
2017.- 21 iyun.- S.5.