Ömrünü Cavidşünaslığa həsr etmiş alim

 

Bu günlərdə filologiya elmləri doktoru, professor Cavidşünas, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) “Elm təhsilnəşriyyatındaDünya romantizm ənənələri Hüseyn Cavidadlı kitabı yenicə işıq üzü görmüşdür.

Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü ildə kiril qrafikalı nəşri, oxucuların tələbi nəzərə alınmaqla latın qrafikasında Cavid İsmayılovun redaktorluğu ideya müəllifliyi ilə yenidən çap olunmuşdur.

Üç fəsildən ibarət olan kitabın I fəslində Cavid romantizminin ilkin tarixi, II fəsildəÖzünü anlayan insanın faciəsi”, III fəsildə iblisə çevrilən insanlar adlanır.

Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətdən xas olmuşdur. Cavid şeiriyyətində zərdüştilik sisteminin əks-sədası qabarıq şəkildə göstərilir.

Hüseyn Cavidİblisfaciəsində zürdüştiliyi öz dövrünün həyat fövqünə ucaltmış, ilahiləşdirimiş bir fikir duyumu, mnəvi saflıq rəmzi kimi tarixə uyğun təqdim edir.

Mənalı ömrünü Cavidşünaslığa həsr etmiş Əjdər Tağıoğlu 1974-cü ildə Cavidşünaslığa aid akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi iləHüseyn Cavidin tarixi dramları (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”) mövzusunda namizədlik, 1989-cu ildə Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsimövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Cavidşünaslıqla bağlı elmi monoqrafiyaları: “Dünya romantizm ənənəsi Hüseyn Cavid”. Bakı, Yazıçı (1983); “Azərbaycan sovet ədəbiyyatında Hüseyn Cavid ənənələri (Cəfər Cabbarlı, Səməd Vurğun)” – Bakı (1980); Hüseyn Cavid yaradıcılığı dünya ədəbiyyatında demonizm ənənəsi” – Bakı, Elm (1991) Elm təhsil”, 2015 təkrar nəşr Hüseyn Cavidlə dünya ədəbiyyatının bəzi korifeyləri arasında aparılan tipoloji araşdırmalara aid silsilə məqalələrHüseyn Cavidin tarixi dramlarının bəzi xüsusiyyətləri (1973), Xalq qəhrəman problemi (1973), Hüseyn Cavid yaradıcılığında azad qadın problemi (1973), Hüseyn Cavid Şekspir (İblisOtello) (1976), Səməd Vurğun dramaturgiyasında Hüseyn Cavid ənənəsi (1976), Hüseyn Cavid Bayram (1977), Hüseyn Cavid Gete (1980), Hüseyn Cavid Şekspir (Səyavuş Hamlet) (1981), “Peyğəmbərdramına ötəri bir nəzər (1983), Cavid, Cabbarlı Azərbaycan sovet teatrı (1979) s. kitabların müəllifidir.

Cavidin şərə qarşı xeyiri, iblisə qarşı insanlığı zorakılığa qarşı haqqı, azadlığı təsdiqləyən poeziyası bəşəri mahiyyətli problemlərin həllinə yönəldiyi üçün həmişə aktualdır, hər yeni nəsil bu poeziyada öz dövrünü narahat edən mənəvi-əxlaqi məsələləri anlamaq baxımından gərəkli fikirlər kəşf edirCavid sənətinin əzəmətinə, ölməzliyinə inam bəsləyir.

Tanınmış türkoloq, Cavidşünas alim Əjdər Tağıoğlu yorulmadan yazıb yaradan məhsuldar qələm sahibidir.

 

Əjdər müəllimə yeni-yeni ğurlar cansağlığı arzulayırıq.

 

 İlyasoğlu Rauf.

Azad Azərbaycan.- 2017.- 17 iyun.- S.7