Slavyan Universitetində rus
dili ilə bağlı kitabların təqdimatı olub.
Bu gün
Bakı Slavyan Universitetində “Â ñòðàíå ðóññêîãî ÿçûêà”, təlim rus dilində aparılan Azərbaycan məktəblərinin
V sinifləri üçün
“Literatura” dərsliyinin və “Müəllimlər üçün
vəsait” kitablarının
təqdimatı olub.
Yenixeber.org:
“Literatura” dərsliyi
və “Müəllimlər
üçün vəsait”
lə bağlı
BSU-nun prorektoru, professor Telman
Cəfərli çıxış
edərək kitab üzərində iş prosesi, kitabın məziyyətləri
barədə məlumat
verib. O, dərslik və metodik vəsait hazırlanərkən
yeni tələblərin
nəzərə alındığını
da diqqətə çatdırıb.
Daha sonra kitabın müəlliflərindən
olan B.Bağırlı,
BSU-nun əməkdaşları İ.Carçıyeva, M.Nadirli,
N.Kərimli, Gürcüstandan
gəlmiş professor D.Z.Qosiridze
çıxış edərək
dərsliyin və metodik vəsaitin təkcə tələbələr
üçün deyil,
bütün rus dilini öyrənənlər
üçün maraqlı
olacağını bildiriblər.
“Â ñòðàíå ðóññêîãî ÿçûêà” kitabı ilə
bağlı BSU-nun rektoru,
professor N.Əliyeva, Beynəlxalq
Rus Dili və Ədəbiyyatı
Müəllimləri Assosiasiyasının
Prezidenti, akademik L.A.Verbiskaya (Rusiya), “Rus dili xaricdə” jurnalının baş redaktoru, professor İ.A. Orexova
(Rusiya) çıxış
ediblər. Onlar adıçəkilən kitabın rus dilində baş verən dəyişiklikləri,
elmi-texniki inkişafla
bağlı dildə baş verən prosesləri nəzərə
aldığını qeyd
ediblər. Akademik L.A.Verbiskaya
çıxışı zamanı
rus televiziyalarında və radiolarında dil normaları ilə baş verən dəyişiklər
üzərində xüsusi
dayanıb.
Tofiq Hacı
Azad Azərbaycan.- 2017.- 23 may.-
S.7.