Azərbaycanlı alimlər
Ərzincan elmi simpoziumunda .
Türk
xalqlarının folklorşunasları son illırin təqdimatlarına
yekun vurur
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor
İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru,
xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə ardıcıl olaraq məşğul olur. Bu baxımdan Folklor İnstitutunda ardıcıl düzənlənən
uluslararası folklor simpoziumları, konfranslar və başqa elmi tədbirlər mühüm əhəmiyyət
daşıyır. İnstitut
alimlərinin Türkiyə,
Rusiya, Qazaxıstan, Gür¬cüstan, Tatarıstan,
Türkmənistan, Şimali
Kipr Türk Respublikası, Rusiya Federasiyası və b. ölkələrdə keçirilən
elmi tədbirlərdə
iştirakını da bu
sırada xüsusi olaraq qeyd etmək
lazımdır. Bu tədbirlərdə Folklor
İnstitutunun alimləri
fəal iştirak edir, çap edilən konfrans və simpozium materiallarında onların
məqalə və tezisləri yer alır. Belə elmi tədbirlərdə
türk xalqlarının
folklorşünasları son illərin tədqiqatlarına
yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk
kontekstində ümumi¬ləş¬dirirlər.
Belə
tədbirlərdən biri
də 2017-ci il may ayının 11-13-də Türkiyənin
Ərzincan şəhərində
Ərzincan Universitetinin,
Dünya Ahıska Türkləri Birliyinin
(DATÜP), işbirliyi, Ərzincan
Bələdiyyəsinin və
TİKA-nın dəstəyi
ilə Ərzincan Universitetində düzənlənən
“Uluslararası Axıska
Türkləri Simpoziumu”
oldu. Simpozium Türkiyənin elmi-ədəbi,
eləcə də mədəni-siyasi həyatında
mühüm rol oynadı. 11-12-13 may tarixlərində
Ərzincan Universitetinin
iclas salonlarında baş tutdu.
Simpozium ilk növbədə, öz beynəlxalq əzəməti
baxımından fərqlənirdi. Belə
ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox
alim və tədqiqatçının tezis
və məruzələri
Simpoziumun təşkilat
komitəsinə daxil olmuş, dəyərləndirmə
zamanı onlardan
135-nin 9 başlıq altında
proqrama salınması
məqsədəuyğun hesab
edilmişdi. Simpoziumun proqramında türkiyəli
alimlərlə yanaşı,
doqquz xarici ölkədən olan tədqiqatçı alimlərin
məruzələri yer
almışdı. Azərbaycandan gələn nümayəndə
heyəti 10 nəfərdən
ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutunun alim və tədqiqatçıları:
“Müasir folklor” şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov,
“Mərasim folkloru” şöbəsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli,
“Dədə Qorqud” şöbəsinin böyük
elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı,
Ərzincan Simpoziumunda
Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova,
AMEA Ədəbiyyat İnstitutunun
Gənc Alimlər Şurasınım sədri,
filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, AMEA Naxşıvan bölməsinin
əməkdaşları Elxan
Yurdoğlu (Məmmədov),
Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında
idilər.
Simpozium öz işinə mayın 11-də Ərzincan
Universitetinin Böyük
ic¬las salonunda açılış (plenar)
iclası ilə başladı. Sayğı duruşunda İstiqlal
Marşının sədalarından
sonra simpoziumu giriş sözü ilə Ərzincan Bələdiyyəsinin məsul
işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını
təbrik etdi və uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslantaş, Çorum millət vəkili ve TBMM İdarə rəisi Salim Uslu, Ərzincan
Üniveristetinin rektoru
Prof. Dr. İlyas Çapoğlu,
Üzümlü İlçesi
Kaymakamı Fatih Acar, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı
Ziyatdin Kassanov və başqaları çıxış edərək
simpoziuma dəvət olunmuş alimləri və tədqiqatçıları
salamladılar. Çıxış edənlər simpoziumun bu cür geniş
tərkiblə keçirilməsinin
mühüm elmi-sosial
əhəmiyyət daşıdığını
xüsusi olaraq vurğuladılar.
Açılış iclasından sonra Simpozium iştirakçıları
dörd salonda öz işlərini davam etdirdilər. Bu iclaslarda adı keçən ölkələrin
tanınmış elm adamları
ilə yanaşı,
AMEA Folklor İnstitutunun
alim və tədqiqatçıları da maraqlı
məruzələrlə çıxış
etdilər. Həmin
gün filologiya üzrə fəlsəfə
doktoru, dosent Tahir Orucov “Axıska
Türk Fıkralarının
Başlıca Özellikleri”,
filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli
“Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler-Bayatılar
Esasında)” böyük
elmi işçi Qumru Şəhriyar “Àhıskàlı Âşık
Sefi: Hayatı ve Sanatı” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirakçılar - Bakı
Dövlət Universitetinin
professoru Yeganə İsmayılova “Ahıska
Türklərində “Koroğlu”
Dastanı”, AMEA Ədəbiyyat
İnstitutunun Gənc
Alimlər Şurasınım
sədri, filologiya üzrə fəlsəfə
doktoru Eşqanə Babayeva “Salkım Söğütlerin Gölgesinde”
romanı’nda çatışma”,
Naxçıvan Elmlər
Akademiyasının əməkdaşları
olan Elxan Yurdoğlu “Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri”, Asəf Orucov “Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanclar”, Bağır Babayev “Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne
Kadarki Coğrafyada Yaşamış Ahıska
Türklerinin Tarihi Kaderi ve Orada
Azerbaycanın Yeri Hakkında” adlı məruzələrlə simpoziumda
çıxış etdilər.
Mayın
12-də günün sonunda
Erzincan Üniveristetinin
rektoru Prof. Dr. İlyas
Çapoğlu, Erzincan
Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin
(DATÜB) başqanı Ziyatdin
Kassanov, DATÜB-ün
baş katibi Fuat Uçar, Üzümlü İlçesi
Kaymakamı Fatih Acar və başqalarının
iştirakı ilə
“Uluslararası Axıska
Türkləri Simpoziumunun”
bağlanış iclası
keçirildi. Bağlanış iclasında beynəlxalq tədbirin işi dəyərləndirildi və
simpozium iştirakçılarına
iştirakçı bəlgələri
və hədiyyələr
təqdim edildi.
Yüksək səviyyədə qarşılanaraq
Şanlı Urfa şəhərinin
“Böyük Erzincan oteli” və “Sinay otel” meh¬manxanalarında
yerləşdirilmiş qonaqlar
may ayının 13-də Ərzincan
şəhərinin bir
sıra görməli
yerlərini, eləcə
də Erğan dağını, Girevli Şəlaləsini gəzdilər.
Elə həmin gün Simpozyum iştirakçıları Ərzincanın
Üzümlü ilçəsində
yerləşdirilən Axıska
türklərini ziyarət
etdilər, oların həyat və məişəti ilə yaxından tanış
oldular.
Tahir Orucov Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azad Azərbaycan.- 2017.- 27 may.-
S.6