“Kərbəla Yanğısğ”
Naxçıvan Bölməsinin
Əlyazmalar Fondunun balansına yeni kitablar daxil edilib
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən AMEA-nın
Naxçıvan Bölməsinin
Əlyazmalar Fonduna üç yeni kitab - 1907-ci ildə Azərbaycan dilində ərəb əlifbası
ilə çap olunan “Kərbəla yanğısı” əsəri,
1922-ci ildə Camo Cəbrayılbəylinin yazdığı
“Elmi heyvanat” dərsliyi və 1908-ci ildə Məhəmmədhəsən
Movlazadə Şəkəvinin
Tiflisdə nəşr
olunan “Qurani təfsir” kitabının
2-ci cildi verilib.
Bu münasibətlə təşkil
olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli
Sərəncamı ilə
yaradılan AMEA-nın
Naxçıvan Bölməsi
və onun tərkib hissəsi olan Əlyazmalar Fondu barədə məlumat verib. Bildirib ki, 2005-ci ildən
fəaliyyət göstərən
Əlyazmalar Fondu xalqımızın tarixi keçmişini, mədəni
həyatını, mənəviyyatını
özündə əks
etdirən əlyazmaların
toplanılması, sistemləşdirilməsi,
kataloqlaşdırılması, qorunması, tədqiqi və nəşrini həyata keçirir.
Naxçıvanda əlyazmaların tədqiqi
istiqamətində görülən
işlərdən danışan
alim qeyd edib ki, fondda
mühafizə olunan əlyazmaların bir qismi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən hədiyyə
edilib. İ.Hacıyev Naxçıvan Muxtar Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
də son illərdə
fonda 20-ə yaxın kitabın hədiyyə edildiyini diqqətə çatdırıb.
Sonra Naxçıvan
Muxtar Respublikasının
Mədəniyyət və
Turizm naziri Natəvan Qədimova çıxış edərək
tariximizin öyrənilməsi
və təbliğinin
önəmindən, bu
sahədə muzeylərin
rolundan bəhs edib. Maddi-mədəniyyət nümunələrinin tədqiqinə
dövlətimiz tərəfindən
daim böyük diqqət göstərildiyini
vurğulayan N.Qədimova
muzey fondlarının
son illərdə xeyli
zənginləşdirildiyini, vətəndaşlar tərəfindən
mədəniyyət ocaqlarına
hədiyyə olunan eksponatların böyük
tarixi əhəmiyyət
daşıdığını vurğulayıb: “Xalqın
milli-mənəvi sərvəti
kimi tarixin həqiqi yaddaş reallığını özündə
əks etdirən əlyazmaların qorunub saxlanılması, tədqiqi
və gələcək
nəsillərə ötürülməsi
hər birimizin vətəndaşlıq borcudur”.
Tədbirdə bölmənin Əlyazmalar
Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəbərlik etiyi müəssisədə qədim
kitabların və əlyazmaların öyrənilməsi
istiqamətində mühüm
işlərin görüldüyünü
diqqətə çatdırıb. Bildirib ki,
fondda nadir sənət
nümunələrinin kataloqlaşdırılması
həyata keçirilir,
o cümlədən əlyazmaların
ilkin tədqiqi aparılır. Buradakı
nəşrlər arasında
Azərbaycan, türk,
rus, fars
və ərəb dillərində ədəbiyyat,
tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb sahələrinə aid kitab
və əlyazmalar vardır.
Naxçıvan tarixi və mədəniyyəti ilə
bağlı bir sıra nadir sənət nümunələri, qədim
kitab və məktubların olduğunu
söyləyən fondun
direktoru bu nümunələrin sistemli
tədqiqata cəlb edib.