BSU-da “Elm və din”
kitabının təqdimatı
olub
Bakı Slavyan Universitetinin
(BSU) prorektoru, professor,
Pedoqoji və Sosial Elmlər Akademiyasının həqiqi
üzvü, görkəmli
alim Rafiq Novruzovun Maksim Tank adına
Belorus Dövlət Universitetinin professoru Anatoli Girutski ilə birgə yazdığı və Moskvanın məşhur “Flinta” nəşriyyatı
tərəfindən nəşr
edilmiş “Elm və din” adlı
dərs vəsaitinin təqdimatı
olub. Kitab humanitar ixtisaslar üzrə təhsil alan tələbələr,
o cümlədən digər
elm sahələrində-fizika,
riyaziyyat, biologiya, teologiya və s. çalışan mütəxəssislər
üçün nəzərdə
tutulub.
Təqdimatı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq kitabda dinlərin tarixindən, fəlsəfi
əsaslarından, sonuncu
din olan İslamın Allah tərəfindən bəşəriyyətə
bir töhfə olaraq göndərilməsindən
danışıb. O, bir
çox Qərb ölkələrində yayılmış
islamofobiyanın əslində
heç bir əsasının olmadığını,
İslamın dünyanın
ən tolerant dinlərindən biri olduğunu diqqətə çatdırıb. O, R.Novruzovun
kitabında Allah sevgisinin insanları düz yola çəkməsinin,
İslamın sülh
və barış dini olmasının real həyati faktlar və nümunələrlə izah
edildiyini qeyd edib. N.Əliyeva sovet dönəmində, totalitar rejimin hər şeyi nəzarətdə saxladığı
zamanda belə Azərbaycan xalqının
öz dini inancından, əqidəsindən
dönmədiyini vurğulayıb.
O, bu inamın
və əqidənin bütün zamanlarda azərbaycanlıların əxlaq
və davranışını
müəyyən etdiyini
deyib.BSU-nun rektoru professor Rafiq Novruzovun “Elm və din” kitabının
Azərbaycan xalqının
dini təsəvvürlərinin
bütün tarixi mərhələlərinə işıq
saldığını, dinin
fəlsəfi mahiyyətini
ciddi elmi əsaslarla şərh etdiyini bildirib. N.Əliyeva Rafiq Novruzovun dilçi, ədəbiyyatçı olmaqla
bərabər, həm
də görkəmli bir filosof olduğunu,
bu əsərdə mütləq həqiqət,
dünya, yaradılış
barədə yeni yanaşma ortaya qoyduğunu vurğulayıb.
O, R.Novruzovun bütün
dinlərin vahid kökə malik olması barədə fikirlərinin Quran həqiqəti ilə üst-üstə düşdüyünü
bir daha qeyd edib.Filologiya elmləri doktoru, professor Rüstəm Kamal “Elm və
din” kitabının son dərəcə aktual bir mövzuya-dinin
insan həyatındakı
yerinə, cism və ruh
məsələsinin fəlsəfi
əsaslar üzərində
şərhinə həsr
olunduğunu vurğulayıb.
O, kitabdan gətirdiyi tezislər əsasında insan “Mən”inin birbaşa mənəviyyat
və mütləq həqiqətə bağlı
olması barədə
qənaətlərini auditoriya
ilə bölüşüb.
O deyib: “Dörd yüz on altı
səhifədən ibarət
olan kitabda dini və elmi
həqiqətlər barədə fundmental təsəvvürlər
bir ümumi modeldə birləşdirilib.
Kitabda eyni zamanda teologiyada
və elmdə ikili həqiqətlər nəzəriyyəsi nəzərdən
keçirilib,
humanitar və təbii biliklər əsasında mütləq
həqiqət rasional şəkildə əsaslandırılıb.R.Kamal
çıxışının davamında bütün dinlərin birinci məqsədinin insanın
kamilliyə gedən yolunu işıqlandırılmaq olduğunu
deyib. Müəllifin qarşısına son dərəcə mürəkkəb vəzifə
qoyduğunu bildirən professor R.Kamal kitabdakı fikirlərin həm filosoflar, həm də ilahiyyatçı alimlər üçün
maraqlı olacağını
bildirib.Tarix üzrə
fəlsəfə doktoru,
dosent Əsgər Əhməd kitabın dərslik olmaqdan daha çox, bir tədqiqat əsəri olmasını
vurğulayıb. O, kitabda sakral mətnlərin kulturoloji aspekti barədə müəllifin tanınmış
alimlərlə polemikaya
girməsini və mövcud nəzəriyyələrə
münasibətdə yeni
mövqe sərgiləməsini
əsərin ən uğurlu cəhətlərindən
biri kimi dəyərləndirib. O, sakral
mətnlərin interpretasiyasında
əsas məqamın
məhz ilahi ruhun qorunması olduğunu bildirib. Əsərin ən böyük əhəmiyyəti Allahın
dərkində yeni biliklərdən istifadə
perspektivlərinin nəzərə
alınmasıdır.
BSU-nun prorektoru,
filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova çıxışında əsərin
linqivistik xüsusiyyətlərindən,
multikultural dəyərləri
əsaslandıran ideya-məzmun
keyfiyyətindən danışıb.
O, kitabda şərh olunan dünya ruhu barədə nəzəriyyənin insanları
ayırmadığını, əksinə onları bir –birinə daha da yaxınlaşdırdığını
qeyd edib.
Sonda əsərin
müəllifi, professor
Rafiq Novruzov çıxış edərək
kitabın ərsəyə
gəlməsi və nəşri barədə ətraflı məlumat verib.
Təfiq
Hacı
Azad Azərbaycan.- 2017.- 1 noyabr.- S.5.