Musiqili Teatrının Əməkdar artistının Boris Qrafkinin 80 illik yubileyi qeyd olunub

   

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Boris Qrafkinin 80 yaşı tamam olub. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu SİA-ya bildirib ki, təqribən 60 ildir ki, Musiqili Teatrın rus bölməsində aktyor rejissor kimi fəaliyyət göstərən B. Qrafkinin 80 illik yubileyi qeyd olunub. Tədbiri açıq elan edən yubliyarın həmkarı, bir çox tamaşalarda tərəf-müqabili olan Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulax B. Qrafkinin həyat yaradıcılığı haqqında çıxış edib. S. Bulax aktyorun ifa etdiyi rolların həmişə tamaşaçılar tərəfindən böyük maraq sevgi ilə qarşılandığını xüsusi vurğulayıb. Artıq 58-ci mövsümdür ki, Boris Fyodoroviç əziz Musiqili Teatrımızın səhnəsinə çıxır. Nəzərə alsaq ki, həm onun hazırda 80 yaşı var, bu, hər aktyora nəsib olan hal deyil. Mən bütün kollektivimiz adından cənab Qrafkini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, bundan sonra da daha da gümrah olmağı arzulayıram” - deyə, Əməkdar artist Svetlana Bulax bildirib.

 

Daha sonra Boris Qrafkinin iştirakı ilə ünlü macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası tamaşaçılara təqdim olunub. Yubiliyar tamaşada əsas rollardan birini - Knyaz Volyapuk obrazını canlandırıb. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinskidir.

 

Qrafkin Boris Fyodoroviç 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə A. Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbini bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunub. Ömrünün 60 ilə yaxın dövrünü teatra həsr edən B. Qrafkin tamaşaya qoyulan bütün klassik operettaların, müasir əsərlərin əsas ifaçılarından olub. O, həmçinin rejissor kimi bir sıra tamaşalara quruluş verib. Boris Qrafkin 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2013-cü ildəTərəqqi medalı”, 2017-ci ildə Mədəniyyət Turizm NazirliyininFəxri mədəniyyət işçisi Azərbaycan Teatr Xadimləri ittifaqınınSənətkarmedalı ilə təltif olunub.

Azad Azərbaycan .- 2017.-6 oktyabr.- S.7.