Görkəmli sənətkarın xatirəsi yad edilib

Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan mədəniyyət sarayında Xalq Artisti, aktyor Eldəniz Zeynalovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə iştirakçılar sarayın foyesində Eldəniz Zeynalovun həyat yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar sənətkara həsr edilmiş filmə baxıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova başqaları görkəmli sənətkarın həyat yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar.

Aktyorun oğlu Elbrus Zeynalov atası ilə bağlı xatirələrini bölüşüb tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Azad  Azərbaycan.- 2017.- 31 oktyabr.- S.7.