Beynəlxalq uşaq kitabı
günü keçirilib
2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü F.Köçərli
adına Respublika Uşaq Kitabxanasında da qeyd olunub.
Kitabxanada beynəlxalq
uşaq kitabı gününə həsr olunmuş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın
direktoru, Əməkdar
Mədəniyyət İşçisi
Şəhla Qəmbərova
bu günün əhəmiyyətindən danışıb.
Bildirib ki, 1805-ci il
aprelin 2-də uşaq
ədəbiyyatının inkişafında
əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum
günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın
təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa
başlayıb. Məqsəd
isə uşaqların
intellektual inkişafında
kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Bununla yanaşı, oxucuların
informasiya tələbatının
ödənilməsi üçün
onları son nəşrlərlə tanış
etmək və məlumatlandırmaqdır.Beynəlxalq Uşaq Kitabı Gününün ölkəmizdə
də özünəməxsus
şəkildə qeyd
olunduğunu söyləyən
natiq deyib ki, hər il
bununla bağlı müxtəlif rəsm və kitab sərgiləri keçirilir.
Tədbirdə Misir Ərəb
Respublikasının ölkəmizdəki
səfirliyinin Mədəniyyət
və Təhsil Əlaqələri Mərkəzinin
müdiri, mədəniyyət
attaşesi Əhməd
Sami Elaydinin “Misir və Azərbaycan
mədəni əlaqələri”
mövzusunda məruzəsi
dinlənilib.Son illər
Azərbaycan və
dünya uşaq ədəbiyyatının təbliği
istiqamətində çap
olunan kitablardan söz açan məruzəçi deyib ki, bu sərgidə
misir mədəniyyətinə,
folkloruna həsr edilən kitablar da sərgilənir.
Sərgi zamanı
məktəblilərin təqdimatında
nağıl qəhrəmanlarının
obrazlarından ibarət
kompozisiya təqdim olunub.
Azad Azərbaycan.-
2018.- 3 aprel.- S.7.