Gəncədə Mir Cəlal Paşayevin ildönümü qeyd
edilib
olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə böyük pedaqoq, alim, istedadlı yazıçı
Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü
münasibətilə görkəmli
elm xadiminin Gəncədəki ev-muzeyində
tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin başçısı
Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının
Hüquq kafedrasının
müdiri, professor İbrahim Quliyev və şəhər ziyalıları iştirak
ediblər.
Elmar Vəliyev görkəmli
elm xadimi, professor Mir Cəlal
Paşayevin həyat və yaradıcılığına
nəzər salaraq bildirib ki, bu
böyük ədibin
bədii və elmi irsinin, zəngin
yaradıcılığının Azərbaycan ədəbiyyatında
xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat
xəzinəsini öz
nəsr əsərləri
ilə daha da zənginləşdirib.
Onun ədəbiyyat nəzəriyyəsinə
dair araşdırmaları,
xüsusilə məşhur
“Ədəbiyyatşünaslığın
əsasları” dərsliyi
Azərbaycan filoloji mühitində diqqətəlayiq
yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə
dair məqalələri,
monoqrafik tədqiqatları,
"Azərbaycanda ədəbi
məktəblər" mövzusunda
yazdığı doktorluq
dissertasiyası, “Füzuli
sənətkarlığı”, “Cəlil Məmmədquluzadə
realizmi haqqında” və sair əsərləri
onun ədəbi-nəzəri
düşüncə ilə
ardıcıl və sistemli şəkildə məşğul olduğunu
təsdiqləyən nümunələrdir.
Sonra professor
İbrahim Quliyev Mir Cəlal Paşayevin həyat yolu barədə məlumat verib.
Sonda Fikrət
Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera
Orkestri və solistləri musiqi proqramı ilə çıxış edib.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında
“Mir Cəlal” ədəbi–bədii kompozisiyası nümayiş
olunub.
Azad Azərbaycan.-
2018.- 27 aprel.- S.4.