“Azərbaycan dünyada
tolerantlığın məkanıdır”
Fonddan Trend-ə verilən məlumata
görə, qurumun "İl boyu bilik" proqramı şərçivəsində
tədbir Qəbələ rayonunun Nic qəsəbəsindəki
yeni açılan “Azərbaycan Udi Ocağı” mədəniyyət
mərkəzində keçirilib. “Azərbaycan
dünyada tolerantlığın məkanıdır”
mövzusunda təşkil olunan
“dəyirmi masa”da Bilik Fondunun ölkədaxili
layihələr sektorunun müdiri
Hacı Abdulla, Alban-Udi
Xristian dini
icmasının sədri Robert Mobili, Nic qəsəbə
icra nümayəndəsi İbrahim
Məmmədov, “Cotari” alban
kilsəsinin dini rəhbəri Rafiq Danakar və
başqaları çıxış edərək Azərbaycan
Prezidentinin yürütdüyü
məqsədyönlü siyasət nəticəsində
ölkəmizdə dünyada bənzəri
olmayan sivil multikultural və tolerantlıq mühitinin
yarandığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, dövlət başçısının dini icmaların fəaliyyəti üçün mütəmadi olaraq ayırdığı maliyyə
yardımı ölkədəki multikultural
dəyərlərin yüksək səviyyədə
qorunmasının daha bir
təzahürüdür. Bu diqqət və
qayğı dini icmaların fəaliyyəti
üçün geniş
imkanlar açır. Digər dini icmalar kimi,
Alban-Udi Xristian icması da bu qayğını daim hiss edir. Dövlətimizin başçısının bu
qəsəbəyə səfərlər
etməsi, qəsəbədəki
Alban-udi kilsəsinin bərpası, “Azərbaycan
Udi Ocağı” mədəniyyət mərkəzinin
açılması bu
qayğının bariz
nümunəsidir.
Diqqətə çatdırılıb ki,
hazırda Nic qəsəbəsində
üç kilsə, iki məscid var. Hər məhəllədə
müsəlmanların və
xristianların ziyarət
etdiyi 5-6 pir mövcuddur. Altı min nəfər əhalisi
olan qəsəbədə
3500-dən çox udi
yaşayır. Nicdəki məktəblərin
ibtidai siniflərində
udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Azərbaycanda milli mənəvi
dəyərlərin, etnik
rəngarəngliyin qorunmasına
dövlət səviyyəsində
göstərilən diqqət
və qayğı yerli sakinlər tərəfindən razılıqla
qarşılanır.
Qeyd olunub ki, Bilik
Fondu yarandığı
ilk günlərdən başlayaraq
Nic qəsəbəsində müxtəlif tədbirlər,
layihələr həyata
keçirir. Fondun qəsəbədəki orta
məktəbdə rus
dilində təhsil alan udi
gənclər üçün
açdığı “Azərbaycan
dili” kurslarında gənclər dövlət
dilimizi böyük həvəslə öyrənirlər.
Ödənişsiz əsaslarla artıq
üç ildir fəaliyyət göstərən
bu kursların dinləyicilərinə təlim-dərs
prosesindən əlavə,
Azərbaycan dili və ədəbiyyatına
dair kitablar da hədiyyə olunur, intellektual yarışlar, gəzintilər,
ekskursiyalar təşkil
edilir.
Tədbir çərçivəsində kursun builki 12 məzununa sertifikatlar da təqdim olunub. Kursu bitirənlər adından
çıxış edən
Artur Mancari, Karlen Atoqoy, Olen Qukasari Bilik Fondunun və Alban-Udi Xristian icmasının
rəhbərliyinə təşəkkürünü
bildiriblər.
Sonda Bilik Fondu tərəfindən
kursa iki yüz kitab hədiyyə olunub.
Növbəti tədbir Oğuz Bilik Evində təşkil olunub. Ordudan tərxis olunmuş gənclərlə “Ordudan
sonrakı həyatımız”
mövzusunda keçirilən
görüşdə Fondun
ölkədaxili layihələr
sektorunun müdiri Hacı Abdulla və qurumun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov çıxış
edərək, ölkəmizdə
uğurla həyata keçirilən dövlət
gənclər siyasətindən
danışıblar. Vurğulanıb ki, məhz dövlətin
gənclərə dəstək
və diqqət göstərməsi nəticəsində
Azərbaycan gəncliyində
özünəinam hissi
artıb. Gənclər
və İdman Nazirliyinin yaradılması,
ümumrespublika forumlarının
keçirilməsi, 2 fevral
– Azərbaycan Gəncləri
Gününün təsis
edilməsi, gənclər
siyasəti üzrə
qəbul edilən normativ hüquqi aktlar gənclərlə iş sahəsinin hüquqi əsaslarının
və icra mexanizminin müəyyənləşməsində
mühüm rol oynayıb. Azərbaycan Prezidentinin 2015-ci il
26 yanvar tarixli Sərəncamı ilə
“2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf
Strategiyası”nın təsdiq
edilməsi ölkəmizdə
gəncliyə diqqət
və qayğının
davamlı olduğunu bir daha təsdiqləyir.
Tədbirdə Fond tərəfindən indiyədək
100-dən çox oğuzlu
gənc üçün
təlim kursları təşkil edildiyi diqqətə çatdırılıb.
İşgüzar şəraitdə keçən
görüşdə gəncləri
maraqlandıran məsələlərə
aydınlıq gətirilib,
ətraflı fikir mübadiləsi aparılıb. Oğuzlu
gənclərdən Fuad
Əhədi, Qəhrəman
Verdiyev və Kamil Mikayılov çıxış edərək,
dövlətimizin başçısının
gənclərə diqqət
və qayğısına
əməli işləri,
bilik və bacarıqları ilə cavab verəcəklərini
bildiriblər.
Bilik Fondu nümayəndələrinin
həmin gün Oğuz şəhərində
növbəti görüşü
“Yuxarı məhəllə”
sinaqoqunda olub. Görüşdə
Fondun sektor müdiri Hacı Abdulla, sinaqoqun icma rəhbəri Şirin Şumilov, icma üzvü Teymur Natalinov çıxış
edərək, ölkəmizdə
dini, milli mənəvi dəyərlərin
qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində
görülən işlərdən
danışıblar.
Fond adından
sinaqoqa dini kitablar hədiyyə edilib.
Məmmədhəsən
Azad Azərbaycan.- 2018.-21 avqust.- S.3.