Naxçıvanda bayram mərasimləradlı monoqrafiya işıq üzü görüb

AZpress.AZ xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun həmmüəllifi olduğuNaxçıvanda bayram və mərasimləradlı monoqrafiya işıq üzü görüb.

 

Vəsaitdə Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixi-etnoqrafik baxımından tədqiq edilib, Naxçıvan materialları əsasında mənəvi mədəniyyətin biri olan təqvim bayramları onlarla bağlı adət, ənənə, inanc mərasimlər kompleks şəkildə araşdırılıb.Naxçıvanda bu gündə qeyd olunan bayram mərasimlərə yeni baxış ortaya qoyulub, onlar müasirlik prizmasından şərh olunub, yeni elmi mülahizələr irəli sürülüb.

Nəşrdə bölgədə ailə məişətlə,insanların təsərrüfat həyatı ilə, təqvimlə bağlı gerçəkləşdirilən ayin mərasimlər, dini bayram mərasimlərinin keçirilmə qaydası, xalqın qeyd etmə şəklitoplanılan materiallar əsasında təhlil edilərək oxuculara çatdırılıb.

Tofiq Hazı

Azad Azərbaycan.- 2018.- 14 dekabr.- S.5