Parisdə Şahin Növrəslinin solo konserti olub

 

Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombardscaz klubunda Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti olub.

AZƏRTAC xəbər verir ki, “Le Duc des Lombardscaz klubundakı solo konsertində Ş.NövrəsliShahin Novrasli Quartet” “Emanation” disk-albomlarından öz bəstələrini Segah”, “Bayatı Şirazkimi caz-muğamlarını səsləndirib.

Şahin Növrəsli öz kompozisiyaları Azərbaycan musiqisinin variasiyalarından ibarət geniş spektrli ifası ilə auditoriyanı ovsunlayıb. Onun hipnotik variasiyaları davam etdikcə improvizasiyaları daha da qəlizləşirdi. Tamaşaçını məharətlə musiqi aləminin dərinliklərinə çəkib, onları bütövlükdə musiqiyə qərq edirdi. Tamaşaçılar azərbaycanlı cazmeni sürəkli alqışlarla yenidən səhnəyə dəvət edir ondan ayrılmaq istəmirdilər.

“Le Duc des Lombardscaz klubunda konsertdən sonra cazsevərlərin azərbaycanlı cazmenin disklərini almaq imkanı olub. Şahin Növrəslinin “Emanation” adlı ikinci disk-albomu amerikalı caz pianoçu, bəstəkar pedaqoq Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılıb. Onun dəvəti ilə artıq bir neçə aydır yeni disk-albomlarının hazırlanması məqsədilə Parisdə olan Şahin Növrəslinin burada silsilə konsertləri gözlənilir.

 

Şəhla Ağalarova

Azad Azərbaycan.- 2018.- 9 fevral.- S.7.