Çölçü” bədii filmi Hindistanda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb
Rejissor Şamil
Əliyevin “Çölçü”
bədii filmi Hindistanda keçirilən
Kəlküttə Beynəlxalq
Film Festivalının
“Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a rejissor özü məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında
istehsal olunmuş “Çölçü” filminin
ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə
Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filminin
süjeti belədir: Şəhər həyatından
uzaqda, təbiətlə
ünsiyyətdə gənc
çölçü yaşayır.
Atası
Ulu ona çölçülük
həyatının sirlərini
öyrədir. Atası
vəfat edəndən
sonra o, qəsəbədən
gəlmiş qızla
tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır,
böyük, onun tanımadığı dünyaya
daxil olur...
Qeyd edək ki, “Çölçü” bədii
filmi beş
qitəni əhatə
edərək 32 beynəlxalq
kino festivallarında iştirak edib, bir sıra mükafatlara
layiq görülüb.
Bu festivallar A və B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına
ABŞ, Almaniya, İngiltərə,
Avstraliya, Birləşmiş
Krallıq, İtaliya,
İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Estoniya daxildir.
“Çölçü” filmi
4 dəfə ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, yaradıcılıq
axtarışlarına görə,
jürinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.
Azad Azərbaycan.- 2018.- 28 fevral.- S.5.