Səhnəmizin
yeni uğuru - “Cavad xan”
Azərbaycan teatrı musiqili komediyalar, müzikıllar, teatral pyeslər, dramlar, opera və baletləri ilə daim səhnəmizi zənginləşdirməkdədir. Xüsusilə opera və balet kimi mürəkkəb janrlar teatr repertuarında önəmli yer tutmaqdadır. Uzun illər Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Soltan Hacıbəəyovun “Gülşən”, Niyazinin “Çitra”, Fikrət Əmirovun “Min bir gecə”, Qara Qarayevin “Yeddi gözəl”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti və s. baletlər tamaşaçı ürəklərini fəth etmiş, böyük nəaliyyətlər və uğurlar qazanmışdır.
Bu yaxınlarda isə yeni bir balet işıq üzü görərək musiqi tariximizdə maraqlı səhifələr açdı.
9 iyun 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 109-cu mövsümündə bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun “Cavad xan” baletinin premyerası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilərəktəqdim olundu.
Bəstəkar Sərdar Fərəcov bir çox Azərbaycan teatrları ilə sıx əməkdaşlıqda olmuş və müxtəlif janrlı teatral əsərlərə musiqi bəstələmişdir. Lakin balet janrına ilk dəfə müraciət edən Sərdar Fərəcov bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iləəməkdaşlıq edir.
Qeyd edək ki, “Cavad xan” baleti - Fikrət Əmirovun “Nizami”, “Nəsimi”, Aqşin Əlizadənin “Babək”, “Qafqaza səyahət”, “Ümüd valsı” kimi tarixi hadisələri özündə əks etdirir. Əsər XIX əsrdə Rusiya İmperiyasının Azərbaycan Xanlıqlarını parçalayaraq öz müstəmləkəsinə çevirmək istəyindən, Azərbaycan xalqının yadelli işğalçılarına qarşı olan qəhrəmanlıq mübarizəsindən bəhs edir.
Gəncə xanı olan Cavad xanmərd, qürurlu, qorxmaz xan kimi tarixdə iz buraxmışdır. Rus ordusunun qat-qat çox, döyüşdə daha sərişdəli və hərtərəfli silahlanmış olmasına baxmayaraq Cavad xan öz qoşunu və iki gənc oğlu ilə birgə son nəfəsinə kimi mübarizə aparmış və qəhrəmancasına həlak olmuşdur. Təbii ki, bu cür qəhrəmani obraz, tarixi şəxsiyyət unudulmamalıdır və “Cavad xan” baletinin ərsəyə gəlməsi tarixi şəxsiyyəti bir daha yaşatmış oldu.
Baletdə Cavad xanın obrazını, eləcə də, qəhrəmani, döyüş ruhunu əks etdirən üvertura xarakterli girişdən sonra süjetə əsaslanaraq İmperator sarayında ziyafət səhnəsi öz əksini tapır. Burada İmperator Aleksandrın hüzuruna general Sisanov Qafqazın Rusiyaya tabe edilməsinin rəmzi kimi gürcü knyaginası – Tamaranı saraya gətirir. Ziyafət səhnəsini təsvir edən “Vals” saray mühitini və süjetdəki hadisələri, imperatorun sevincini əks etdirir. “Vals”-a bəstəkar Sərdar Fərəcov gürcü və rus xalq musiqisinin intonasiyalarını daxil etməklə süjetə musiqinin dili ilə aydınlıq gətirir. Elə burada da İmperator general Sisanova növbəti hədəf kimi Gəncə xanlığını ələ keçirtməyi tapşırır. Səhnədə qəfil dönüş baş verir... Kübar ziyafət səhnəsi sadə Azərbaycan xalqının şənliyi ilə, gözəl, milli musiqimizin melizmaları ilə əvəz edilir.... Səhnədə sadə insanlar şad yanalıq edir. Arxa fonda isə qara qüvvələrin simvolu kimi göstərilən çar ordusu Gəncə xanlığının keşikçi məntəqəsini dağıdır. Lakin gəncəli döyüşçülər xəbərdarlıq məşəlini yandırmağa macal taparaq xalqı döyüşə, mübarizəyə səsləyir. Gəncə xanı Cavad xan Sisanovla sülh danışıqlarına can atır, lakin general öz fikrində qətidir. O, Gəncəni ələ keçirtməkdə israrlıdır. Rus ordusu ilə müharibə edən gəncəlilərin ordusu I döyüşdə böyük itgilər hesabına qalib gəlir. Hər iki tərəf böyük itgi verir. Döyüşdə Cavad xanın böyük oğlu həlak olur. Oğlunun ölümü Cavad xanı və onun həyat yoldaşını sarsıldır. Elə burada da ananın oğlunun ruhu ilə vidalaşma səhnəsi qəmli musiqi ilə - “adajio” ilə ifadə edilir.
Son dərəcədə mərdlik və şücaət göstərən gəncəliləri təslim etmək Sisanov üçün mürəkkəb olur. Lakin bir satqının köməyi ilə Sisanovun qoşunu əlçatmaz qala divarlarını ələ keçirdir. Döyüş səhnəsi üçün yazılmış musiqi son dərəcə dramatik və şiddətli səslənir. Kulminasiyada Cavad xanın oğlunun və Cavad xanın qəhrəmancasına həlak olma səhnəsi təsvir olunaraq musiqinin dili ilə tamaşaçıları riqqətə gətirir. Cavad xanın qəhrəmanlığına, mərdliyinə görə onun nəşi qarşısında hətta Sisanov belə baş əyir. Sonda Cavad xanın səhnədə şəkli yer alır və xalq onun qarşsında baş əyərək Azərbaycan xalqının əsil qəhrəmani obrazına və mübarizə simvolna çevirir.
Baletin libretto müəllif olan Əjdər Ulduz da məhz real tarixi hadisələrə tam uyğun olaraq gözəl libretto yazmışdır. Digər bir müsbət cəhəd isə quruluşçu baletmeystr, balet truppasının bədii rəhbəri, xalq artisti - Kamilla Hüseynova son dərəcə baletə aydın, yorucu olmayan, hər kəs tərəfindən başa düşülən, olduqca gözəl quruluş vermişdir.
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi ilə orkestrın gözəl ifası, quruluşçu rəssam, xalq rəssamı Rafiz İsmayılov, dekoratorçu, əməkdar mədəniyyət işçisi Tehran Babayevin səhnədəki əməyi də yüksək qiymətləndirilməlidir.
Həmçinin, “Cavad xan” baletində mürəkkəb dramatik səhnələri canlandırmaq, hərtərəfli rəqs vasitəsi ilə nümayiş etdirməkdə balet truppasının da rolu böyükdür. Məsələn Cavad xan obrazının canlandıran Gülağa Mirzəyev, onun həyat yoldaşının rolunu ifa edən Nigar İbrahimova, Sisanov obrazını yaradan Samir Səmədov, İmperator I Aleksandrın rolunu oynayan Makar Fernştandt, Gürcü knyaginyasını təsvir edən Ayan Eyvazova, Cavad xanın oğlanlarının mərdliyini göstərməyi bacaran Anar Mikayılov, Fərid İbrahimovun xidmətləri danılmazdır. Eləcə də, əsərin səhnələşməsinə təkan verən və uğuruna səbəbkar olan şəxslərdən biri də, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Akif Məlikov da xüsusi təşəkkürlərə layiqdir.
Maraqlı süjet və musiqinin vəhdətindən ərsəyə gələn “Cavad xan” baleti tamaşaçılar tərəfindən maraqla qarşılanaraq yüksək qiymətləndirildi. Düşünürük ki, bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baleti digər tarixi baletlərimiz kimi Opera və Balet Teatrının repertuarında möhkəm yer tutaraq bir çox uğurlara imza atacaq.
Azad Azərbaycan .- 2018.- 3 iyui.- S.7