“Bölgələrdən bölgələrə”
Yaradıcılıq festivalının
növbəti ünvanı
Göygöl rayonu olub
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr olunmuş
"Bölgələrdən bölgələrə” yaradıcılıq
festivalının növbəti
ünvanı Göygöl
rayonu olub.
Əsl mədəniyyət
bayramına çevrilən
festival "100 illik tariximiz”
devizi altında təşkil olunub.
Göygöldəki Heydər Əliyev adına
park kompleksində keçirilən
tədbirdə Mədəniyyət
Nazirliyinin, rayon icra hakimiyyətinin təmsilçiləri,
kənd və qəsəbələrin sakinləri,
mədəniyyət işçiləri,
ictimaiyyət nümayəndələri,
həmçinin respublikamızın
digər bölgələrindən
gəlmiş qonaqlar iştirak ediblər.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik
dövlətçilik ənənələrinə
malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin
mədəni imkanlarının
nümayişi, eləcə
də respublikamızda
regionlararası mübadiləni
gücləndirməkdir.
Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin
15 regional mədəniyyət idarəsi tərəfindən
qurulmuş çadırlarda
həmin bölgələrin
qədim el sənəti
nümunələri, eləcə
də ayrı-ayrı
sənətkarlar tərəfindən
hazırlanmış dekorativ
tətbiqi sənətin
müxtəlif sahələrinə
aid incəsənət nümunələri
və suvenirlərlə
yaxından tanış
olublar.
Lahıc
ustalarının metalişləmənin
fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları məişət
qabları, Sumqayıt
sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif
naxışlı tikmələri,
Xaçmaz bölgəsindən
olan daşyonanların
adi çay daşları üzərində
həkk etdikləri dahi şəxsiyyətlərin
portretləri, Şəki
ustalarının hazırladıqları
mürəkkəb həndəsi
ölçməli şəbəkəbəndlər,
incə naxışlı
zərif kəlağayılar,
həmin bölgəyə
aid şirniyyatlar, ucarlı
sənətkarın sadə
qara qələmlə
rəssamlığın qrafika
janrında çəkdiyi
bir-birindən gözəl
rəsmlər, Masallı
regional idarəsi tərəfindən
təqdim olunan hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb.
Bundan başqa, Şəmkir regional idarəsi
tərəfindən nümayiş
etdirilən müxtəlif
dövrlərə və
ayrı-ayrı bölgələrə
aid saz nümunələri
– qopuz, tənbur, çoğur, rübab, cürə saz, həmçinin digər
regional idarələr tərəfindən
dünya xalqlarına
aid müasir incəsənət
növlərinin fərqli
janrlarına uyğun işlənən nümunələr,
yağlı boya ilə çəkilmiş
natürmortlar, portretlər,
peyzajlar, tariximizə
aid fəlsəfi məzmunlu
rəsmlər və bir çox qiymətli əl işləri pavilyonlarla tanış olan festival iştirakçılarında zəngin
təəssürat yaradıb.
Sonra Mədəniyyət
Nazirliyinin 15 regional mədəniyyət
idarəsinin bədii özfəaliyyət kollektivləri,
folklor və rəqs qrupları konsert proqramı ilə çıxış
ediblər.
Konsertdə müğənni və xanəndələr tərəfindən
bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı
bölgələrin özfəaliyyət
kollektivləri milli, etnik rəqs nümunələri ilə
çıxış edib,
təqdim etdikləri musiqilərlə simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.
Festival iştirakçılarının
çıxışları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb. Rayon sakinləri bölgələrdə
bu cür yaradıcılıq festivallarının
keçirilməsinin əhəmiyyətini
yüksək qiymətləndirərək,
tədbirin təşkilatçılarına
minnətdarlıqlarını ifadə ediblər.
Məmmədhəsən
Azad azərbaycan.- 2018.- 24 iyul.- S.4.