“Kaspi nəşrləri”
daha iki kitabı
oxuculara təqdim etdi
Beynəlxalq Mətbuat Mərkəzində
“Kaspi nəşrləri”
seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət
qurucuları” və tərtibatçısı Vilayət
Quliyev olan “Əlimərdan bəy Topçubaşov - “Kaspi”dən
seçmələr” kitabı
təqdim edilib.
APA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi münasibətilə çap
olunan kitablar geniş oxucu kütləsinə Azərbaycan
Mətbuat Şurası,
“Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə təqdim olunub.Mətbuat Şurasının
sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və rus dillərində
nəşr edilən
“Əlimərdan bəy
Topçubaşov “Kaspi”dən
seçmələr” kitabında
Azərbaycan Xalq Cümhuriyyətinin qurucu atalarından birinin – görkəmli ictimai-siyasi
xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun
1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən
bir qisminin Azərbaycan dilində tərcüməsi toplanılıb:
“Bu yazılarda Azərbaycanın
və bütövlükdə
Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı
özünün ən
müxtəlif yönləri
və istiqamətləri
ilə əksini tapıb. Əlimərdan bəy Topçubaşov
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
biri, dövrünün
nəhəng simalarından
idi. Onun bu kitabda toplanan məqalələri
bu gün üçün də çox aktualdır.
Əlimərdan bəy
Topçubaşov öz
məqalələri ilə
xalqın maarifləndirilməsində
mühüm rol oynayıb”.“Kaspi
nəşrləri” seriyanın
rəhbəri və redaktoru Sona Vəliyeva nəşr olunan kitabların əhəmiyyətindən danışıb.
O qeyd edib ki, “Kaspi nəşrləri”
seriyası öz fəaliyyətində xalqımız
üçün vacib
olan mövzulara geniş yer verir: ““Kaspi nəşrləri” seriyası
15-ə qədər kitab
nəşr edib, lakin bu iki
kitab bizim üçün daha əzizdir. Kitabın birinci hissəsi
ulu öndər Heydər Əliyevə həsr olunub. Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal
düşüncəsinin sovet
dönəmində sönməyə
qoymaması bizə bu kitabın birinci hissəsinin Heydər Əliyevə həsr etməyə imkan verdi.
Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin qurucularının
xaricdə olan məzarlarının tapılması,
onların arxivlərinin
toplanması, fəaliyyətlərinin
tədqiq edilməsi istiqamətində böyük
işlər görüb”.
S.Vəliyeva əlavə
edib ki, kitablar geniş oxucu kütləsi üçün nəzərdə
tutulur və Azərbaycanın görkəmli
dövlət xadimlərinin
tanıdılması istiqamətində
mühüm rol oynayacaq: “Eyni zamanda demək istəyirəm ki, “Kaspi nəşrləri” seriyası çərçivəsində
Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması
və nəşr edilməsi nəzərdə
tutulur. Qoy xalqımız onun
min bir çətinliklə
Dumada keçirdiyi qanunlar, gördüyü işlərlə tanış
olsunlar”.
Tədbirdə çıxış
edən professor Cahangir
Məmmədli kitabları
böyük informasiya
mənbəyi kimi dəyərləndirib.
O, təqdim olunan yeni nəşrlərin Azərbaycanın dövlət
qurucularının tanıdılması
işində mühüm
rol oynayacağını
da diqqətə çatdırıb.
Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli yeni nəşrlərin tariximiz
üçün əhəmiyyətindən
danışıb.
Digər çıxışçılar – Azəri-Türk Qadınlar
Birliyinin sədri Tənzilə Rüstəmxanlı,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Şərq"
qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları kitabların
əhəmiyyətindən danışıb, onların
nəşrini yüksək
qiymətləndiriblər.
Tədbirdə həmçinin
hər il bir şəxsə verilən “Kaspi” mükafatının bu ilki sahibinin adı açıqlanıb.
Bu ilki mükafatın
sahibi sənətşünas
alim Ziyadxan Əliyev olub.
Azad Azərbaycan.-
2018.- 2 iyun.- S.7.