Kamal Abdullanın “Yarımçıq
əlyazma”sı.
Bakı
Mühəndislik Unversitetində akademik Kamal Abdulla ilə görüş
keçirilib
Bakı
Mühəndislik Universitetində akademik Kamal Abdullanın tələbələrlə
görüşü keçirilib.
Universitetdən
AZƏRTAC-a bildirilib ki, görüşdə Kamal Abdullanın
“Yarımçıq əlyazma” romanı müzakirə olunub.
Yazıçının romanlarının dil-üslub
və poetik imkanları, ideya və struktur estetikası haqqında məlumat verilib. Kamal Abdulla “Yarımçıq əlyazma”nın
yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı
söhbət açıb.
Söhbət əsnasında auditoriyanın
maraq dairəsinə uyğun olaraq “Gizli Dədə-Qorqud”, “Yarımçıq əlyazma”
və “Kitabi-Dədə
Qorqud” poetikasına giriş” əsərlərinin
arasındakı əlaqə
də müzakirə edilib. Tələbələr
“Yarımçıq əlyazma”
romanı haqqında müxtəlif səpkili məruzə ilə çıxış ediblər
və yazıçıya
suallar veriblər.
Universitetin professor-müəllim
heyəti, tərbiyə
işləri üzrə
prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə, pedaqoji fakültənin dekanı, dosent İslam Hüseynov, professor Akif Hüseynli və baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər. Roman haqqında mühazirə oxuyan Akif Hüseynli Kamal Abdulla yaradıcılığında
intellektual nəsrin poetik imkanlarının genişliyini vurğulayıb.
Sonda Kamal
Abdulla auditoriyadan razı qaldığını,
bu tip müzakirələrin
əhəmiyyətli olduğunu
bildirib, iştirakçılara
və universitet rəhbərliyinə təşəkkür
edib.
Azad Azərbaycan.-
2018.- 4 may.- S.5.