“Heydər
Hüseynov və Azərbaycan milli fəlsəfəsi”
AMEA-nın Fəlsəfə
İnstitutunda Azərbaycanın
görkəmli filosof alimi, SSRİ Dövlət
mükafatı laureatı,
akademik Heydər Hüseynovun 110 illiyinə
həsr olunan “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi” elmi konfrans keçirilib.
Tədbirdə institutun direktoru,
professor İlham Məmmədzadə Azərbaycan
Elmlər Akademiyasının
ilk akademiklərindən
olan Heydər Hüseynovun ölkəmizdə
ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin
inkişafındakı müstəsna
rolundan bəhs edib.. O, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi mütəfəkkirlərin timsalında
milli maarifçiliyin problemlərinin öyrənilməsinin
əsasını qoyub.
Sonra AMEA İctimai
Elmlər Bölməsinin
akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək
görkəmli alimin tarix və fəlsəfə
elminin inkişafına
verdiyi böyük töhfələrdən danışıb.
XX əsr fikir tariximizin mühüm simalarından olan filosofun zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət
verdiyini, bu sahədə yeni tədqiqatların vüsət
almasına əlverişli
zəmin yaratdığını
deyib.
Daha sonra
çıxış edən
Fransanın ölkəmizdəki
səfirliyinin mədəniyyət
üzrə müşaviri
Yohan Şitterer Azərbaycanda fəlsəfə
elminin inkişafından,
bu elmə verilən qiymətdən söz açıb.
Tədbirdə müxtəlif mövzularda
məruzələr dinlənilib,
müzakirələr aparılıb.
Tofiq Seyidzadə
Azad azərbaycan.-
2018.- 4 may.- S.7.