“Azərbaycan-Türkiyə
ədəbi əlaqələri”
adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində
(ADU) Azərbaycan ədəbiyyatı
kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat
laboratoriyasının birgə
təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə
ədəbi əlaqələri”
adlı dəyirmi masa keçirilib.
Azərbaycan ədəbiyyatı kafedrasının
müdiri, akademik Muxtar İmanov bildirib ki, 1839-cu ildə Osmanlı dövlətinin "tənzimat
islahatı”nı qəbul
etməsi ilə həyata keçirilən
islahatlar ədəbiyyata
ciddi təsir edib: "Avropa ədəbiyyatının
türk ədəbiyyatına
həm formaca, həm də məzmunca təsirini özündə əks etdirən "tənzimat ədəbiyyatı” dövrü
yaranması nəticəsində
Türkiyə ədəbiyyatında
ənənələrə sadiq, qəzəl və qəsidəyə əsaslanan və yeni forma və
məzmuna malik ədəbiyyat formalaşdı”.
Milli Arxiv
idarəsinin rəis müavini, professor Əsgər Rəsulov Azərbaycan və Türkiyə arasında tarixən mövcud olan ədəbi əlaqələrin inkişafından,
yanaşma tərzlərindən
bəhs edib. Ə.Rəsulov qeyd edib ki, iki
ölkənin dil və mədəniyyətində
mövcud olan oxşar cəhətlər
ədəbi-bədii fikirlərin
də bənzər olmasında rol oynayıb.
ADU-nun Azərbaycan
ədəbiyyatı kafedrasının
dosenti Nurlanə Mustafayeva "Qardaş köməyi” adlı dərgi haqqında təqdimat edib. N. Mustafayeva adıçəkilən dərgidə
XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatının,
elminin, siyasətinin görkəmli simaları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Abbas Səhhət, Salman Mümtaz, Məmməd Səid Ordubadinin yaradıcılığına
yer verildiyini bildirib.
Dəyirmi masa
iştirakçıları maraqlandıran sualların
cavablandırılması ilə
yekunlaşıb.
Azad Azərbaycna.-
2018.- 23 may.- S.5.