ADU-da Serb dili mədəniyyət mərkəzinın  açılışı olub

 

  Azərbaycan Dillər UniversitetindəSerb dili mədəniyyət mərkəziaçılıb. Mərasimdə iştirak edən Serbiya Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomu təqdim edilib.

Azərbaycan Dillər Universitetinə gələn Serbiya Prezidenti Aleksandr Vuçiçə ali təhsil ocağı haqqında ətraflı məlumat verildi. Rektor Kamal Abdulla Azərbaycan Serbiya arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyi vurğuladı. Sonra Azərbaycan Dillər UniversitetindəSerbiya dili mədəniyyəti mərkəzi”nin açılışı oldu. Serbiyanın tarixi, bu günü, mədəniyyəti ədəbiyatına dair müxtəlif nəşrlər, o cümlədən bukletlər, kitablar, tanınmış şəxsiyyətlərin şəkilləri, əyani vəsaitlərin toplandığı mərkəz serb dili ədəbiyyatını öyrənməyə imkan yaradacaq. Universitetin akt zalında keçirilən tədbir tələbələrin ifasında Serbiyanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. Kamal Abdulla bu yaxınlarda Belqrad Universitetində Azərbaycan dili mədəniyyəti mərkəzinin açıldığını xatırlatdı. Bildirildi ki, dünyanın bir çox universitetlərində tədris edilən Azərbaycanın multikulturalizm fənninin   Belqrad Universitetində keçirilməsi planlaşdırılır. Ali təhsil ocağının elmi şurasının qərarı ilə Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktor fəxri doktor diplomu mantiya təqdim olundu. Prezident Aleksandr Vuçiç burada Serbiya dili mədəniyyəti mərkəzi Belqrad Universitetində Azərbaycan dili mədəniyyəti mərkəzinin fəaliyyətə başlamasının ölkələrimizin gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə olacağını vurğuladı. Azərbaycandan olan dostları ölkəsində görməyə şad olacağını deyən Ali qonaq tələbələrə gənclik dövrünü dillərin, mədəniyyətlərin öyrənilməsinə, biliklərinin artırılmasına sərf etməyi tövsiyyə etdi, uğurlar arzuladı. Sonra Prezident Aleksandr Vuçiç tələbələrin sullarını cavablandırdı.

Azad Azərbaycan.- 2018.- 23 may.- S.5.