Bakı Ali Neft Məktəbinin 7 yaşı
tamam olur
Bu gün Bakı
Ali Neft Məktəbinin
(BANM) yaranmasının yeddi
yaşı tamam olur. Yarandığı gündən
Azərbaycan universitetlərinin
reytinq cədvəlində
öz liderliyini saxlayan Ali Məktəb Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı
ilə SOCAR-ın strukturunda
yaradılıb.Modern.az xəbər verir ki, 2017-ci il may ayının 1-də
Qafqaz regionunun ən böyük kampusu olan BANM-ın yeni kampusu da Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə
verilib. Prezident İlham Əliyev açılış zamanı
Ali Məktəbin fəaliyyətini
yüksək qiymətləndirərək
demişdir:
“Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət
göstərir. Bu fəaliyyət
çox uğurludur.
Bu illər ərzində
Ali Məktəb Azərbaycanın
təhsil məkanında
artıq öz layiqli yerini tuta bilibdir. Burada oxumaq, biliklərə yiyələnmək üçün
bütün şərait
yaradılıb, ən
müasir texnologiyalar tətbiq olunur".
Qeyd edək ki, BANM Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında ali təhsil
müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən
toplanılan orta ballara görə reytinq cədvəlində
Azərbaycan universitetləri
arasında birinci yerdədir. Cari ildə BANM-a qəbul olmaq üçün ümumi orta bal - 678 bal olmuşdur.
Bu il həmçinin,
I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər
abituriyentin hamısı
BANM-ı seçib. Bu göstərici ölkə
tarixində rekord göstəricidir. 2018/2019-cu tədris ilində
BANM-ın 26 tələbəsi Prezident təqaüdünə
layiq görülüb
ki bu da BANM-ı ölkə
üzrə ali məktəblər arasında
lider edib.
Ali Məktəb yeddi
illik fəaliyyətində
artıq ikinci məzunlarını buraxıb. Məzunların işlə təmin olunması isə 100% təşkil edir. Bu gün BANM-ı bitirən məzunlar yerli və transmilli
şirkətlərdə çalışır
və dünyanın aparıcı universitetlərində
təhsillərini davam
etdirirlər.
7 illik uğurlu fəaliyyəti ərzində
Ali Məktəb ölkədə
peşəkar mühəndislərin
hazırlanmasında SOCAR, STAR Refinery, BP,
ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Statoil,
Total, Avandsis Group və
digər ən qabaqcıl şirkətlərlə
əməkdaşlıq etmişdir
ki, bu da BANM-ın məzunlarının beynəlxalq
standartlara uyğun kadrlar kimi yetişməsinə
imkan yaradır.
Azad Azərbaycan.- 2018.- 30 noyabr.- S.5.